Riyaziyyatdan fəal dərs nümunəsi
Riyaziyyat fənni
V sinif
Məzmun standartları:
3.1.2. Uzunluğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə üçbucağı qurur.
3.1.5. Üçbucaqların tərəflərinə və bucaqlarına görə təsnifatını aparır.
Məqsəd:
1. Üçbucağı tərəflərinə və bucağına görə növlərə ayırır.
2. Üçbucağın daxili bucaqlarını ölçür.
3. İki tərəf və onlar arasındakı bucağa görə üçbucaq qurur.
Mövzu: Üçbucağın qurulması.
İş forması:
Cütlərlə iş, kollektiv iş.
İş üsulu:
Beyin həmləsi.
İnteqrasiya:
Texnologiya, təsviri incəsənət.
Resurs: Kompüter, proyektor,
promethean interaktiv löhvəsi,
dərslik, metodik vəsait.
İstifadə olunan saytlar:
learningapps.org; prometheanplanet.com; bloggif.com
İstifadə olunan proqramlar: Activinspire; Camtasia
Studio.
Dərsin
gedişi:
Öncə onu qeyd edim
ki, bu elektron-resurs
Activinspire proqramında
hazırlanıb və
elektron lövhə üçün nəzərdə
tutulub.
Salamlaşma və sinfin təşkilindən sonra dərsin motivasiya mərhələsinə keçid
alınır.
Motivasiya
(8 dəq):
Üçbucaq haqqında biliklər qısa xatırlanır. Üçbucağın bucaqlarına və tərəflərinə görə
növləri müəyyən
edilərək cavablar
düzbucaqlı çərçivəyə
yerləşdirilir.
Bu tapşırığın hazırlanmasında Activinspire
proqramının funksiyalarından
biri olan konteynerdən istifadə edilib. Belə ki, şagird
səhv cavab verdiyi halda çərçivə
cavabı qəbul etmir. Bununla da şagird tapşırığı düz
və ya səhv yerinə yetirdiyini özü təyin edir (bax: slayd 1).
Növbəti flipçartda hər buludun arxasında bir sual yerləşdirilib. Hər suala
uyğun şəkli çəkmək lazımdır.
1. İtibucaqlı üçbucaq
çək.
2. Korbucaqlı üçbucaq
çək.
3. Düzbucaqlı üçbucaq
çək.
Bunun üçün
əvvəlcə uyğun
çərçivədə ABC işarəsinin üzərinə
vurub, sonra təpə nöqtələri
lazım olan tərəfə hərəkət
etdirilir. Bu flipçartda
şagird üçbucağın
təxmini çəkilmə
qaydasını və
növlərini ayırmaq
yollarını daha yaxşı mənimsəyir
(bax: slayd 2).
Növbəti 2 tapşırıq ikili rejimdə tez bir zaman ərzində
həll edilir.
Ulduz üzərinə vurmaqla sual ekrana gəlir:
“Yerdə olan üçbucaqlar içərisində
korbucaqlı üçbucaqları
tapın”.
Verilən zaman içərisində
2 şagird tərəfindən
doğru üçbucaqlar
təyin edilir. Nəticədə
şagirdlər fiqurları
fərqləndirməyi və
ətraf mühitlə
əlaqələndirməyi bacarırlar (bax: slayd 3).
Üçbucaq üzərində verilmiş
kiçik üçbucaqlar
uyğun xanalara yerləşdirilir.
1. Üçbucağı tərəflərinə
görə ayıraq.
2. Üçbucağı bucaqlarına
görə ayıraq.
Lövhəyə 2 şagird çıxarılır. Verilən
zaman ərzində şagirdlərdən biri soldakı, digəri sağdakı tapşırığı
yerinə yetirir (bax: slayd 4).
Daha sonra Learningapp.org saytında
hazırlanmış resurs
(puzzle) şagirdlərə təqdim olunur.
Puzzle 12 hissədən ibarətdir.
Hər hissədə
1 tapşırıq var,
şagirdlər tapşırığı
həll etməklə
verilən üçbucağın
4 növdən - tərəflərinə
görə növləri,
bucaqlarına görə
növləri, korbucaqlı
üçbucaq və
düzbucaqlı üçbucaq
növlərindən hansına
aid olduğunu təyin
etməlidir.
Doğru seçim etdikcə tapşırığın arxasında
olan şəklin uyğun hissələri açılır. İnteraktiv tapşırıq yerinə
yetirildikdən sonra açılan şəkil
əsasında tədqiqat
sualı qoyulur (bax: slayd 5).
Tədqiqat sualı (7 dəq):
1. Ekranda açılan təsvirin bugünkü dərslə nə əlaqəsi var? (bax: slayd
6).
Cavablar dinlənilir və əlaqə tapıldıqdan
sonra aşağıdakı
tapşırıqlar şagirdlər tərəfindən
həll edilir. Tapşırıqlarda həm üçbucaqlar,
həm də ölçülər verilib.
Şagirdlər şərtə
uyğun üçbucaqları
təyin etməlidirlər:
1. İki tərəfinin uzunluğu 7 sm, 8 sm və arasındakı
bucaq 100 dərəcə
olan üçbucağı
tap.
