Birinci sinif şagirdinə məktəbə

uyğunlaşmaqda necə kömək etməli?

 

Məktəb dövrünün  ilk 3-4 həftəsi  uşaq orqanizmində əsl fırtınaya səbəb olur. Belə ki, həmin müddət zamanı uşağın orqanizmi artmış  gərginliyə necə reaksiya verəcəyini “düşünür”, bu zaman faktiki olaraq bütün (ürək-damar, endokrin, tənəffüs, sinir-psixi) sistemlər ekstremal rejimdə fəaliyyət göstərir.

Dünənə qədər ömrünün məktəbəqədər dövrünü yaşayan uşaq üçün məktəb həyatının ilk həftələri xüsusilə çətindir. Onun məktəbə uyğunlaşması və məktəbli həyatının nə demək olduğunu anlaması üçün xeyli səy və vaxt tələb olunur.

Məktəb həyatı uşağın yaşam tərzini əsaslı surətdə dəyişir. Bu, yeni rejim, yeni tələblər, yeni şərait, yeni münasibətlər və əlbəttə ki, tamamilə yeni fəaliyyət növü deməkdir. Belə mürəkkəb bir dövrdə problemlərin öhdəsindən təklikdə gəlmək uşaq orqanizmi üçün çətindir. Bu zaman  onun  valideyn dəstəyinə daha çox ehtiyacı vardır.

Məktəbə uyğunlaşmağın çətinlikləri haqqında valideynlər çox eşidiroxuyurlar.  Sual oluna bilər ki, valideynlər  və müəllimlər bu dövrdə məktəbliyə  necə yardım edə bilərlər?

İlk növbədə,  qeyd etməliyik  ki,  bu, kifayət qədər uzunsürən bir proses olub, ən azı iki ay, bəzən isə bütöv bir dərs ili  davam edir. Bütün bu müddət ərzində, valideynlər  vaxtında və  ehtiyatlı  qərarlar  tələb edən bir sıra problemlərlə qarşı-qarşıya qalırlar. Bu problemləri 2 qrupa bölmək olar:

* Uşağın funksional vəziyyəti və sağlamlığı, əslində, məktəb gərginliyinə fiziki olaraq tab gətirmə qabiliyyəti;

* Həmyaşıdlarından ibarət yeni kollektivpsixoloji uyğunlaşma, müəllimi ilə qarşılıqlı əlaqə.

Sağlam, sakit, müvazinətli sinir sistemi olan uşaq məktəb dövrünün  ilk müddətinin öhdəsindən asanlıqla gələ bilir. Lakin bu cür uşaqlar, təxminən 30% təşkil edir. Yerdə qalan uşaqlara isə bu yükün öhdəsindən gəlmək çox çətindir.

Onu da  qeyd etməliyik ki, hətta  30%  müvazinətli uşaqlar  üçün də həmin müddət yaşadıqları  gərginlik yaşlarına müvafiq olmalıdır. Bunun üçün aşağıdakı məsələlər diqqətdə saxlanılmalıdır:

* Məsləhətdir ki, dərslər günün birinci yarısında keçirilsin və gündə 4 dərsdən çox olmasın.

* Dərs cədvəli tərtib olunarkən birinci sinif şagirdinin qabiliyyətinin dinamikası nəzərə alınmalıdır. Belə ki, əgər birinci dərsdə uşaq hələ yuxulu kimidirsə,  dördüncü dərsdə o, artıq yorğun olur.

Tez-tez xəstələnən uşaqlar kateqoriyasına aid olan  birincilər tez yorulurlar, onlar üçün həm birinci, həm ikinci, həm də üçüncü dərs çətindir.  Dördüncü dərsdə isə onlar sadəcə olaraqiştirak” etmirlər. Valideynlərin arzusu ilə hər hansı bir əlavə fəaliyyətlə isə uşaq sadəcə olaraq məşğul ola bilməyəcək.

Digər bir qrup - narahat uşaqlar kateqoriyasıdır.

Heç bir ciddi tələblər olmadıqda, onların aktivliyi norma çərçivəsində qala bilər. Lakin ardıcıl olaraq 4 dərsdə oturmaq  belə, bu uşaqlar üçün dözülməzdir. Ən azından ona görə ki, hərəkətsiz vəziyyətdə 45 dəqiqə ərzində oturmaq və dərsi dinləmək - bu, çox çətin statikpsixoloji yükdür.

Ləng uşaqlar qrupu da mövcuddur. Onlara hər tapşırılanların öhdəsindən gəlmək son dərəcə çətindir, işi ləng görürlər. Sinif yoldaşlarının rejimi ilə ayaqlaşa  bilmədikləri  üçün onlar daim gərginlikdə olur    nəticədə, ciddi bir görmədən yorulurlar.

Birinci sinif şagirdi fiziki gərginliklə yanaşı, psixoloji uyğunlaşma problemləri ilə  də üzləşir. Məsələn, tanımadığı həmyaşıdları ilə ümumi dil tapmalıdır. Onu da  nəzərə almaq lazımdır ki, məktəbdə uşaqlar arasında böyüklərin nəzarət edə bilmədiyi kortəbii münasibətlər uşaq bağçasına nisbətən daha çoxdurbu səbəbdən də uyğunlaşma prosesi olduqca çətin və ağrılı ola bilər.

