"Repetitor köməyi
olmadan
ali məktəbə qəbul
ola bilərəm"
Bakı şəhəri 220 nömrəli
tam orta məktəbin uşaq evindən olan məzun və
şagirdləri bu fikirdədirlər
Artıq
20 ildir ki, 220 nömrəli tam orta məktəb 1 nömrəli
uşaq evi ilə əməkdaşlıq edir. Məktəbin şagirdlərinin bir hissəsi məhz bu uşaq
evinin yetirmələridir. Hazırda burada 100 bu cür uşaq təhsil
alır. Bu barədə məktəbin
direktoru Almaz Əsgərova 1news.az-ın müxbiri ilə
söhbətdə bildirib.
"Bu
cür uşaqlara xüsusi diqqət və qayğı
göstərilir, çünki təhsillə yanaşı,
biz onlara vətənpərvərlik hissi aşılamağa
borcluyuq. Biz əlimizdən gələni edirik ki, onlar valideyn
qayğısı və diqqətinin olmamasını hiss etməsinlər, keyfiyyətli təhsil
alsınlar və həyatda
öz yerlərini tapsınlar.
Bu uşaqlar bizim məktəbdə tam orta təhsil
alırlar, amma bəzən
9-cu sinfi bitirdikdən sonra kolleclərə də gedirlər", - deyə məktəbin direktoru
bildirir. Onun sözlərinə
görə, məktəbdə 2 tipli siniflər
mövcuddur. "Adi siniflər
və lisey tipli siniflər. Çox vaxt biz
bu uşaqları lisey tipli siniflərdə yerləşdiririk, belə ki,
bu siniflərdə tələblər
yüksəkdir, məşğələlər dərinləşdirilmiş
proqram əsasında aparılır.
Bütövlükdə məktəbdə 2200 uşaq təhsil
alır". A. Əsgərova
qeyd edib ki, məktəbin uşaq evinin yetirmələri olan məzunları ali təhsil müəssisələrinə
daxil olurlar. Son illərdə Təbriz
Qəmbərov, Yasin Abbasov,
Ramiz Qənbərov, Yasəmən
Ağayeva, Aynur İmanova, Azər
Məmmədov yüksək bal toplayaraq ali məktəblərə daxil
olublar. Özü də bu
uşaqlar repetitorlarla əlavə hazırlıq keçməyiblər, bu, ilk növbədə məktəbdə yaxşı təlimin,
uşaqların özlərinin
intizam və məsuliyyətinin nəticəsidir. Məktəbin müəllimləri
hər zaman uşaqların bilik
səviyyəsini yoxlayır və
onlara nəzarət edir.
Direktor
qeyd edib ki, uşaq evindən gələnlər psixoloji cəhətdən
digər uşaqlardan fərqlənirlər. "Bu cür
uşaqlarla işləmək
asan deyil. Onlarla ümumi dil tapmaq lazımdır. Buna
nail olmaq lazımdır ki,
onlar öz qüvvələrinə və gələcəklərinə inansınlar".
Bu il uşaq evinin yetirməsi və 220
nömrəli tam orta məktəbin məzunu olan Elvin Əlirzayev repetitor
hazırlığı olmadan qəbul
imtahanlarında 575 bal toplayaraq "ADA" Universitetinin beynəlxalq
münasibətlər fakültəsinə
daxil olub. Elvinin dediyinə
görə, I sinifdən bu məktəbdə
oxuyub.
"Universitetlərə
qəbul zamanı şagirdlərin qazandığı müvəffəqiyyət bu məktəbdə təhsilin yüksək səviyyədə
olmasının göstəricisidir", - deyə o bildirib.
Elvin əmindir ki, öz üzərində işləyən
istənilən şagird
repetitor olmadan ali məktəbə daxil ola bilər. "Mən özüm də 500 -dən
artıq bal toplayacağıma inanırdım, lakin bu qədər bal toplayacağımı
düşünmürdüm. Azərbaycan dilini, tarixi,
coğrafiyanı yaxşı bilirdim. Gələcəkdə magistraturada
təhsilimi davam etdirmək istərdim". Bununla
belə, E.Əlirzayev hesab edir ki, yüksək bal toplamaq
üçün 2 il hazırlaşmaq kifayət deyil.
