Təhsil işçilərinin bayram təbrikləri
Peşə
bayramımızı direktor kimi ilk dəfə qeyd edirəm
Hüseynağa
QASIMOV,
Bakı şəhəri
218 nömrəli tam
orta məktəbin
direktoru
Payız fəsli biz müəllimlər üçün iki hadisə ilə əlamətdardır. Yeni dərs ilimiz bu fəsildə başlayır. Biz müəllimlərin ənənəvi peşə bayramı da bu fəsilə təsadüf edir. Bu iki hadisəyə görə də biz müəllimlər payızı daha çox sevirik. Builki payızın isə mənim bioqrafiyamda öz yeri var. Belə ki, dərs ili ərəfəsində mənim karyera inkişafımda mühüm hadisə baş verib: mən məktəb direktoru təyin edilmişəm.
Dövlət Strategiyasında qarşıya qoyulan əsas məsələlərdən biri - idarəetmə texnologiyalarına yiyələnmiş idarəedicilərin - məktəb direktorlarının hazırlanması aktual məsələdir. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə ikinci ildir ki, məktəb direktorlarının hazırlanması üçün kurslar təşkil edir. Həmin təlimlərdən keçərək kursu uğurla bitirən kadrlar direktor təyin olunur. Qeyd edim ki, seçim çoxmərhələlidir. Burada istər imtahan, istərsə də müsahibə mərhələsi çox obyektiv və şəffaf şəkildə aparılır.
Mən də bu təlimlərə 2014-cü ilin noyabr ayında qoşuldum. Təlimlərdən sonra imtahan və müsahibə mərhələlərini uğurla keçdim və 7 sentyabr 2015-ci il tarixində Bakı şəhəri 218 nömrəli tam orta məktəbə direktor təyin olundum. Elə həmin gün təhsil naziri Mikayıl Cabbarov yeni təyin olunan direktorları qəbul edərək özünün tövsiyə və tapşırıqlarını verdi.
Bu il ilk dəfə olaraq mən müəllimlərin peşə bayramını direktor kimi qeyd edirəm. Bu da üzərimə daha böyük vəziflər qoyur. Böyük bir kollektivə rəhbərlik etmək, onların problemlərinin həlli yollarını axtarmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, bacarıqlı, bilikli və zəngin dünyagörüşünə malik gənclər yetişdirmək yolunda öz işimi cənab nazirimizin tövsiyələri əsasında qurmağa çalışacağam.
Təhsil sisteminə gətirdiyi yeniliklərə
və şəffaflığa görə Təhsil Nazirliyinə
minnətdarlığımı bildirirəm. Bu çətin,
şərəfli işdə onlara uğurlar arzulayır və
bütün müəllimləri peşə bayramları
münasibətilə təbrik edirəm.
Həm müəllim,
həm də direktor kimi
Rəna
SÜLEYMANOVA,
Bakı şəhəri
18 nömrəli tam
orta məktəbin
direktoru
Bütün zamanların ən şərəfli, müqəddəs peşələrindən sayılan müəllim sözünün ziyası, nuru hər birimizin ürəyinə bir rahatlıq gətirib, ruhuna öz şöləsi ilə işıq salıb. Müəllimlər şagirdlərin hərtərəfli bilik almaları, vətənə, dövlətə layiqli övlad olmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Şagirdinin hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır, lakin şərəfli bir yükdür.
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixi dünyanın 100-dən çox ölkəsinin müəllimləri özlərinin peşə bayramı kimi qeyd edirlər. Beynəlxalq Müəllimlər Günü artıq neçə illərdir ki, müstəqil ölkəmizdə də peşə bayramı kimi qeyd edilir.
