“Kitabi-Dədə Qorqudun tədrisi

– müəllimlərin müzakirəsində

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dövlət rəhbərinin “Kitabi-Dədə Qorqudun dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyinin qeyd edilməsi barədə Sərəncamına uyğun olaraq, Bakıda və ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirir.

Bilik Fondunun təşkilatçılığı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzində “Orta məktəblərdə “Kitabi-Dədə Qorqudun tədrisi” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Bilik Fondunun Nizami rayonu üzrə nümayəndəsi, Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin direktoru Almaz Əsgərova, Yasamal rayonu üzrə nümayəndəsi, 53 saylı tam orta məktəbin direktoru Firəngiz Həsənova, Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Niyazi Rəhimov iştirak ediblər.

Gəncə, Sumqayıt, Şəki, Qazax, İmişlidən olan ədəbiyyat müəllimləri videokonfransa onlayn formada qatılaraq mövzu ətrafında fikirlərini bölüşüblər.

 

Niyazi Rəhimov

 

Azərbaycan müəllimi.- 2015.- 14 noyabr.- S.14.