"İndi hesab edirlər ki, X və XI siniflərdə 2 il
intensiv hazırlaşmaq ali məktəbə
daxil olmaq üçün kifayətdir. Əslində isə bu cür
düşünməklə yüksək nəticələr əldə
etmək mümkün deyil, bu cür uşaqlar çox aşağı bal
toplayırlar, ali məktəbə
daxil olmağa isə çox əvvəldən
hazırlaşmaq lazımdır", - deyə Elvin bildirir.
Hazırda
Azərbaycan Dillər Universitetinin
beynəlxalq münasibətlər fakültəsinin IV kursunda
uşaq evinin digər yetirməsi
və 220 nömrəli tam orta məktəbin məzunu olan Yasəmən
Ağayeva oxuyur. "Mən bu məktəbdə
V sinifdən oxuyuram. Hesab edirəm
ki, əgər birinci sinifdən
bu məktəbə oxumağa
gəlsəydim,
uğurlarım daha çox olardı. Məni ali məktəbə daxil
olmağa hazırlayan məktəb
müəllimlərimə çox minnətdaram",-deyə
Y.Ağayeva bildirib. O, müəllimləri
tərəfindən böyük diqqət
gördüyünü qeyd edib.
"Mən heç vaxt özüm və digər
uşaqlar arasında fərq hiss etməmişəm. Dərs vəsaitlərini həmişə ilk növbədə
bizə veriblər. İndi hərdən
bura gəlir, müəllimlərlə
görüşürəm", -
deyə Y.Ağayeva
vurğulayıb. Onun
sözlərinə görə,
indi ən başlıca məqsədi yaxşı iş
tapmaqdır. "Ali məktəbdə
təhsilimi başa vurduqdan sonra sənədlərimi "ASAN
xidmət"ə dövlət
qulluğuna vermək istəyirəm. Özümə inanıram
və ümid edirəm ki, bu
arzuma çatacağam".
Uşaq
evinin digər yetirməsi və
220 nömrəli tam orta məktəbin məzunu Azər Həsənov
hazırda Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
rejissorluq fakültəsində
təhsil alır. Azər Həsənov məzunu
olduğu məktəbdə uşaq evinin yetirmələrinə
xüsusi diqqət göstərildiyini qeyd edib.
"Burada təhsil ən yüksək səviyyədədir.
Mən repetitor hazırlığı olmadan ali məktəbə
daxil ola bildim. Bu təhsil müəssisəsində
təhsil alan uşaq, əgər o, doğrudan da oxumağına
diqqət yetirirsə, çox
asanlıqla ali məktəbə
daxil ola bilər". Azər
uşaq evlərinin yetirmələrinin üzləşdiyi çox
mühüm bir problemi qeyd edib.
"Xahiş edirəm bir mühüm məsələni
işıqlandırasınız.
Uşaq evlərinin ödənişli
əsaslarla ali məktəblərə daxil olmuş yetirmələrinin təhsil haqqı yalnız o halda ləğv
edilir ki, onların valideyn himayəsindən
məhrum edilmələri
haqda
arayışları var.
Axı uşaq evlərində
yaşayan elə uşaqlar var ki,
onlar valideyn himayəsindən
məhrum deyil", - deyən Azər qeyd edib ki, bu cür
uşaqlar üçün təqaüd almadan ödənişli əsaslarla oxumaq
çox ağırdır.
220
nömrəli tam orta məktəbin X sinfində uşaq evinin
digər yetirməsi Həmid
Kazımov da təhsil alır. O
bu il kollecə daxil olsa da, məktəbə
qayıtmağa və təhsilini
burada davam etdirməyə qərar verib.
"Burada
təhsil ən güclü səviyyədədir, müəllimlər
isə ən yaxşılardır. Mən kollecdə 2 il
oxumaq, daha sonra isə ali məktəbə sənəd vermək
istəyirdim. Orada bir neçə
gün oxuduqdan sonra
böyük fərq
gördüm və ona görə də məktəbə
qayıtmağa qərar verdim" deyən Həmid əlavə
edib ki, "Əminəm ki,
repetitor köməyi olmadan ali məktəbə qəbul ola
bilərəm".
Azərbaycan müəllimi.- 2015.-
10 oktyabr.- S.12.