Azərbaycan dilindən dərs nümunəsi
Mövzu: “O, anasının köməkçisidir” mətni.
Standart:
2.1.4. Deyəcəyi əsas
fikri müəyyənləşdirir.
3.1.1. Mətndə tanış
olmadığı sözlərin
mənasını lüğətdən
istifadə etməklə
müəyyənləşdirir.
4.1.2. Topladığı fakt və məlumatlara əsasən plan tərtib
edir.
Məqsəd:
- mətndəki əsas fikri müəyyənləşdirir;
- mətndə tanış olmayan sözlərin mənasını
lüğətdən istifadə
etməklə müəyyənləşdirir;
- mətnin məzmununa
əsasən plan tərtib
edir.
Forma:
Qruplarla
iş.
Üsul:
Beyin həmləsi,
müzakirə.
İnteqrasiya:
Ədəbiyyat, musiqi.
Resurslar:
Dərslik, slaydlar.
Motivasiya:
Dərsdə motivasiya yaratmaq
üçün ananın
övladına, müəllimin
şagirdinə, cavan oğlanın əlil arabasında olan adama və s. kimi kömək nümunələrini əks
etdirən slaydlar
nümayiş olunur.
Şagirdlər həmin slaydlara
baxaraq insanlara çətin məqamlarında
kömək göstərməyin
vacib və yaxşı hərəkət
olduğunu qeyd edirlər.
Tədqiqat sualı:
Sonra aşağıdakı kimi
tədqiqat sualı qoyulur:
“Ana-bala məhəbbətini
sən nədə görürsən?”
Tədqiqatın aparılması:
- Tədqiqat qruplarda aparılır. Bu məqsədlə sinif 3 qrupa bölünür.
Hər qrupa aşağıdakı kimi
iş vərəqləri
paylanır.
I qrup
Tapşırıq 1 - “Ana evin dirəyidir”. Bu atalar sözünün mənasını müəyyənləşdirin.
Tapşırıq 2 - Mətndəki çətin
sözlərin lüğətdən
tərcüməsini tapın:
yada düşmək,
pilləkan, yatırmaq.
Həmin
sözlərə cümlə
qurun.
Tapşırıq 3 - Mətnə plan tərtib
edin.
II qrup
Tapşırıq 1 - Sən anana kömək edirsənmi?
Tapşırıq 2 - Mətndəki tanış olmayan sözlərin lüğətdən
tərcüməsini tapın:
tərtəmiz, fərəhlənmək,
əlavə etmək,
süpürmək. Bu sözlərdən üçünü
cümlə içərisində
işlədin.
Tapşırıq 3 - Mətnə plan tərtib
edin.
III qrup
Tapşırıq 1 - Anana olan məhəbbətini
necə göstərərdin?
Tapşırıq 2 - Mətndəki tanış olmayan sözlərin tərcüməsini
tapın: səliqəli,
aynabənd, qadınlar
günü, mətbəx.
Bu sözlərdən üçünü cümlə
içərisində işlədin.
Tapşırıq 3 - Mətnə plan tərtib
edin.
Tədqiqat təqdimatın hazırlanması
ilə yekunlaşır. Sonra qrup
liderləri həmin təqdimatları edirlər.
Müzakirə aparılır. Mübadilə və müzakirə
mətnin ideyasının
düzgün qavranılmasını
aşkara çıxarmağa
imkan verir.
Müzakirənin sonunda aşağıdakı
kimi nəticə çıxarılır.
Ana müqəddəsdir. Onu sevmək,
hər zaman ona kömək etmək bizim borcumuzdur.
Qiymətləndirmə.
Qiymətləndirmə aşağıdakı
cədvəl üzrə
aparılır:
Göyçək
PİRİYEVA,
Bakı şəhəri,
6 nömrəli məktəb-liseyin
Azərbaycan dili müəllimi
Azərbaycan müəllimi.-
2015.- 31 oktyabr.- S.12.