Uzun illər müəllim və
məktəb direktorunun müavini işləsəm də bu il
mənim pedaqoji fəaliyyətimdə yeni səhifə
açıldı. Təhsilin
idarə olunmasında müasir tələblərə
uyğun yeni, keyfiyyətli bilik və bacarıqlar əldə
etmək, peşəkarlıq səviyyəmi artırmaq,
idarəetmə işini daha dərindən öyrənmək
üçün Təhsil Nazirliyi tərəfindən
keçirilən təlimlərə qatıldım. Təlimlərdə təhsildə
yüksək keyfiyyəti təmin etmək üçün
düzgün istiqamətləndirmə mexanizmləri ilə
tanış oldum, təhsilin daha çevik idarə
olunması, yeniləşən əmək şəraitinə
uyğunlaşması üçün səmərəli fəaliyyət
həyata keçirməyin yollarını öyrəndim, təhsilin
inkişafında maraqlı olan tərəflərlə
düzgün münasibətlər qurulması haqqında zəruri
biliklər əldə etdim. Təlimləri uğurla başa
vurduqdan sonra Təhsil Nazirliyi tərəfindən mənə
böyük bir etimad göstərildi. Doğma
Bakımızın mərkəzi küçələrindən
birində yerləşən Mikayıl Müşfiq adına
18 nömrəli tam orta məktəbə rəhbərlik mənə həvalə edildi. Mənə
göstərilən etimada görə Təhsil Nazirliyinə
xüsusi təşəkkürümü bildirirəm. Bunun
üçün çox qürur hissi keçirirəm. Bu il müqəddəs peşə
bayramını ilk dəfə həm müəllim, həm də
direktor kimi qeyd edəcəyəm. Bu mənə ikiqat bayram
sevinci bəxş edir.
Bayramınız mübarək, dəyərli müəllimlər!
Pedaqoji və
şagird kollektivinin
sevgisini qazanmaq böyük
uğurdur
Tünzalə ZEYNALOVA,
Bakı şəhəri
283 nömrəli tam
orta məktəbin
direktoru
Bütün sahələrdə müasirləşən, inkişaf edən müstəqil Azərbaycanımızda son illər milli təhsil sistemində aparılan islahatlar, müşahidə olunan kəmiyyət və keyfiyyət dəyişiklikləri gündən-günə artmaqdadır. Hər il olduğu kimi, bu tədris ilində də məktəblilərin müasir tələblərə cavab verən, təlim-tədris imkanları, infrastrukturu olan məktəblərdə təhsil almaları üçün bütün zəruru tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsaslı təmir olunmuş məktəblərin açılış mərasimlərində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, valideynlərlə, şagirdlərlə görüşü təhsilə yüksək diqqət və qayğıya bariz nümunədir. Xüsusi vurğulamaq istərdim ki, 283 nömrəli tam orta məktəbin kollektivi olaraq biz də bu unudulmaz sevinci öz taleyimizdə yaşadıq. Məktəbimiz cari tədris ilində əsaslı təmir edildi və yeni dərs ili ərəfəsində möhtərəm Prezidentimiz məktəbdə olaraq görulən işləri yüksək dəyərləndirdi, pedaqoji kollektivə uğurlar arzuladı.
Artıq ikinci tədris ilidir ki, təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışmaq istəyən şəxslər üçün təlimlər təşkil edilir, təlimlərin yekun qiymətləndirilməsi və müsahibə mərhələsi keçirilir. Mən də həmin layihənin uğurlu qalibi olaraq bu il Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyinatı almışam. Üzərimizə qoyulan böyük etimadın məsuliyyətini dərk edirəm və bütün potensial gücümü səfərbər edərək doğrultmağa çalışacağam.
Qarşıdan Beynəlxalq Müəllimlər Günü gəlir. Bu, yeni direktor təyin olunduğum tədris ocağında keçirəcəyim ilk peşə bayramımızdır. Bu şərəfli bayram münasibətilə rəhbərlik etdiyim 283 nömrəli tam orta məktəbin kollektivini və bütün Azərbaycan müəllimlərini təbrik edirəm, peşəkar həmkarlarıma uğurlar diləyir və dövlətin təhsil siyasətini səmərəli yerinə yetirməkdə möhkəm addımlarla irəliləməyi arzulayıram.
Və eyni zamanda
bir müəllim, bir təhsil işçisi olaraq şagirdlərimin, məzunlarımın, pedaqoji
kollektivimin rəğbət və
məhəbbətini qazanmağı özümə
arzulayıram. Bir təhsil müəssisəsinin rəhbəri
üçün bu sevgini
qazanmaqdan böyük uğur
tanımıram.
