İngilis dilindən dərs nümunəsi
Azərbaycanın orta ümumtəhsil məktəblərinin ingilis dili proqramında baş verən əsaslı dəyişikliklər və hazırda həyata keçirilən kurikulum islahatı, respublikanın dünya ölkələrinə inteqrasiyası tədris prosesində yeniliklərin tətbiqini labüdləşdirir.
Müasir dərs müəllimdən fəal təlim mühiti yaratmağı, şagirdlərə bilikləri müstəqil şəkildə əldə etməyi, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, problemli situasiyalarda çıxıs yolu tapmaq kimi bacarıqlar formalaşdırmağı tələb edir. Ənənəvi dərsdən fərqli olaraq müasir dərsin tələbləri şagirdlərin idrak fəaliyyətinin formalaşmasına yönəldib. Mən də dərs dediyim siniflərdə fəal təlimin üsullarından istifadə etməyə çalışıram. Hazırlanan elektron dərs vəsaitləri əsl təlim mühiti, dərsin daha yaxsı mənimsənilməsi üçün şərait yaradır. Belə ki, şagirdlər eşitməklə bərabər dərsi əyani şəkildə görür və bunun nəticəsində mövzunu daha yaxşı mənimsəyir. Dərs zamanı suallar elə qoyulmalıdır ki, şagirdləri düşünməyə, araşdırmağa sövq etsin. Araşdırmaq, tədqiqat aparmaq, müzakirə edib öyrəndiklərini tətbiq etmək vacibdir. Yalnız belə halda şagird öyrəndiklərini unutmur, daim yadda saxlayır.
Bütün bunları nəzərə alaraq bu sahədə topladığım təcrübəni bir dərs nümunəsində oxuculara çatdırmaq istəyirəm.
Fənn:
ingilis dili
Mövzu - Televizorun həyatımızda
rolu.
İş forması:
qruplarla iş, fərdi iş
İş üsulu: əqli
hücum, müzakirə.
BİBÖ
Resurslar:
dərslik, iş vərəqləri, kompüter və s.
Standart:
1.1.2 - Televiziya proqramlarını
şəkillərlə müəyyənləşdirmək.
3.1.1/
2.1.2 - Televiziya proqramları
haqqında mətni oxuyaraq qrammatikadan istifadə etmək.
2.1.3 - Televiziyada olan proqram və kanalları fərqləndirmək.
3.1.4/4.1.1
- Mətnə suallar vermək və ən çox sevdiyin televiziya kanalını tesvir
etmək
Təlimin məqsədi:
1. Televizor qaydalarını öyrənərək şagirdlərin
dinləmə-danışma bacarığını inkişaf
etdirmək.
2. Televizora baxmağın zərərləri və faydaları haqqında məlumatlar əldə etmək
Bildiyimiz
kimi, motivasiya fəal təlimdə dərsin mühüm mərhələsidir.
Motivasiya
hər dəfə elə rəngarəng qurulmalıdır ki,
şagirddə keçilən
mövzuya maraq oyatsın. Müxtəlif şəkillərlə motivasiyanın qoyulması sinifdə canlanma yaradır, şagirdləri
fəallaşdırır və öyrəniləcək
mövzuya qarşı marağı daha da artıraraq fikirləri bu istiqamətə yönəldir.
İKT-dən istifadə
etməklə şəkillər
nümayiş etdirilir
və şagirdlərə
həmin şəkillərə
baxıb öz fikirlərini bildirmələri
təklif olunur. Bu üsulla mövzunun
adı şagirdlərdən
alındıqdan sonra onlar televizor haqqında bəzi sualları cavablandırırlar.
1. Televizora gün ərzində nə qədər baxırsınız?
2. Nəyə görə televizora baxmağı xoşlayırsınız?
3. Bütün günü televizor proqramlarına baxmaq yaxşıdırmı?
4. Hansı televiziya proqramlarını
tanıyırsınız?
5. Televizora çox baxanda özünüzü
yorğun hiss edirsinizmi?
Tədqiqatın aparılması zamanı əqli hücum üsuluna üstünlük
verirəm. Əqli hücum tamamilə şagirdlərin fikir sərbəstliyini təmin
edir. Bu zaman bütün qrup hər
hansı problemin həllinə cəlb edilir, fikir və
təkliflər qeyd olunur. Bu fikirlər
nə tənqid olunur, nə də qiymətləndirilir.
