Musiqi fənninin tədrisi zamanı

şagirdlərin milli-mənəvi tərbiyəsi

 

Müasir  dövrdə şagirdlərin XXI əsrin tələb etdiyi kompetensiyalara malik olması tədris  prosesinin  maraqlı təşkilindən,  şagirdlərin  motivasiyasının, idrak fəallığının  dərs boyu saxlanması və artırılmasından, istifadə olunacaq üsulları və  formalarının düzgün seçilməsindən, şagirdlərə verilən tapşırıqların cəlbedici, əyləncə xarakterli, tənqidi, məntiqi, yaradıcı təfəkkürü  inkişaf etdirəcək məzmunda hazırlanmasından,  öyrənənlərin müstəqil, yaradıcı fəaliyyətinin təmin olunmasından  s.  asılıdır.  Dərs dediyim şagirdlərin hamısı  musiqi fənnini  çox sevir,  milli musiqi xəzinəmizin öyrənilməsi, təbliğ olunması üçün  səy  göstərir, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə  böyük  həvəslə  iştirak edirlər.  Uşaqlar  proqramda olan  bütün mövzuları   sevə-sevə öyrənir,  həm canlı, həm də İKT-dən, müxtəlif kompüter proqramlarından istifadə edərək özləri səhnəciklər  qurur,  bəstəkarların  həyat və yaradıcılığından, müxtəlif  musiqi janrlarına aid olan əsərlərindən  bəhs edən təqdimatlarla, referatlarla  həm  dərsdə mövzuya  uyğun  şəkildə,  həm də  məktəbimizdə keçirilən musiqi fənn aylığında  başqa sinifdənxaric,  məktəbdənkənar  tədbirlərdə çıxış edirlər.

Şagirdlərin ən çox sevdiyi  mövzulardan biri  milli-mənəvi dəyərlərimizdən olan, Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın  xüsusi diqqət yetirdiyi  muğamlarımızla bağlıdır.  Hamı yaxşı bilir  ki, Bakı kəndlərində  muğam sənətinin incəliklərini anlayan,  onu dərindən sevərək  təbliğ edən  Hacıbaba Hüseynov,  Əlibaba Məmmədov,  Ağaxan Abdullayev və başqaları kimi  böyük  sənətkarlar həmişə olmuş, vardır və  onların davamçıları  yetişməkdədir.  Biz fürsət düşdükcə  muğamı anlayan və dəyərini bilən, muğamsevər  el sənətkarları  ilə  məktəblilərin görüşlərini təşkil edir,    gənclərimizə milli mənəvi  xüsusiyyətlərin,  muğam sənətinə sevgi hisslərinin  aşılanması  məqsədilə müxtəlif  tədbirlər  təşkil edirik. Məktəbimizin rəhbərliyi müəllimlərin keçirdiyi hər bir tədbiri dəstəkləyir, onların əməyini layiqincə qiymətləndirir.

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, çoxşaxəli fəaliyyəti ilə nəinki respublikamızda, hətta ölkəmizin hüdudlarından kənarda da tanınan mütəfəkkir şair Bəxtiyar Vahabzadənin  90 illik yubileyi ilə  bağlı noyabr  ayında  böyük  bir tədbir   keçirməyi  nəzərdə tutmuşuq.  Tədbirdən  əvvəl  B. Vahabzadənin “Muğam” poeması əsasında hazırladığımız ədəbi-bədii kompozisiyanı  dərsdə  təqdim  edəcəyik.  Şagirdlər böyük həvəslə  poemanı əzbər öyrənir,  musiqi sədaları altında məharətlə ifa edirlər.  

 

Daş ürəklərdə yanıb daşları sındırdı Muğam,

Haqqa düşmən olanı  haqqa tapındırdı  Muğam!

güman eyləmisən ondakı tilsimləri sən

Kürü ahıyla qurutdu, salı yandırdı Muğam!

 

Milli musiqi alətlərimizin,  milli musiqimizin ölçüyəgəlməz dəyərini  uşaqların anlaması  üçün mövzulara uyğun şəkildə  müntəzəm olaraq rollu oyunlar,  musiqi ilə müşayiət olunan poeziya dəqiqələri keçiririk:

 

Zurna haray çəkir,  vurur  nağara

GahKoroğlu” çalır, gah “tərəkəmə”.

Sən ey cavan oğlan,  bu havalara

Köhnəlibdir”,-deyə, gəl dodaq büzmə!

Bir anlıq səbr elə, qulaq as ona,

Bir bax nağaranın guppultusuna!

O düşmən üstünə gedən qəhrəman

Bizim babaların  ayaq səsidir,

O çoşquncəngilər,  əllərdə yanan

Misri qılınc seli, el nərəsidir! 

