“Ən yaxşı ümumtəhsil məktəbi”
və “Ən yaxşı müəllim”
müsabiqələrinin keçirilməsi haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2015-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə
ƏMR
EDİRƏM:
1. Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilsin.
2. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat
Komitəsinin sədri:
Firudin Qurbanov - Təhsil nazirinin müavini
Təşkilat
Komitəsinin üzvləri:
Mətin Eynullayev - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev - Təhsil nazirinin müşaviri
Elnur Əliyev - İnformasiya şöbəsinin müdiri
Aydın Əhmədov - Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Sübhi Kazımov - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri
Cəsarət Valehli - Qeyri hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri
Ənvər Abbasov - Təhsil
Problemləri İnstitutunun
direktor müavini
3. Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə
daxil olan müvafiq sənədlərin
müəyyən edilmiş
qaydada ekspertizasını
aparan işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə edilir).
4. Müsabiqələrin təşkili və keçirilməsi üzrə
ümumiləşdirilmiş məlumatların, təqdimat
və arayışların
hazırlanması, habelə
nəzərdə tutulan
tədbirlərin icrası
sahəsində əlaqələndiricilik
funksiyasının yerinə
yetirilməsi Təşkilat
Komitəsinin üzvü,
Məktəbəqədər və ümumi təhsil şöbəsinin
müdiri Aydın Əhmədova həvalə
edilsin.
5. İnformasiya şöbəsi
(E.Əliyev) bu əmrin əlavə ilə birlikdə «Azərbaycan müəllimi»
qəzetində dərc
olunmasını və
Nazirliyin internet saytında
yerləşdirilməsini təmin
etsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
19 oktyabr 2015-ci il
Azərbaycan müəllimi.- 2015.-
24 oktyabr.- S.6.