2. İki tərəfinin uzunluğu 4 sm, 4 sm və arasındakı
bucaq 80 dərəcə
olan üçbucağı
tap.
3. İki tərəfinin uzunluğu 5 sm, 7 sm və arasındakı
bucaq 60 dərəcə
olan üçbucağı
tap.
4. İki tərəfinin uzunluğu 6 sm, 6 sm və arasındakı
bucaq 80 dərəcə
olan üçbucağı
tap.
“Ölç və
tap!” üzərindən tutmaqla
ekranın mərkəzinə
səhifəni sürüşdürüb
ölçmələr yerinə
yetirilir. Şərtlərə uyğun üçbucaqlar
təyin edilir. Bucaq və ya tərəfin
uzunluğunu ölçmək
üçün lazım
olacaq transportir və xətkeş səhifənin aşağı
sağ küncündə
yerləşdirilib.
Ölçmək üçün üzərinə
vurmaqla ekrana gətirib istifadə bitdikdən sonra bağlaya bilərsiniz. Düzgün variantlar təyin edildikdən sonra üçbucaqlar olan səhifə kənara çəkilir və verilmiş tapşırıqların
qarşısındakı mavi
oxları sağa sürüşdürməklə cavabı yoxlamaq olar.
1. Hər tapşırığa
1 dəqiqə vaxt verilir (bax: slayd
7).
Bu tapşırıqlar yerinə
yetirildikdən sonra şagirdlərə belə
bir sual verilir:
İki tərəf
və arasındakı
bucaq məlum olduğu halda (üçbucaq məlum deyil) üçbucağı
necə qurmaq olar?
Fikirlər dinlənilir. Sonra bu dərsdə
qeyd edilən şərtlər daxilində
üçbucağın qurulma
qaydasının öyrəniləcəyi
və qaydaya uyğun qurmalar yerinə yetiriləcəyi
şagirdlərin diqqətinə
çatdırılır. Üçbucağın iki tərəfinin
uzunluğu və onlar arasında qalan bucaq məlum
olduğu halda qurulması qaydasını
əks etdirən kiçik videofraqment izlənilir.
Tədqiqatın aparılması (8 dəq):
Şagirdlər cütlərə bölünür. Növbəti flipçartdakı tapşırıqlar
müəyyən edilmiş
zaman ərzində ikili rejimdə yerinə yetirilir. Tapşırıqlar belədir:
I cütlük:
1. Tərəfləri 3 sm, 5 sm və arasında
qalan bucaq 70 dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 4 sm və arasında
qalan bucaq 90 dərəcə olan ABC üçbucağını qurun.
II cütlük:
1. Tərəfləri 5 sm, 7 sm və arasında
qalan bucaq 80 dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 6 sm və arasında
qalan bucaq 100 dərəcə olan ABC üçbucağını qurun
(bax: slayd 8).
İnformasiya mübadiləsi və
müzakirə (4 dəq): Bu mərhələdə
şagirdlər tədqiqatın
gedişində əldə
etdikləri informasiyaların
mübadiləsini aparırlar.
Ümumiləşdirmə və nəticə (14 dəq): Təqdimatlar müzakirə
olunur və ümumiləşdirilərək nəticə çıxarılır.
Sinif iki komandaya ayrılır və yarış keçirilir. Yarış iki mərhələdən
ibarətdir:
1-ci mərhələdə hər komanda 3 sualı cavablandırır. Cavablara uyğun
olaraq xal qazanır.
I mərhələdə daha
çox bal qazanmış
komanda II mərhələyə
keçir. Bu mərhələdə komanda
nömrələnmiş tapşırıqları
ardıcıl yerinə
yetirməklə pillə-pillə
yüksəlir. Əgər tapşırıqlar
düzgün yerinə
yetirilərsə, sonda
komanda qalib elan edilir və
mükafatlandırılır. Mükafatlandırma simvolik olaraq
aparılır. Əgər sonuncu
pillədə sual düzgün qiymətləndirilərsə,
pillələri qalxan komandaya kubok verilir.
Bu
yarış şagirdlərin dərsə marağını
və fəallığını artırmaq
məqsədilə təşkil
edilir.
Qiymətləndirmə (3 dəq): Şagirdlər təqdimata,
standarta əsasən çıxarılmış qiymətləndirmə
meyarlarına, cütlərlə
işlərində göstərdiyi
fəallığa uyğun
olaraq qiymətləndirilir.
Yaradıcı tətbiqetmə (1 dəq): Bunun üçün şagirdlərə
aşağıdakı tapşırıq
verilir: Dəftərdə
ixtiyari üçbucaq
çəkin və onun iki tərəfinin
uzunluğundan 2 sm, arasında qalan bucağın dərəcə
ölçüsündən 10 dərəcə böyük
olan üçbucağı
qurun.
Günay HÜSEYNZADƏ,
Bakı şəhəri 193 nömrəli
tam orta
məktəb və 6 nömrəli
məktəb-liseyin
riyaziyyat və informatika
müəllimi
Azərbaycan müəllimi.-
2015.- 28 noyabr.- S.12.