Təhsil naziri Mikayıl Cabbarovun

Fransaya işgüzar səfəri

 

Azərbaycanın təhsil naziri fransalı həmkarı ilə görüşüb

 

UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov fransalı həmkarı Najat Vallo-Belkasem ilə görüşüb.

Nazirlər Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə toxunublar.

İkili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

AZƏRTAC

 

UNESCO Baş Konfransı çərçivəsində

təhsil nazirlərinin görüşü olub

 

Noyabrın 4-də UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşü olub. Görüşdə təhsilin inkişafı məsələlərinə toxunulub, növbəti il üçün bu sahədə büdcə layihəsi qəbul olunub.

Tədbirdə ölkəmizi təmsil edən təhsil naziri Mikayıl Cabbarov çıxışında “İncheon” bəyənnaməsinə toxunaraq onun təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq prosesində mühüm addım olduğunu qeyd edib. O bildirib ki, təhsil sahəsində göstəriləcək səylərin birləşdirilməsi davamlı inkişaf üçün çox vacibdir. “Təhsil -2030 Fəaliyyət Planı”nın qəbul edilməsi də bu uğurlu birgə səylərin tətbiq ediləcəyinin göstəricisidir.

Belə addımların UNESCO-nun səmərəliliyini bir daha aydın şəkildə nümayiş etdirdiyini bildirən M.Cabbarov yeni ruh yüksəkliyi ilə innovativ yolların axtarışının vacibliyini vurğulayıb. O, təhsilin inkişafının yoxsulluq və ekstremizmlə mübarizədə ən yaxşı vasitə, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdırıb.

Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayaraq Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında yenidən seçildikdən sonra imzaladığı ilk sənədin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olduğunu bildirib. Strategiyanın Fəaliyyət Planının həyata keçirildiyini bildirən nazir ilk növbədə uşaqların səmərəli təhsil modelinə uyğun inkişafına dair proqramların reallaşması istiqamətində görülən işlərdən danışıb. Nazir çıxışında  uşaqlara təkcə oxumaq, yazmaq və öyrətmək deyil, eyni zamanda inklüziv təhsilin tətbiqi məsələlərinə də toxunub.

Nazir, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırdığını bildirərək, ölkəmizdə məktəblərin 70 faizinin  əsaslı təmir olunduğunuya yenidən tikildiyini bildirib. O, son on il ərzində qaçqın və məcburi köçkün uşaqlarının əsas təhsil hüquqlarını təmin etmək məqsədilə yüzlərlə məktəb tikildiyini qeyd edib. Bu faktlar və rəqəmlər Azərbaycan dövlətinin əsas məqsədinin öz vətəndaşlarına ən yaxşı təhsil şəraiti yaratmaqdan ibarət olduğunun göstəricisidir.

Çıxışının sonunda “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə  gələcəyi itirməkdir”,- deyən Mikayıl Cabbarov təhsilin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, Mikayıl Cabbarovun çıxışı zamanı söylədiyi “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə  gələcəyi itirməkdir” fikri UNESCO-nunTvitter” səhifəsində paylaşılıb.

 

Fransanın Yuxarı Elzas Universitetində Nizami

Gəncəvi adına kafedranın açılışı olub

 

Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub.

Mərasimdə Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff Müluzun Azərbaycanın şəhərləri ilə olan dostluq münasibətlərindən, o cümlədən rəhbərlik etdiyi ali məktəbin Gəncədəki universitetlərlə mövcud əlaqələrindən danışıb.

Yuxarı Elzas Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı Qreta Komur isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan ədəbiyyat və mədəniyyət kafedrasının onun rəhbərlik etdiyi fakültədə açılması ilə qürur duyduğunu deyib. Qreta Komur Nizami Gəncəvinin əsərlərinin Şərq və Avropa mədəniyyətinə təsirini, eləcə də Avropa və Azərbaycan mədəniyyəti arasında qarşılıqlı təsirləri tədqiq etməyin kafedranın əsas məqsədi olduğunu bildirib. O, hər iki ölkə arasında ədəbiyyat sahəsində olan əlaqələrə də toxunub.

Tədbirdə çıxış edən Fransa Senatının üzvü, Müluz Elzas aqlomerasiyasının prezidenti Jan-Mari Bokel Azərbaycanın dostu olduğunu vurğulayaraq tarixi ərazilərimizin qonşu ölkə tərəfindən işğalının qəbuledilməz olduğunu bildirib.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov dünya ədəbiyyatına, mədəniyyətinə, təhsilinə və elminə əvəzsiz töhfələr vermiş Nizami Gəncəvinin adını daşıyan kafedranın açılış mərasimində iştirak etməkdən məmnunluğunu bildirib. O, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya, Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloffa, Müluz şəhərinin rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova minnətdarlığını ifadə edib.

