İntihar
Bezmiş
ümidlər kürsüyə
çıxıb,
Əlvida
sevincə, əlvida mənə...
Keçmişim sabahı bu günə yıxıb,
Ölüm də ruhumda bir qida mənə...
Cəld
olun ümidlər, cəld olun bir az,
Sırada
arzular növbə gözləyir...
Günahı içimdə arayım
bir az,
O Tanrı hələ də tövbə gözləyir...
Təbəssüm var idi üzümdə mənim,
Özünü gözündən aşağı
atdı...
Göyərçin duyğuya atdığım dənim,
Palçıqlı qarların altında batdı...
Bu həsrət nə
zaman bitəcək görən?!
Bir az Tanrısansa,
çağır ölümü...
Qurutdu, bilərək bir zalım kölən,
Səsimdə yaranan duyğu gölümü...
Ürəkdə iztirab atəşi
varsa,
Oduyla alışıb,
yanasan gərək.
Ümidlər xərclənib sonda
qurtarsa,
Ölümü ümidin sanasan
gərək...
Yenə gedirsən
Gedirsən ömürdən, elə
bil qatar,
Mənzili bilinməz, yolu bilinməz.
Ayrılıq acını şirinə
qatar,
Sənli
xatirənin tozu silinməz...
Dumanamı döndü getdiyin
yollar,
Gözlərin gözümdə qeybə
çəkildi.
Sonuncu baxışın qəlbimi
odlar,
İzlərin yuxumda tənha gəzirdi.
Bir ömür fəslindən
yazılan yazı,
Ani baxışınla
pozuldu sənin.
Ətirli
güllər də gətirməz yazı,
Eşqin
yuxular tək yozuldu sənin...
Qayıtsan...
Şaxta baxışlarında tərliyərdim,
Gecələrimin sabahı, olarmı qayıtsan?!
Saçlarında qeybə çəkilərdi
zamanım,
Sevincli gözlərimdə
yağışlar, dolarmı
qayıtsan?!
Qəlbimi qandalladı payızların
gümanı,
O güman indi qırılarmı, qayıtsan?!
Yaralarım hər gecə nifrət ahları çəkir,
O yaralar gülüşünlə,
sarılarmı qayıtsan?!
Cırılan zamana tikişlər
atırdı arzularımız,
Ürəyimin fəryadı yenə, qoparmı qayıtsan?!
Həsrət donu geyir göz yaşlarım,
Vüsal dənizləri birdən, coşarmı qayıtsan?
Gülüşlərin oğurladı qəlbimi məndən,
Səsin uzaqlara yenə apararmı qayıtsan?!
Yoxluğun gecəmdə qəm
pərdəsidi,
Ümid
bağçasında çiçəklər,
çoxalarmı qayıtsan?!
Qaşları çatılmış həsrət artıq ölüm istər,
Solğun bənizimdə yad güman, itəcəkmi qayıtsan?!
İztirab divarları tab gətirmir
sənsizliyə,
Qəlb torpağımda arzu gülləri, bitəcəkmi
qayıtsan?!
Nəfəsin qədər yaxındır
sənə ruhum,
Dərd küləyi sahilimizdə,
əsərmi qayıtsan?!
Yoxluğun gecəmdə dərin
uçurum,
Varlığın sonsuz gecələri, kəsərmi qayıtsan?!
Oğuz AYDIN (HACIYEV),
Gəncə Dövlət Universitetinin
filologiya fakültəsinin
III kurs
tələbəsi, Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Azərbaycan müəllimi.-
2015.- 7 noyabr.- S.15.