 

Xalqımızın yaradıcılıq dünyasından qopan musiqimizin insanları ümumbəşəri hisslərə, sadəliyə, mərdanəliyə, mübarizliyə, ədəb-ərkana  səslədiyini  müxtəlif məqamlarda, müxtəlif vasitələrlə, nümunələrlə qeyd  etməyimiz,  göstərməyimiz  şagirdlərin  milli-mənəvi  ruhda, vətənpərvərlik  ruhunda  tərbiyə edilməsində böyük rol oynayır.  Ölməz Üzeyir HacıbəylininKoroğlu  operasından uvertüranı,  Cəngi”ni,  Heyratızərbi muğamını,  həmin muğamın musiqisinə E. Mirzəbəylinin yazdığıAzadlıq marşı”nı s.  dönə-dönə  dinləməyin,  milli musiqimizin incilərindən olan  yallının sədaları altında  rəqs etməyin şagirdlərin  tərbiyəsində  oynadığı rolu saymaqla qurtarmaq olmur. Dərs prosesində şagirdlər təkcə xalq musiqi nümunələrindən (muğam, xalq mahnısı, rəqslərdən s.) deyil, həmcinin klassik musiqi əsərlərindən (opera, operetta s.) istifadə etməklə yaradıcı ev tapşırıqları hazırlayır, dərs zamanı təqdim edir özləri İnternetdə yerləşdirirlər.

Şagirdlərin çox hissəsi musiqi nəzəriyyəsinin, bəzi terminlərin mənimsənilməsində çətinlik  çəkir.  Onların terminləri  anlaması  düzgün yazmağı öyrənməsi üçün dərs prosesində müntəzəm olaraq müxtəlif krossvord, rebus nümunələrindən istifadə edirəm. Dərsin müxtəlif mərhələlərində, ümumiləşdirici dərslərdə hər hansı mövzuya, tədris vahidinə, illik materiallara aid müxtəlif çətinlik səviyyəsinə uyğun krossvordları fərdi, qrup, kollektiv şəkildə hazırlayırıq. Şagirdlər arasında vaxtaşırı həm musiqi bacarıqları, həm krossvord tərtibetmə həlletmə bacarıqlarının yoxlanılması mükəmməlləşdirilməsi məqsədilə şagirdlərarası, siniflərarası yarışlar keçiririk. Bu istiqamətdə işlərimiz az deyil. Bütün bunları (hazırladığımız  krossvordları, testləri,  musiqili səhnəcikləri s.) disklərə yazaraq aidiyyəti yerlərə təqdim etməyi düşünürük ki, arzulayan hər bir müəllimin  bu materiallardan istifadə etmə imkanı olsun. Həmkarlarımla birgə vaxtaşırı toplaşır, təcrübə mübadiləsi aparırıq. İnnovativ musiqi müəllimləriqrupu yaratmışıq. Musiqi fənninin tədrisi zamanı qarşıya çıxan problemlər, onların həlli,  İKT-dən istifadənin yolları haqqında vaxtaşırı diskussiyalar, müzakirələr keçiririk.

Müntəzəm olaraq dərsdə müxtəlif musiqi alətlərindən (tar, kamança, nağara, saz, fortepiano s.) həm əyani vəsait, həm musiqi təhsilli şagirdlərin çıxışları kimi istifadə edirik. Şagirdlərin hər biri musiqi fənnini həvəslə öyrənir müxtəlif  səviyyəli tədbirlərdə, yarıslarda müsabiqələrdə çıxış edirlər. Məsələn, şagirdimiz Ceyran Kərimli məşhur uşaq pop qrupu “Can bala”nın üzvlərindən biri kimi dəfələrlə qardaş Türkiyədə hər il keçirilən “23 Nisan Çocuk festivalı”nda müvəffəqiyyətlə iştirak  etmiş, müxtəlif  diplomlarla təltif olunmuş laureat adına layiq görülmüşdür.

Musiqi müəllimi  olaraq gənclərimizin  vətənpərvərlik ruhunda tərbiyə olunması üçün peşə bacarıqlarımı təkmilləşdirmək məqsədilə öz üzərimdə  müntəzəm işləməyi  peşə  borcu  bilirəm. Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açdığı kimi bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meyilləri özünü qabarıq göstərir. Gənclərin milli-mənəvi dəyərlər əsasında, milli ruhda tərbiyə olunması məsələsi hər zaman ümummilli lider Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Dövlət başçısı bu məsələdən bəhs edərkən dediyi kimi, gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli dəyərlərimizi yaxşı bilməlidir.  Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin dediyi sözlər fənnindən asılı olmayaraq hər bir müəllimin başlıca məqsədlərindən biri olmalıdır: “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq bizim gücümüz bundadır”.

 

Arzu AXUNDOVA,

Bakı şəhəri 183 nömrəli tam

orta məktəbin musiqi müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 7 noyabr.- S.14.