Ötən ilin uğurları
Təhsil Nazirliyinin 2014-cü ildə həyata keçirdiyi yeniliklər
Məktəbəqədər təhsil
* Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə
Fond yeni layihəyə
- məktəbəqədər təhsil müəssisələrinin
inkişafı proqramına start verib. Proqramda ölkə
üzrə məktəbəqədər təhsil müəssisələrinin
genişmiqyaslı tikintisi, yenidən
qurulması, əsaslı təmirinin dəstəklənməsi
nəzərdə tutulur.
* Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər
hazırlıq qrupları fəaliyyətə başlayıb.
* "Məktəbəqədər
təhsilin proqramı (kurikulumu)"nın
tətbiqi üzrə məktəbəqədər təhsil
müəssisələrinin 3093 pedaqoji işçisi üçün
öyrədici təlimlər keçirilib.
Ümumi təhsil
* Ümumi təhsil sahəsində həyata
keçiriləcək islahatların əsas prioritetlərinə
uyğun olaraq, sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin
yüksəldilməsi və məktəblərin idarə
edilməsinin müasir tələblər
səviyyəsinə çatdırılması istiqamətlərində fəaliyyət
2014-cü il ərzində də uğurla davam etdirilib.
* 2014-2015-ci tədris
ilindən "Sağlam təhsil-sağlam
millət" layihəsi çərçivəsində
ölkəmizin 6 ümumi təhsil məktəbində
15 pilot "Sağlam
təhsil sinfi" fəaliyyət göstərir.
* Təhsil
Nazirliyinin sifarişi
ilə "Oturaq həyat tərzi-sivilizasiyanın
xəstəliyi" adlı elmi-kütləvi film
Azərbaycan dilinə tərcümə edilərək ümumi təhsil, ilk
peşə və orta ixtisas,
eləcə də ali təhsil müəssisələrinə
paylanılıb, ictimaiyyətə təqdim olunub.
* 10.000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji-pedaqoji
monitorinqi keçirilir.
*Fizika-riyaziyyat
və informatika təmayüllü liseydə
şagirdlərin olimpiadalara mütəşəkkil
və davamlı şəkildə hazırlanmasını təşkil
etmək məqsədi ilə informatika
üzrə Olimpiada Mərkəzi
açılıb.
* Təhsil Nazirliyi tərəfindən Dərslikləri
Qiymətləndirmə Şurasının müsabiqə əsasında
yeni tərkibi
formalaşdırılıb.
* 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda
maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap
olunub.
* "Ümumi
təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin yerdəyişməsi və
işə qəbulu Qaydaları"na müvafiq
olaraq hazırda işləyən müəllimlərin
bir rayondan (şəhərdən)
digər rayona (şəhərə) yerdəyişməsi
ilk dəfə olaraq Təhsil
Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu
ilə həyata keçirilib. İş yerini dəyişmək
üçün 1149 nəfər müəllim
elektron ərizə verib,
yekun nəticəyə əsasən 96 nəfər
iş yerini dəyişmək
hüququ qazanıb.
*
2014-2015-ci tədris ilində ümumi təhsil
müəssisələrinə və peşə liseylərinə
müəllimlərin işə qəbulu üzrə
müsabiqənin nəticələrinə əsasən,
ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan
1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri
tətbiq edilib.
* Təhsil
Nazirliyinin təklifləri nəzərə
alınaraq, Nazirlər Kabinetinin qərarı
ilə "Pedaqoji profilli
ixtisaslar üzrə ali
və orta ixtisas təhsili
müəssisələrini bitirmiş və
ümumi təhsil müəssisələrində
işə başlamış gənc mütəxəssislər
üçün əlavə güzəştlər
və stimullaşdırıcı
tədbirlərin müəyyən edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər
edilib.
* Məktəb
direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün
müasir peşə standartları əsasında
təlimlər təşkil olunub. Təlimlərdən
uğurla keçmiş
və keyfiyyət sertifikatı almış 15 nəfər
paytaxtdakı ümumi təhsil müəssisələrinə
direktor təyin olunub.
* Ölkəmizdə ilk dəfə olaraq
Bakı şəhərinin ümumi təhsil
məktəblərində çalışan 28 758 müəllimin
sınaq qiymətləndirilməsi həyata keçirilib.
*
2014-2015-ci tədris ilindən ölkəmizin ümumi
təhsil müəssisələrində pedaqoji
kadrlara olan tələbat
nəzərə alınaraq, yenidənhazırlanma təhsili
üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə
müəllim hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya,
tarix-coğrafiya ixtisaslarıdır.
* Təhsil nazirinin əmri ilə "Müəllimlərin
etik davranış qaydaları" təsdiq
edilib. Qaydalara əsasən,
2014-2015-ci tədris ilində yeni işə
qəbul olunan pedaqoji
işçilər "Müəllim andı" içərək
fəaliyyətə başlayıblar.
* Ümumi
təhsil müəssisələrində şagirdlərin
sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti
Qaydalar təsdiq olunub.