Bundan əlavə, müəllimlə əlaqə qurmaq, onun nitqinin tempinə, səsinə uyğunlaşmaq və əlbəttə ki, tələblərini başa düşmək və ümidlərini doğrultmağa çalışmaq lazımdır. Birinci sinif şagirdi müxtəlif vəziyyətlərdə necə davranmaq lazım olduğunu hələ də yaxşı başa düşmür  həmin səbəbdən də tez-tez sıxıntı keçirir, çətin vəziyyətlərə düşür. Bu böyük emosional gərginliyin öhdəsindən gəlmək bir o qədər də asan deyil. Nəticədə məktəb həyatının ilk həftələrində uşaqda baş ağrıları, yorğunluq kimi şikayətlər meydana gəlir.

Həmçinin onlarda  iştahanın azalması, yuxunun pozulması, əhvalın səbəbsiz olaraq tez-tez dəyişməsi müşayiət oluna bilər. Bütün bu sadalanan əlamətlər isə nevrozabənzər pozuntular olub psixoloji uyğunlaşmanın gərginliyindən xəbər verir.

Diqqət yetirilməsi vacib olan məqamlardan biri də uşağın orta ümumtəhsil məktəbi ilə bərabər,  musiqi məktəbində də təhsil almağa başlaması  ya müxtəlif dərnəklərə getməsidir. Bu zaman  adaptasiya prosesi bir qədər də mürəkkəbləşir. Balacanın orqanizminin artıq yüklənməsinə yol verməmək üçün musiqi, idmanya incəsənət məktəblərindəki məşğələlərə bir  il əvvəl və ya bir il sonra başlamaq məsləhətdir.

Valideynlərin birinci sinif şagirdi olan övladını yeni həyata uyğunlaşmaq üçün diqqətdə saxlamalı olduğu digər bir zəruri məsələ də rasionaldüşünülmüş rejimin qurulması və ona ciddi riayiət olunmasıdır. Bunun üçün aşağıdakılara diqqət etmək lazımdır:

* Eyni vaxtda oyanmaqyatmaq.

* Gecə yuxusu 10 saatdan az olmamalıdır.

* Əksər uşaqlar üçün gündüz yuxusu vacibdir. Əgər uşaq məktəbdən sonra yatmaq istəyirsə - mane olmayın, qoyun yatsın.

* Məktəbdən sonra heç olmasa bir saat gəzmək vacibdir. Dərhal ev tapşırığının yerinə yetirilməsinə başlamaq məsləhət deyil. Əslində, birinci sinifdə evə tapşırıq heç verilməməlidir.

* Ev tapşırığının  saat 18:00-dən sonra yerinə yetirilməsi düzgün deyil. Bu zaman uşaqlar tərəfindən  sakit oyunların oynanılmasına üstünlük verilməlidir, imkan varsa, yatmazdan əvvəl gəzintiyə çıxmaq məsləhətdir və əlbəttə ki, uşaq vaxtında yatmalıdır.

Valideynlər  həmçinin uşağın hər bir şikayətinə qarşı çox diqqətli olmalıdırlar, nəzərə alsaq ki, onlar heç zaman boş yerə şikayət etmirlər.

Ata-analar ənənəvi olanBu gün hansı qiyməti almısan” sualını unutmalı, övladına məktəbdəki uğurlarına görə qiymət verməyə çalışmamalıdırlar.Tədqiqatlar göstərir ki, ilk tədris illərində konfliktlərin 80%-i qiymətləndirmə ilə bağlı olur. Beləlikə, demək olar ki, istənilən birinci sinif şagirdini danlamaq üçün səbəb tapmaq  asandır, tərifə qaldıqda isə, əksinə valideynlər bu halda çətinlik çəkirlər.

Bununla yanaşı, uşağın təhsilə olan həvəsini artırmaq üçün iki psixoloji məqam - maraq və müvəffəqiyyətlilik nəzərə alınmalıdır. Müəllim, eyni zamanda valideyn  uşağı necə maraqlandırmağı bilməlidir. Tərif üçün uyğun məqam və fürsət tapmaq və lazım gəldikdə, uşağa şəfqət göstərmək, onu dəstəkləmək çox vacibdir.

Bütün məktəb çətinliklərinin öhdəsindən gəlmək mümkündür. Sadəcə valideynlər öz yardımlarında konstruktiv olmalı, övladlarını danlamamalı, utandırmamalı, günahlandırmamalı, onlara real həll yollarını təklif etməyi bacarmalıdırlar.

 

Hüseyn QABULOV,

Sağlam təhsil-sağlam millət” layihəsinin

tibbi-gigiyenik blokunun rəhbəri,

ATU-nun professoru

 

Azərbaycan müəllimi.- 2015.- 24 oktyabr.- S.9.