Üzərimə
çox böyük məsuliyyət
düşdüyünü hiss edirəm
Natəvan ƏSƏDOVA,
Bakı şəhəri,
R.Əliyev adına 3 nömrəli
tam orta
məktəbin direktoru, riyaziyyat
üzrə fəlsəfə doktoru
Uşaq və gənclərimizi gələcəkdə ölkəyə, xalqa ləyaqətlə xidmət edən vətəndaş kimi hazırlamaq, Azərbaycanın təhsil sistemini dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə ölkə Prezidentinin rəhbərliyi altında əsaslı islahatlar həyata keçirilməkdədir. Təbii ki, yeni məktəb binalarının inşası, müasir tədris metodikalarının və yeni texnologiyaların tətbiqi bu istiqamətdə müəyyən uğur və nailiyyətlərin əldə olunması üçün zəruri şərtlərdir. Lakin bu işdə təhsili idarə edənlərin, məktəb rəhbərlərinin də üzərinə mühüm vəzifələr düşür. Bununla əlaqədar mən ilk növbədə, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə həyata keçirilən müxtəlif layihələrin, xüsusən də ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə bu vəzifələrdə çalışmaq istəyən şəxslər üçün Təhsil Nazirliyinin keçirdiyi təlimlərin əhəmiyyətini qeyd etmək istərdim. Müxtəlif müsabiqə və imtahan yolu ilə orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunan müəllimlərdən biri də mənəm. İlk növbədə mənə göstərilən etimada görə nazirliyin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Qeyd etməliyəm ki, üzərimə çox böyük məsuliyyət düşdüyünü hiss edirəm. Etimadı doğrultmaq, qarşımızdakı mühüm vəzifələri yerinə yetirmək üçün, fikrimcə, tədris prosesində ilk növbədə şəffaflığa nail olmaq, təşəbbüskarlıq, idarəetmədə yeni vərdişlərə yiyələnmək, cəmiyyətdəki şəxsi rolunu dərk etmək kimi əsas keyfiyyətlər gərəkdir.
Müəllimlik çox şərəfli sənətdir.
Lakin şərəfli olduğu qədər də mürəkkəb,
məsuliyyətli vəzifədir. Müəllim şagirdlərin mənəvi dünyasını
görməli və ona fərdi yanaşma üsullarını
bilməlidir. Hər bir müəllim məktəbin mənəvi
həyatına həssaslıq, qayğıkeşlik, dostluq,
mehribanlıq və işgüzarlıq xüsusiyyətlərini aşılamalıdır. Düşünürəm ki, o
zaman biz müəyyənləşdirilmiş layihələr
üzrə lazımi nəticələrə nail ola bilərik.
Odur ki, hamını ikiqat qüvvə ilə
işləməyə çağırır və fürsətdən
istifadə edərək bütün həmkarlarımı,
habelə nazirliyimizin kollektivini direktor kimi ilk dəfə qeyd
edəcəyim Beynəlxalq
Müəllimlər Günü münasibəti ilə təbrik
edir, yaradıcılıq uğurları arzulayıram.
Arzusunda olduğum peşənin
ilk bayram sevincini yaşayıram
Güldanə HACIƏLİYEVA,
Bakı şəhəri, Heydər
Əliyev
adına liseyin ibtidai sinif müəllimi
Müəllim...
Kimdir o? Bizə ilk dəfə qələm tutmağı, hərfləri
öyrədən, elmin
qapılarını
üzümüzə
açan, uşaq ikən bütün
şıltaqlıqlarımıza dözən, səhvlərimizi bağışlayan, bizə ana
qayğısı göstərən
şəxs. Mən də hələ məktəbə getdiyim
ilk günlərdən ibtidai
sinif müəllimi olmaq
istəmişəm. Buna səbəb ilk müəllimim Validə
müəllim olub. Bu peşəni onun simasında sevib, gözəlliklərini
görmüşəm. Uşaqlıq arzuma çatmaq
üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil oldum. Ali məktəbi
bitirdikdən sonra müəllimlərin işə
qəbulu üzrə keçirilən müsabiqədə
iştirak etmək üçün
elektron şəkildə ərizə verdim
və imtahanlarda iştirak
etmək hüququ qazandım. Şəffaf şəkildə keçirilən müsabiqədə yüksək bal
toplayaraq respublikamızda ən
nüfuzlu təhsil ocaqlarından biri olan Heydər Əliyev
adına liseydə müəllim vəzifəsinə təyin
olundum və pedaqoji fəaliyyətə başladım. Liseyə
ilk gəldiyim gündən bu təhsil ocağının
direktoru Fikrət Xəlilovun və pedaqoji kollektivin gənc
müəllim kimi mənə xüsusi diqqət və
qayğısını hiss etdim. Təcrübəli
müəllimlərdən müxtəlif məsləhət və
tövsiyələr aldım.
