"İlk peşə-ixtisas
təhsili üzrə ixtisasların Təsnifatı"na
yeni ixtisasın əlavə
edilməsi haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın qeydlər bölümünün 2-ci və "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. Əmək bazarının tələbatını, habelə müəssisə və təşkilatların (işəgötürənlərin) sifarişini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın 030210 şifrəli ixtisasın "Bərbərlik" qrupuna "Vizajist" ixtisası əlavə edilsin.
2. İlk peşə və orta ixtisas təhsili şöbəsi (Samir Vəliyev) və Təhsil Problemləri İnstitutu (Qulu Novruzov) əmrin birinci bəndində göstərilmiş ixtisasın müvafiq tədris planının hazırlanmasını təmin etsin.
3. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
18 sentyabr 2015-ci il
Azərbaycan müəllimi.- 2015.-
3 oktyabr.- S.2.