Azərbaycan-Fransa münasibətlərinin dərin tarixi köklərinə toxunan nazir bu gün xalqlarımız arasında tarix boyu formalaşmış dostluq münasibətlərinin hər iki ölkənin rəhbərləri səviyyəsində dəstəklənməsi və daha da inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini vurğulayıb.

Nazir XXI əsrdə ölkələr və millətlər arasında qarşılıqlı anlayışa və hörmətə əsaslanan münasibətlərin qurulmasında təhsilin müstəsna rol oynadığını qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Hər bir ölkənin, hər bir xalqın gələcəyinin, inkişafının və uğurlarının məhz insan amilindən, onun savadlı, bilikli gənclərindən asılı olduğunu bildirib.

Nazir dövlətimizin başçısının irəli sürdüyüqara qızılı insan kapitalına çevirmək” prinsipininbu çərçivədə Azərbaycanın savadlı və bacarıqlı gənclərinin xarici ölkələrin aparıcı universitetlərində təhsili üçün dövlət təqaüdlərinin ayrılması təşəbbüsünün ölkəmizdə təhsilə verilən əhəmiyyəti əks etdirdiyini vurğulayıb.

Təhsilin inkişafı sahəsində xüsusi əhəmiyyət verilən məqamlardan birininxarici ölkələrlə müsbət təcrübələrin paylaşılması və qarşılıqlı faydalılıq əsasında birgə təşəbbüslərin həyata keçirilməsi olduğunu deyən nazir Azərbaycanın Fransa ilə bu istiqamətdə tərəfdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb. Bakıda Fransız Liseyinin artıq fəaliyyət göstərdiyini qeyd edən M.Cabbarov bildirib ki, hər iki ölkənin dövlət başçılarının təşəbbüsü ilə Fransız-Azərbaycan Universiteti layihəsi üzərində hazırlıq işləri aparılır və növbəti tədris ilindən etibarən bu layihənin də uğurla fəaliyyətə başlayacağına ümid edir.

Nazir M.Cabbarov yeni açılan kafedranın fransız gənclərinə və tədqiqatçılarına Azərbaycanı daha yaxından tanımağa, ədəbiyyatımızı, tariximizi və mədəni irsimizi araşdırmağa imkan yaradacağına əmin olduğunu bildirib.

 

AZƏRTAC

 

Mikayıl Cabbarov UNESCO-nun Baş

direktorunun müavini ilə görüşüb

 

 Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun Fransa Respublikasına işgüzar səfəri çərçivəsində  noyabrın 3-də UNESCO-nun Baş direktorunun müavini Qian Tanq ilə görüşü keçirilib.

Mikayıl Cabbarov Azərbaycan-UNESCO əlaqələrinin müsbət istiqamətdə inkişafı və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu vurğulayıb. Nazir ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib.

Görüşdə Azərbaycan ilə UNESCO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub. Təhsil naziri Mikayıl Cabbarov UNESCO-nun Baş direktorunun müavini Qian Tanqı ölkəmizə səfərə dəvət edib.

Həmin gün nazir Fransa Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Elm və Sənaye Muzeyinə baş çəkib, elmin  təbliği məqsədilə təşkil edilən sərgilərlə tanış olub.

 

AZƏRTAC

 

Azərbaycan ilə İran arasında təhsil sahəsində

əməkdaşlıq əlaqələri genişlənir

 

UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iranlı həmkarı Əli Əsgər Fani ilə görüşüb.

İran Prezidentinin qonşu ölkələrlə ikitərəfli münasibətlərə önəm verdiyini bildirən və təhsil əlaqələrinə toxunan iranlı nazir azərbaycanlı həmkarını ölkəsinə dəvət edib.

Ölkələrimiz arasındakı qədim tarixi əlaqələrdən danışan Azərbaycan Respublikasının təhsil naziri  Mikayıl Cabbarov dövlətimizin Ermənistandan başqa digər qonşu ölkələrlə ikitərəfli münasibətləri möhkəmlətməkdə maraqlı olduğunu qeyd edib. O, təhsil sahəsindəki münasibətlərə toxunaraq ötən il Bakı Dövlət Universitetinin 95 illik yubileyinə Tehran Universitetinin rektorunun dəvət olunduğunubu səfər çərçivəsində iki ali təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalandığını diqqətə çatdırıb.

Mikayıl Cabbarov 2007-ci ildə qəbul olunan xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanı qazandıqlarını vurğulayıb.

Azərbaycanlı nazir təhsil sektorunda əməkdaşlığın yollarını birlikdə müzakirə etməyi təklif edərək iranlı həmkarına onu ölkəsinə dəvət etdiyinə görə təşəkkür edib.

 

AZƏRTAC

 

Azərbaycan müəllimi.- 2015.- 7 noyabr.- S.3.