Qarşıdan Beynəlxalq Müəllimlər
Günü gəlir. Uşaqlıqdan arzusunda olduğum peşənin
ilk bayram sevincini yaşayacağım üçün həm
sevincli, həm də həyəcanlıyam. Hər il müəllim günündə pedaqoji
işçilər təbrik edilərkən
düşünürdüm ki, görəsən məni də
nə vaxtsa bu münasibətlə təbrik edəcəklərmi?
Şükürlər olsun ki, həmin gün gəlib
çatdı. Müqəddəs
sayılan müəllimlərin peşə bayramı
münasibətilə təhsil işçilərini səmimi-qəlbdən
təbrik edir, onlara şərəfli və çətin
işlərində uğurlar arzulayıram.
Çox sevinirəm ki, arzu etdiyim
sənəti bu məktəbdə davam etdirirəm
Günay ABBASOVA,
Bakı şəhəri 218 nömrəli
tam orta
məktəbin ibtidai sinif müəllimi
Hamımıza məlumdur ki, müəllim əməyinin
nəticəsində cəmiyyət formalaşır,
savadlı, bilikli, geniş dünyagörüşlü,
nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə
cəmiyyəti daha da inkişaf etdirir. Hazırda
ölkəmizin müstəqilliyinin möhkəmlənməsində
fəal iştirak edən insanlar məhz müəllim əməyinin
yetirmələridir. Ümummilli liderimiz
Heydər Əliyev həmişə müəllim əməyini
yüksək qiymətləndirmiş, müəllim
haqqında xoş sözlər söyləmişdir. Bu siyasətin davamı olaraq bu gün də ölkə
başçısı cənab İlham Əliyev müəllim
əməyini daim diqqətdə saxlayır, onlara xüsusi
qayğı göstərir.
Son illər təhsil sahəsində aparılan islahatlar
nəticəsində təhsilimiz sürətlə inkişaf
edir. İslahatların tərkib hissələrindən
biri də müəllimlərin şəffaf şəkildə
işə qəbulu ilə bağlı keçirilən
müsabiqədir. Bu il mən də
müəllim olmaq arzusunda olan şəxslərlə birlikdə
müsabiqədə iştirak etdim və Binə qəsəbəsində
yerləşən 218 nömrəli tam orta məktəbdə
müəllim vəzifəsinə təyinat aldım. Təhsil sahəsində belə şəraitin
yaradılması çox sevindirici haldır.
İndiyədək orta ixtisas məktəbində işləsəm
də çox sevinirəm ki, arzu etdiyim sənəti bu məktəbdə
davam etdirirəm. Yaxşı müəllim olmaq
üçün var gücümlə
çalışıram.
Bu il mən ilk dəfə tam orta məktəbdə
öz peşə bayramımı qeyd edəcəyəm. Yəqin ki, mənimlə bərabər
bu il işə qəbul olunanların
çoxu üçün bu belədir. Fürsətdən
istifadə edib məktəbimizin rəhbərliyini, kollektivini
və müəllim adını daşıyan bütün
şəxsləri təbrik edir, onlara xoş arzularımı
bildirirəm.
İlk dəfə məktəbə
gələrkən çox həyəcanlı idim
Aynur CAMALOVA,
Bakı şəhəri 135 nömrəli
tam
orta məktəbin ibtidai sinif müəllimi
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu günü YUNESKO 1966-cı ildə müəllimlərin
statuslarının artırılması ilə bağlı qəbul edərək dünya müəllimlərinə
hədiyyə etmişdir. Ölkəmizdə Beynəlxalq
Müəllimlər Günü 1993-cü ildən qeyd edilməyə
başlanılıb. Mən də peşə
bayramımızı çox sevirəm və hər il onu təntənə
ilə qeyd edirəm. Bayram günü bütün həmkarlarıma təbrik ünvanlayıram. Bu il isə təbrik ünvanlarımı bir qədər
dəyişməli, daha doğrusu genişləndirməli
olacağam. Çünki bu il mən Təhsil
Nazirliyinin keçirdiyi müəllimlərin
işə qəbulu üzrə müsabiqədə iştirak etmişəm və
seçmiş olduğum vakant yerlərdən birinə -
Bakı şəhərinin Binəqədi rayonundakı Ə.Şıxlinski adına 135
nömrəli tam orta məktəbə işə qəbul
olunmuşam. Öncə onu
deyim ki, müsabiqənin istər imtahan, istərsə də
müsahibə mərhələsi çox şəffaf formada
keçdi. Müsabiqə həqiqətən
də təhsili başa vurub işləməyən müəllimlərin
işlə təmin olunması üçün təşkil
olunmuş çox təqdirəlayiq
bir təşəbbüsdür. Bu təşəbbüsə
görə Təhsil Nazirliyinə öz minnətdarlığımızı
bildiririk.
