Naxçıvan Dövlət Universitetində
elmi-nəzəri seminar keçirilib
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin
2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas
təhsili müəssisələrində
ixtisasların müvafiq
təşkilatlara hamiliyə
verilməsi haqqında”
Sərəncamının icrası
məqsədilə Naxçıvan
Dövlət Universitetində
silsilə tədbirlər
keçirilir. Belə tədbirlərdən
biri də Naxçıvan Muxtar Respublikasındakı “Modul”
Elektrik Stansiyasının
elektrik sexinin rəis müavini Nəriman Kərimlinin universitetin memarlıq və mühəndislik fakültəsinin elektroenergitika
mühəndisliyi ixtisasının
tələbələri üçün
keçdiyi elmi-nəzəri
seminar olub.
Seminardan
əvvəl universitetin
rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək
Ali Məclis Sədrinin
2015-ci il 27 iyul tarixli Sərəncamını
təhsilin inkişafına,
yüksək ixtisaslı
mütəxəssis hazırlığına,
regionun kadr potensialının formalaşmasına diqqət
və qayğı kimi qiymətləndirib, sərəncamın tətbiqi
ilə bağlı görülən işlərdən
danışıb. Rektor qeyd
edib ki, təhsilə göstərilən
dövlət qayğısı
tədrisin keyfiyyətinin
yaxşılaşdırılması, yüksək nizam-intizam, ixtisas fənlərinin daha dərin mənimsədilməsi kimi
mühüm vəzifələr
qarşıya qoyur.
“Naxçıvan Muxtar Respublikasının enerji təminatı” mövzusuna
həsr olunmuş elmi-nəzəri seminarda Nəriman Kərimli muxtar respublikada elektroenergetikanın inkisafı,
alternativ enerji mənbələrindən istifadə
imkanlarından bəhs
edərək vurğulayıb
ki, bir vaxt
enerji böhranı keçirən Naxçıvan
bu gün enerji ixrac edən
regiona çevrilib. Azərbaycan Respublikasının
ən qabaqcıl elektrik stansiyalarından olan Naxçıvan “Modul” Elektrik Stansiyasında hər birinin gücü 8,7 meqavat olmaqla
10 ədəd generator quraşdırılmışdır.
Stansiyanın ümumi gücü
87 meqavatdır. Stansiya 2006-cı ildə istifadəyə verilmişdir. Stansiyada
qoyulmuş hər birinin gücü 8,7 mvt olan
Porsen tipli aqreqatlar qısa muddətdə işə salına və dayandırıla bilər.
Stansiyanın faydalı
iş əmsalı 46
faiz, 1 kvt.saat elektrik enerjisinə sərf olunan təbii qazın miqdarı 260 qramdır. Burada istehsal olunan elektrik enerjisini muxtar respublikanın elektrik şəbəkələrinə ötürmək məqsədilə
4 km uzunluqlu ikidövrəli
110 kv gərginlikli, Türkiyə Respublikasına
ötürmək üçün
24 km uzunluqlu birdövrəli
110 kv gərginlikli elektrik verilişi xətti çəkilmisdir.
Sonda suallar cavablandırılıb, tədbirə
fakültə dekanı,
texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov yekun vurub.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri
Azərbaycan müəllimi.-
2015.- 24 oktyabr.- S.5.