Məktəbdə “Fövqəladə
hallar
uşaqların
gözü ilə” müsabiqəsi keçirilib
Hər il olduğu kimi, 2015-2016-cı tədris ilində də Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə razılığına əsasən “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda 5 nominasiya üzrə (“Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq”) uşaq yaradıcılıq müsabiqəsi keçirilir. Əvvəlki illərdən fərqli olaraq Xətai rayonunda bu işlə bağlı 55 nömrəli tam orta məktəb pilot müəssisə seçildiyindən ayrı-ayrı məktəblərdən daxil olan əl işlərinə baxaraq məktəbin şagirdləri bu işdə daha məsuliyyətli olmağa çalışıb. Elə onun nəticəsidir ki, başqa məktəblərdən fərqli olaraq daha çox müsabiqəyə qatılmış və fərqlənən əl işləri müsabiqənin növbəti şəhər mərhələsində iştirak etmək üçün 42 nömrəli tam orta məktəbə təqdim edilib.
Hər nominasiya üzrə məktəbdə ayrıca baxış təşkil olunub.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2015.- 7
noyabr.- S.22.