İlk dəfə
məktəbə gələrkən necə kollektivlə
üzləşəcəyimi bilmədiyim üçün çox həyəcanlı
idim. Ancaq başda məktəbin direktoru Sadəgül Həsənova olmaqla
çox mehriban və səmimi bir kollektivlə
rastlaşdım. Məni çox gözəl qəbul etdilər,
tez bir zamanda müəllimlərlə münasibət qurdum və onlara
alışdım.
Belə kollektivlə və 1-ci sinfin körpə
fidanları ilə ilk peşə bayramını qeyd etməyin
daha maraqlı olacağına inanıram. Bu bayram
münasibəti ilə bütün kollektivimizi səmimi-qəlbdən
təbrik edir, hər bir həmkarıma işlərində
daim uğurlar arzulayıram. Eyni zamanda 10 il
çiyin-çiyinə çalışdığım Ağdam rayonu 88 nömrəli
köçkün tam orta məktəbin müəllim kollektivini və
ölkəmizin bütün fədakar müəllimlərini də
peşə bayramları münasibəti ilə ürəkdən təbrik
edirəm.
Ulu öndərin müəllimə
verdiyi yüksək
qiymət məni bu peşəyə
həvəsləndirib
Vüsalə QƏDİROVA,
Bərdə rayonu Tumaslı kənd
tam
orta məktəbinin biologiya müəllimi
Ümummilli liderimiz Heydər Əliyev müəllimliyi
şərəfli peşə hesab edir, öz müəllimlərini
həmişə hörmətlə xatırlayırdı. Ulu öndərin müəllim
haqqında dediyi
qiymətli kəlamlar məni bu şərəfli
peşəyə istiqamətləndirib. Arzuma çatmaq
üçün 2001-ci ildə orta məktəbi bitirib sənədlərimi
ali məktəbə qəbul
üçün təqdim etmişəm və 551 balla BDU-nun
biologiya fakültəsinə qəbul olmuşam.
İnsan
kapitalının yetişdirilməsi, cəmiyyətin
inkişaf göstəricilərinin artırılması müəllimin
fəaliyyətindən çox asılıdır. Şəxsiyyətin ahəngdar inkişafi vəzifəsi,
ilk növbədə, müəllimin üzərinə
düşür. Cəmiyyət ən əziz
və qiymətli sərvətini, öz ümidi, gələcəyi
olan uşaqları müəllimə etibar edir. Bu məsələləri
yaxşı bildiyimdən hələ ali məktəbdə
oxuyarkən müəllimliyin sirlərinə yiyələnmək
üçün çox çalışmışam.
Nəhayət,
bu il arzumu reallaşdırmaq
üçün imkan tapdım. 2015-ci il 21
iyul tarixində Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin
işə qəbulu imtahanlarında iştirak edərək Bərdə
rayonu Tumaslı kənd orta məktəbində müəllim
kimi fəaliyyətə başladım. Artıq bir neçə
gündür ki, sevdiyim sənətə qovuşmuşam.
İnanıram ki, yetişdirməsi olduğum Azərbaycan
təhsilinin daha da inkişaf etdirilməsinə dəstək
verə biləcəyəm.
Qarşıdan 5 oktyabr - Beynəlxalq Müəllimlər
Günü gəlir. Bu bayramı bu il mən də işə
yeni qəbul olunan həmkarlarım kimi ilk dəfə qeyd edəcəyəm.
Dərs dediyim uşaqlar, müəllim həmkarlarım
məni bu münasibətlə təbrik edəcəklər.
Bu mənim üçün ilk təbriklər
olacaq. Mən də məktəbimizin
kollektivini, öz müəllimlərimi təbrik edəcəyəm.
Mənə verilmiş fürsətdən istifadə edərək
ölkəmizin bütün müəllimlərini peşə
bayramları münasibəti ilə təbrik edir, onlara ən
xoş arzularımı
çatdırıram.
Azərbaycan müəllimi.- 2015.-
3 oktyabr.- S.5.