Fizika dərsində yeni
təlim üsullarından istifadə
Uzun illərin təcrübəsi göstərir ki, müəllimin şagirdləri maraqlandıran tədris metodlarından istifadə etməsi dərsin səmərəliliyini artırması, təlimdə uğurlu nəticələr əldə etmək üçün mühüm şərtdir. Əlverişli təlim şəraitini yaratmaqla şagirdlərin potensial imkanlarını ortaya çıxarmaq, bilik və bacarıqlarını formalaşdırmaq mümkündür.
Tədris mühitinin psixoloji cəhətdən emosional olması, müəllim-şagird münasibətlərinin müasir tələblər səviyyəsində qurulması da təlimin keyfiyyətinə müsbət təsir edən amillərdəndir.
Yeni təlim metodlarından istifadə yolu ilə keçdiyim “açıq dərs”in icmalını oxuculara təqdim edirəm.
Fənn: Fizika
Sinif: VII
Mövzu: Ümumdünya cazibə qanunu
Standartlar: 2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir.
2.1.2. Qravitasiya sahəsinə aid məsələlər həll edir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir.
Təlim nəticələri:
- Qravitasiya sahəsinin mövcudluğuna aid müşahidələri təqdim edir.
- Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələri göstərir.
-Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya sahəsinin rolunu şərh edir.
İnteqrasiya:
Riyaziyyat
- 1.2.5
Kimya -
1.2.1
İnformatika - 2.1.2
Həyat bilgisi - 1.1.1
Dərsin tipi: İnduktiv (yeni bilik verən)
dərs.
İş
forması: kollektiv, cütlərlə iş.
İş
üsulu: müəllimin
izahı, şifahi sorğu, beyin həmləsi, problemli situasiyanın
yaradılması, müzakirə, modelləşdirmə, təqdimat.
Resurslar: dərslik, iş vərəqləri, marker, formativ jurnal, günəş sisteminin sxemi və maketi, günəş və planetlərin bəzi fiziki göstəriciləri cədvəli.
Dərsin gedişi: VI sinifdə keçilən bəzi mövzular, xüsusən də qarşılıqlı təsirlər təkrarlanır. Şagirdlərin qravitasiya qarşılıqlı təsiri “Günəş sistemi” mövzusunun tədrisi zamanı öyrəndikləri yada salınır:
- Zərrəciklərdən göy cisimlərinə qədər kütləyə malik bütün cisimlər arasında qravitasiya qarşılıqlı təsiri mövcuddur.
- Qravitasiya qarşılıqlı təsiri qravitasiya sahəsi vasitəsilə ötürülür.
- Qravitasiya qarşılıqlı təsiri cazibə xarakterlidir.
- Nəhəng kütləyə malik olan Günəş özünün ətrafına böyük sürətlə hərəkət edən kiçik kütləli cisimlər (planetləri, asteroidləri) cəzb edərək onları uzaqlaşmağa qoymur.
Motivasiya:
Bu məqsədlə Günəş
və onun ətrafında müxtəlif
planetlərin orbitlərinin
modeli nümayiş etdirilir. Günəş ətrafındakı orbitlərin hansı planetlərə aid olduğu
şagirdlərdən soruşulur.
Şagirdlər planetlərin adlarını
uyğun orbitlərdə
yazırlar.
Tədqiqat sualı: Nə
üçün planetlər
Günəş ətrafında
dövr edir? Araşdırma aparılır. Cədvəldən istifadə edərək
planetlərin ümumi
kütləsi hesablanır.
Planetlərin ümumi kütləsi Günəşin kütləsi
ilə müqayisə
olunur. Yaradılmış
3 qrupun hər birinə aşağıdakı
suallar verilir:
1. Planetlərin ümumi kütləsi nə qədərdir?
2. Bu kütlə Günəşin
kütləsindən nə
qədər fərqlənir?
3. Kütlələr arasında
bu fərq olmasaydı nə baş verərdi?
Şagirdlərin irəli sürdükləri
fərziyyələr ümumiləşdirilir,
ən maraqlıları
lövhədə qeyd
olunur.
Ümumdünya cazibə qanununun
riyazi ifadəsi, qravitasiya sahəsi haqqında məlumat verilir.
Öyrənilənlərin tətbiqi: Dərsin bu mərhələsində
öncə şagirdlər
öyrəndiklərini məsələ
həllində tətbiq
edirlər. Bu məqsədlə bir qrup mövzuya uyğun tapşırıqlar-məsələlər
verilir. Öyrəndiklərinizi
yoxlayın hissəsində
isə evə test həlli tapşırılır.
Şagirdlərə ümumdünya cazibə
qanununa aid esse yazmaq təklif olunur.
Qiymətləndirmə: Qiymətləndirmə
üçün aşağıdakı
meyarlardan istifadə olunur:
- Təqdimetmə
- Əlaqələndirmə
- Şərhetmə
Bu meyarların hər
biri üzrə qiymətləndirmə aparılır
və sonda ümumiləşdirilərək yekun qiymət çıxarılır.
Tamilla ORUCOVA,
Bakı şəhəri 30 nömrəli
tam orta məktəbin
müəllimi
Azərbaycan müəllimi.-
2015.- 24 oktyabr.- S.12.