Yerinə yetirilən işin sonunda bütün deyilən fikirlər təhlil edilir və düzəlişlər olunur.
Əsas məqsəd
beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamaqdır.
Dərsə başlayarkən və ya öyrənmə prosesi başa catdıqdan sonra
BİBÖ üsulundan istifadə
edirəm. Şagirdlər keçəcəkləri mövzu haqqında nə bildiklərini, nəyi öyrənmək
istədiklərini əvvəlcədən
bildirirlər. BİBÖ
cədvəlində bildikləri
I sütunda yazılır.
II sütunda şagirdlər
nələri bilmək
istədiklərini müəyyənləşdirirlər.
Öyrənmə prosesinin sonunda isə yeni öyrəndiklərini
göstərərək BİBÖ cədvəlinin III sütununu doldururlar.
Burada həm də şagirdlərin öyrənmək
istədikləri yeni maraqları nəzərə
alınmış olur.
Xarici dilin praktik mənimsənilməsini
təmin etmək üçün tədrisin
ilk günlərindən öyrənilən
dildə ünsiyyət
qurmağa çalışıram.
Ünsiyyət qurmağı öyrətməyin
səmərəli üsullarından
biri də rollu oyunlardır. Bu, xarici dil dərslərində ən
səmərəli üsuldur.
Rollu oyunlar nitq fəaliyyətini yaxşılaşdırır,
ünsiyyət vərdişlərini
inkişaf etdirir və təlimin praktik yönümünü
təmin edir. Şagirdlər rollu oyun kimi televiziya haqqında dialoqlar danışırlar. İş cütlüklərlə
aparılır. Rollu
oyunlar tətbiq olunan dərslər canlı və emosional, uşaqların yüksək
fəallığı ilə
keçir.
Sonra şagirdlərə qruplarla
bir gün üçün televiziya
proqramı qurmaq və televizorun zərərləri və faydalarından danışılmaq tapşırılır.
Belə qrup halında tapşırığın
yerinə yetirilməsi
şagirdlərin bir-biri
ilə əməkdaşlıq
etmələrinə və
bir-birləri qarşısında
öz məsuliyyətlərini
dərk etmələrinə
imkan yaradır. Şagirdlərin birgə fəaliyyəti
problemləri bir yerdə həll etməyi onlara öyrədir. Qrupda iş biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır. Şagirdlərin özlərinə
inamın artmasını,
özlərini tam şəxsiyyət
kimi dərk etməsini, eyni zamanda şagirdin müstəqil şəxsiyyət
kimi inkişafını
təmin edir. Bu zaman zəif oxuyan şagirdlər belə fəallaşır,
öz fikirlərini söyləyərək tədqiqatda fəal iştirak etməyə çalışırlar.
Qrupların işləri təqdim olunur. Bu mərhələdə şagirdlərin tədqiqatın
gedişində əldə
etdikləri yeni informasiyaların mübadiləsi
aparılır. Təqdimat zamanı
şagirdlər bir-birini
fəal dinləməyə
sövq edilir.
Yaradıcı tətbiqetmə mərhələsinə
xüsusi əhəmiyyət
verirəm. Bu mərhələdə
şagirdlərin mövzunu
necə mənimsədikləri
bəlli olur. Dərsin bu mərhələsində
qrammatik qaydaların əks olunduğu tapşırıqları şagirdlərə
təqdim edirəm.
Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər və sonda tədqiqat sualına yenidən qayıtmaqla nəticələri təhlil edirlər. Fəal dərsdə şagirdlərin formativ qiymətləndirilməsi hər hansı mərhələdən sonra, istənilən üsulla həyata keçirilə bilər.Apardığım dərsdə də qiymət qruplara verilirdi. Hər bir qrup digərini dinlədikdən sonra öz qiymətini verdi və qiymətləndirmə səsvermə yolu ilə həyata keçirildi.
Ev tapşırıqları şagirdlərin müstəqil tədqiqat aparmasına, sərbəst və yaradıcı düşünmə qabiliyyətinin formalaşmasına kömək edir. Evə şagirdlərə televiziya proqramları haqqında araşdırma aparmaq tapşırılır.
Sevinc ORUCOVA,
İsmayıllı
şəhər 6 nömrəli
tam orta
məktəbin ingilis dili müəllimi
Azərbaycan müəllimi.- 2015.-
3 oktyabr.- S.12.