* 2014-2015-ci tədris
ilindən ümumi təhsil məktəblərinin
VIII siniflərində "Qarabağın tarixi"
adlı fakültativ kurs
tədris olunur. Fakültativ
kursun proqram və tədris
vəsaiti çap olunaraq
məktəblərə çatdırılıb.
* 2014-cü ilin fevral-may aylarında rayon və şəhərlərdəki ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün
Heydər Əliyev mərkəzlərində "Müstəqil
Azərbaycan tarixi" mövzusunda
əlavə dərslər tədris olunub.
* Müasir təhsili milli-mənəvi dəyərlərimiz
fonunda inkişaf etdirmək,
şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini
formalaşdırmaq və Milli Qəhrəmanlarımızı
yaddaşlarda yaşatmaq
məqsədi ilə Təhsil Nazirliyi
"Məktəb qəhrəmanları
ilə tanınır" adlı yeni layihəyə
start verib.
* Təhsil Nazirliyi "Kiçikyaşlı məktəblilər
üçün ən yaxşı nəsr,
nəzm və dram əsərləri"
adlı müsabiqə elan edib.
* Bakıda 52 ümumi təhsil məktəbinin 104 əmək
kabineti müasir tələblərə
cavab verən avadanlıqlarla təmin olunub.
* Təhsil Nazirliyi tərəfindən internat
və idman məktəblərinə 7 ədəd
"Hyundai County"
markalı avtobus verilib.
* 2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə
3 dövlət təhsil müəssisəsi tikilib,
2 təhsil müəssisəsində əsaslı təmir
işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.
İKT avadanlıqları ilə təminat
* Təhsil müəssisələrinə
6000 ədəd kompüter, 3000 ədəd
notebook, 700 ədəd proyektor,
1377 ədəd elektron lövhə verilib, 200 təhsil müəssisəsi
genişzolaqlı internet xəttinə qoşulub.
* Ötən il 4275 təhsil işçisi
müxtəlif təyinatlı treninqlərə cəlb olunub.
* Elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə
verilib.
* Təhsil Nazirliyi tərəfindən
elektron resursları bir mənbədə cəmləşdirmək üçün
www.e-resurs.edu.az portalı yaradılıb.
İlk peşə-ixtisas təhsili
* İlk peşə-ixtisas təhsili
müəssisələrinin infrastrukturunun inkişafına
yönəlmiş və
dövlət-biznes partnyorluğuna
əsaslanan "Müasir
Azərbaycan Peşəkarları"
layihəsi çərçivəsində
pilot ilk peşə-ixtisas təhsili
müəssisəsinin bazasında
müasir resurs mərkəzlərinin yaradılması
prosesi davam etdirilir.
* Təhsil Nazirliyi tərəfindən
kənd təsərrüfatı
sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas
təhsili müəssisələrinin
maddi-texniki və tədris bazasının müasir tələblərə
uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə
start verilib. Ötən
il bölgələr
üzrə 7 ilk peşə-ixtisas
müəssisəsi üçün
40 yeni texnika alınıb.
* Avtomobil nəqliyyatı
ixtisası üzrə
kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələrinə
11 ədəd "Renault Logan" markalı nəqliyyat vasitəsi verilib.
* "Azərbaycan Respublikası
Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması
layihəsi üçün
İqtisadi İnkişaf
Əməkdaşlıq Fondundan
alınan kreditə dair razılaşma" və "Azərbaycan Respublikası Hökuməti
və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi
üçün Kredit
Sazişi" imzalanıb.
* Təhsil Nazirliyi
ilə Roqaland Təlim və Təhsil Mərkəzi Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK) və
"Azərbaycan Polad
İstehsalı Kompleksi"
Qapalı Səhmdar Cəmiyyəti arasında
anlaşma və əməkdaşlıq memorandumları
imzalanıb.
* İlk peşə-ixtisas
təhsili müəssisələri
üçün müasir
idarəetmə bilik və bacarığına
yiyələnmiş, informasiya
texnologiyalarına bələd,
ölkəmizin təhsil
və sosial inkişafına töhfə
verə biləcək
direktorlar yetişdirmək
və onların bacarıqlarını təkmilləşdirmək
məqsədilə "Liderlik
və idarəetmə"
təliminə başlanılıb.
Orta ixtisas təhsili
* Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Orta ixtisas təhsili
müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na
və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, 2014-2015-ci tədris ilindən tələbələr
kredit sistemi əsasında təhsil alır. Bununla bağlı bütün
zəruri hazırlıq
işləri aparılıb,
115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil
proqramları hazırlanaraq
tətbiq edilib.
* "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasına uyğun
olaraq regional kolleclərin
yaradılması işinə
başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət
Regional Kolleci, eləcə
də İsmayıllı
Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb.
Ali təhsil
* Təhsil Nazirliyi
tərəfindən 2014-cü ildə ali
təhsil sahəsində
həyata keçiriləcək
islahatların əsas
prioritetləri qəbul
olunub.
* "Ali təhsil müəssisələrinin bakalavriat
və magistratura səviyyələrində təhsilalanların
köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə
dair müvəqqəti
Qaydalar" qəbul edilib.
