Media və təhsil dialoqu: peşəkarlığın inkişafı”

mövzusunda növbəti təlim konfransı

 

Oktyabrın 30-da Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilib.

Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak ediblər.

Öncə konfrans iştirakçıları ADNSU-nun tarix muzeyi və laboratoriyası ilə tanış olublar.

Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransının rəhbərlik etdiyi ali məktəbdə keçirilməsindən məmnunluğunu ifadə edən ADNSU-nun rektoru Mustafa Babanlı tədbir iştirakçılarını salamlayıb və ölkəmizdə həyata keçirilən genişmiqyaslı təhsil islahatlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasında medianın rolunun əhəmiyyətini vurğulayıb.

“Təhsil” TV və “APA-Holdinqin informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib. Çıxışlarda təhsil qurumları ilə media arasında əlaqələrin daha da inkişafı, yeni əməkdaşlıq mühitinin yaradılması və bu işin davamlı, sistemli aparılmasının əhəmiyyəti vurğulanıb.

Təlim konfransında Bakı Dövlət Universitetinin Televiziyaradio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın “Daxili kommunikasiyasosial şəbəkələr”, BDU-nun doktorantı Turac Əliyevanın “Daxili PR - təşkilat daxili yazışmaların aparılması”, “ADA” Universitetinin rektorluq aparatının rəhbəri, mətbuat xidmətinin rəhbəri əvəzi Şəfəq Mehrəliyevanın “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr işi: problemlər və yeni çağırışlar” və Təhsil Nazirliyinin QHT və KİV-lə sektorunun müdiri Cəsarət ValehovunAli təhsil müəssisələrinin mətbuat xidmətlərinin fəaliyyətinin monitorinqi” mövzularında təqdimatları dinlənilib və təlimlər keçirilib.

Sonra təhsil eksperti Şahlar Əsgərov və Etibar Əliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək təhsil-media əlaqələri sahəsində belə konfransların keçirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, bu təlim konfransı Təhsil NazirliyininMedia və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca IV konfransdır.

 

 Azərbaycan müəllimi.- 2015.- 31 oktyabr.- S.5.