Coğrafiya
dərslərində elektron
və interaktiv xəritələrdən
istifadə
Coğrafiyanın tədrisində xəritələr mühüm bilik mənbəyi olan başlıca əyani vasitədir. Xəritə nəinki tədris məqsədi ilə, həm də ərazi ilə bağlı bir çox məsələlərin həllində istifadə olunur. Gəmilər və hava nəqliyyatı xəritələrə görə hazırlanmış xüsusi marşrutlarla hərəkət edir. Hava proqnozu, təbiətin mühafizəsi işlərində, tikinti layihələrinin hazırlanmasında, turizmdə xəritələrin böyük əhəmiyyəti var .
Xəritə geoloqlar üçün də ən yaxşı bələdçidir. Geoloji kəşfiyyat zamanı geoloq xəritədə daim öz marşrutunu müəyyən edir və aşkar etdiyi faydalı qazıntı yataqlarının yerini xəritəyə köçürür.
Hərbi kəşfiyyatçılar xəritəyə əsasən düşmənin mövqelərini asanlıqla tapır.
Tarixçilər qədim xəritələrə əsasən xalqların məskunlaşdığı yerləri, dövlətlərin sərhədlərini, ticarət mərkəzlərini və yollarını öyrənirlər. Ona görə də xəritə coğrafiyanın ikinci dili və əsas istiqamətvericisi hesab olunur. Yaşayış məskənləri yarandıqdan sonra insanlar xəritələr tərtib və istifadə etməyə başlamışlar. Qədim insanlar daş, heyvan dərisi üzərində xəritəyə bənzər təsvirlər vermişlər. Bir sözlə, xəritə bəşəriyyətin ən böyük ixtiralarından biri olub tədricən təkmilləşərək formasını və məzmununu dəyişmişdir. Müasir dövrdə xəritələrin tərtibi və nəşri kompüter texnologiyasına əsaslanır. Xəritəsiz coğrafiya elmi mövcud olmadığı kimi coğrafiya fənninin də tədrisi qeyri-mümkündür.
Coğrafiya dərslərində istifadə edilən kağızda çap olunmuş xəritələrin saxlanılması, köhnəlib cırılması, daşınması, dərsdə quraşdırılması və s. həmişə problemlər yaradır.
İKT-dən istifadə bu çətinlikləri aradan qaldıraraq dərs prosesində nəinki bir xəritə, həmçinin bir neçə xəritədən istifadə imkanları yaradır.
Coğrafiya fənni üzrə təhsil proqramında (kurikulumunda) təlim materialları sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcıllıqla verildiyi üçün dərs zamanı adətən, bir deyil, bir neçə xəritədən istifadə olunur. Ona görə də tədris prosesində elektron və interaktiv xəritələrdən istifadə etmək əlverişlidir .
Mən coğrafiya dərslərində elektron və interaktiv xəritələrdən istifadə edirəm. Bu müəllimin işini asanlaşdırır, şagirdlərin isə mənimsəmə keyfiyyətini yüksəldir.
Elektron və interaktiv xəritələrdən istifadə etdiyim “açıq dərs” nümunələrindən birini oxuculara təqdim edirəm.
Fənn: Coğrafiya
Sinif: VII
Mövzu: Azərbaycan Respublikasının iqtisadiyyatı
Alt-standart: Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amillər.
Təlim nəticələri: Azərbaycan Respublikasının iqtisadiyyatını ona təsir edən amillərlə əlaqələndirir.
Təlim
formaları: Kiçik
qruplarla iş.
Təlim
üsulları: Müzakirə,
anlayışların çıxarılması,
beyin həmləsi.
Fənlərarası inteqrasiya: Həyat bilgisi 1.2.1
Resurslar:
Dərslik, iş vərəqləri,
İKT avadanlıqları.
Motivasiya:
Məlumdur ki, motivasiya müasir dərsin mühüm mərhələlərindən
biridir. Coğrafiya fənninin tədrisində
motivasiyanın verilməsində imkanlar çox genişdir. Dərsin gedişi və
nəticəsi, effektiv
alınması, şagirdlərin
fəallığı və
mövzuya maraq göstərməsi motivasiyanın
nə qədər maraqlı olmasından birbaşa asılıdır.
Bu mərhələdə şagirdlərin
diqqətini mövzuya
cəlb etmək üçün beyin həmləsindən istifadə
edərək onlara “Sizin yaşadığınız
rayonda hansı məhsullar istehsal edilir” sualı ilə müraciət edirəm. Sonra lövhədə “Azərbaycan Respublikasının
iqtisadi rayonlaşdırma xəritəsi”ni
nümayiş etdirirəm.
Sual verirəm: “Bu xəritə haqqında nə deyə bilərsiniz?”.
Sonra şagirdlərə
xəritə üzərində
təsvir olunan məhsulların iqtisadi rayonlara uyğun yerləşdirilməsi tapşırığını
verirəm. İKT-dən
istifadə bu işdə bizə böyük yardımçıdır.
Fərziyyələr dinlənildikdən sonra mövzunun adı açıqlanır.
Tədqiqat sualı: 1. Hansı
məhsulların satışı
ölkəyə daha çox gəlir gətirə bilər?
2. Nə üçün respublikamızda dövlət
müəssisələrinin payı
azalır, özəl
müəssisələrin payı
isə artır?
Tədqiqatın aparılması.
Şagirdlər qruplara bölünür və tapşırıqlar
verilir.
Qruplara eyni sayda, çətinlik
səviyyələri eyni
olan aşağıdakı
tapşırıqları verirəm:
Qruplar işlərini təqdim
edir. Müzakirə aparılır, yaranan
suallar araşdırılır.
Ümumiləşmə və nəticə:
Azərbaycan neftinin Avropa
ölkələrinə daşınmasında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu böyükdür. Ölkədə təsərrüfatın
müxtəlif sahələrinin
inkişafı əhalinin işsizlik
səviyyəsini aşağı
salmışdır. Azərbaycanda qeyri-dövlət müəssisələri
sahibkarlar hesabına artmışdır. Sahibkarlığın
inkişafına dövlətimizin
böyük dəstəyi
var. Azərbaycanın Trans-Qafqaz
mövqeyi ölkənin
inkişafına təkan
verən amillərdən
biridir. Ölkənin təbii şərait
və təbii ehtiyatlarından səmərəli
şəkildə istifadə
etməklə ölkə
iqtisadiyyatını daha
da inkişaf etdirmək olar. Torpaqlarımızın işğalı ölkəmizin iqtisadiyyatına
çox zərər vurmuşdur.
Yaradıcı tətbiqetmə:
Verilmiş elektron xəritədə
şagirdlər ölkəyə
idxal olunan və ölkədən ixrac olunan məhsulları
qeyd edirlər.
Qiymətləndirmə: Qrup işləri eyni meyarlar əsasında qiymətləndirilir.
Sevda QULİYEVA,
Bakı şəhəri İ. Hacıyev adına
“Tərəqqi”
texniki-humanitar liseyinin coğrafiya
müəllimi
Azərbaycan müəllimi.-
2015.- 7 noyabr.- S.14.