* Ölkənin 7 ali məktəbində
33 ixtisas üzrə
SABAH qrupları fəaliyyətə
başlayıb. 688 tələbənin təhsil
aldığı bu qruplarda 158 müəllim dərs deyir. Tələbələrdən 200-ə yaxını yataqxana ilə təmin olunub.
* Təhsil Nazirliyinin təşkilatçılığı
ilə ilk dəfə
1-ci SABAH Forumu keçirilib. İkigünlük forumda ölkənin müxtəlif
ali təhsil
müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbə iştirak edib.
* 2014-2015-ci tədris ilindən etibarən ali təhsilin
bakalavriat səviyyəsində
məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan
kompetensiyaları özündə
əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının
və buna müvafiq hazırlanmış
tədris planlarının
tətbiqinə başlanıb.
* Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin
"2014-2015-ci tədris ilində
Azərbaycan Respublikasının
ali məktəblərinə
daxil olmuş tələbələrə Prezident
təqaüdünün verilməsi
haqqında" sərəncamına
uyğun olaraq, 102 nəfər ən yüksək nəticə
göstərmiş tələbəyə
Prezident təqaüdü
verilib.
* Təhsil Nazirliyi tərəfindən
"Gələcəyin müəllimi
təqaüdü" təsis
edilib. Təqaüd
pedaqoji kadr hazırlığı aparılan
ali təhsil
müəssisələrinə qəbul imtahanlarında
500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə
müəllimlik ixtisasını
qeyd edən 300 tələbəyə şamil
olunub.
* Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində
İnnovativ Biznes-İnkubatoru
yaradılıb.
* Ölkənin bir
sıra ali
təhsil müəssisələrində
aparılan elmi araşdırma və tədqiqatlarla bağlı
layihələrin qrantlar
yolu ilə maliyyələşdirilməsi məqsədilə
"Universitet qrantı"
müsabiqəsinə start verilib.
* Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində
8-ci Azərbaycan Beynəlxalq
"Təhsil" və
8-ci Azərbaycan Beynəlxalq
"Karyera" sərgiləri
keçirilib. Dünyanın 20 ölkəsindən 122 iştirakçının
qoşulduğu sərgiyə
Təhsil Nazirliyi SABAH
qruplarına aid materialların
nümayiş olunduğu
pavilyonla qatılıb.
Ölkəmizin 10 ali təhsil müəssisəsi də
sərgidə iştirak
edib.
* Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı,
Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin,
Bakı Şəhər
İcra Hakimiyyətinin
dəstəyi ilə
"Bakı Elm Festivalı"
keçirilib.
* Azərbaycan alimlərinin
I qurultayı keçirilib.
Xaricdə təhsil üzrə
Dövlət Proqramı
* 2014-2015-ci tədris ilində azərbaycanlı
gənclərə Dövlət
Proqramı çərçivəsində
dünyanın 33 ölkəsinin
544 ali təhsil müəssisəsində təhsil
almaq məqsədilə
müraciət etmək
imkanı verilib.
* Dövlət Proqramına
2014-2015-ci tədris ili üçün namizədlərin seçimi
prosesində şəffaflığın
təmin olunması məqsədilə müsahibə
zamanı ilk dəfə
audio-video çəkiliş aparılıb.
* Müsahibələr nəticəsində 572 tələbənin
adı dünyanın
nüfuzlu ali
məktəblərində təhsil
almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına
daxil edilib.
* Ötən ilki
seçimlərdə bakalavriatdan
sonrakı təhsil səviyyələrinə üstünlük
verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər
magistratura, 44 nəfər
doktorantura, 65 nəfər
rezidentura təhsili almaq hüququ qazanıb.
* Dövlət Proqramı
çərçivəsində indiyədək 3000-dən çox
gənc dünyanın
aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb.
* Dövlət Proqramı
təqaüdçülərini geniş ictimaiyyətə
tanıdan "Gəncliyin
uğur formulu" layihəsinə start verilib.
Məktəbdənkənar fəaliyyətin
təşkili
* Təhsil Nazirliyi tərəfindən
məktəbdənkənar müəssisələrin fəaliyyəti
ilə bağlı İslahat Proqramı hazırlanıb.
* Məktəbdənkənar müəssisələrin fəaliyyətinin
təşkilinə olan
fərqli yanaşma nəticəsində 2014-cü ildə
yaradıcılıq sarayları,
klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq
yönümlü mərkəzlərin,
uşaq-gənclər idman
və şahmat məktəblərinin yetirmələri
yerli və beynəlxalq yarış, çempionat, müsabiqə
və festivallarda yüksək yerlərə
layiq görülüblər.
İctimai təşəbbüslər
* Təhsil Nazirliyi tərəfindən
ictimai təşəbbüslərin
dəstəklənməsi üzrə
layihə müsabiqəsi
davam etdirilib. 2014-cü ildə keçirilmiş müsabiqənin
yekunlarına görə,
20 layihə məqbul hesab olunub və
onların maliyyələşdirilməsi
barədə qərar
qəbul edilib.
Azərbaycan müəllimi.-
2015.- 10 yanvar.- S.3.