Vətəndaşlar Təhsil
Nazirliyində
yaradılan şəraitdən
razılıq edirlər
Ötən il Təhsil Nazirliyinin İnformasiya
şöbəsinin Vətəndaşlarla
iş
bölməsinə 154226 müraciət daxil olub
Son vaxtlar Təhsil Nazirliyinin strukturunda bir sıra dəyişikliklər olmuşdur ki, bunlardan da biri İnformasiya şöbəsinin tərkibində Vətəndaşlarla iş bölməsinin yaradılmasıdır. 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayan bölməyə Vətəndaşların Qəbulu Mərkəzi, Telefon Məlumat Mərkəzi ("qaynar xətt") və Kommutator xidməti daxildir. Bölmənin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Təhsil Nazirliyində olduq, bölməyə rəhbərlik edən Yaşar Zeynalovla söhbətləşdik.
Bildirdi ki, mərkəzlər Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət
orqanlarında elektron xidmətlərin
göstərilməsi haqqında" fərmanından və
"Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin
artırılması məqsədlərinə xidmət edir. Müasir
avadanlıqlarla və sürətli kommunikasiya
sistemləri ilə təchiz edilmiş mərkəzlər Təhsil Nazirliyinin struktur bölmələri
və müvafiq təhsil qurumları ilə
elektron qaydada əlaqələndirilib.
Mərkəzlər təhlil imkanına malik
informasiya sistemləri ilə təmin olunub. Mərkəzlərə xüsusi
təlim keçmiş əməkdaşlar
cəlb olunub. Xidmət səviyyəsinin
və keyfiyyətin yüksəldilməsi üçün
müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər
bir əməkdaşın fəaliyyəti
xüsusi meyarlar əsasında
qiymətləndirilir. Telefon Məlumat Mərkəzinə
və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin
gündəlik statistikası aparılaraq təhlil edilir. Hər iki mərkəzin
fəaliyyəti üzrə toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar
hazırlanır.
Nəzərə
çatdıraq ki, Vətəndaşlarla
iş bölməsi fəaliyyətə
başladıqdan sonra bu
istiqamətdə səmərəlilik əvvəlki illərdən
fərqli olaraq xeyli
artmış, vətəndaşlar rahat və
sərbəst şəkildə Təhsil Nazirliyinə
müraciət etmək imkanı qazanmışlar. Statistikaya nəzər
salsaq görərik ki, Təhsil Nazirliyinin
İnformasiya şöbəsinin Vətəndaşlarla
iş bölməsinə 2014-cü il ərzində vətəndaşlar tərəfindən
154226 müraciət daxil olmuşdur.
Belə ki, Telefon
Məlumat Mərkəzinə 60856 zəng (2013-cü illə
müqayisədə 4,7 dəfə çox)
və Kommutator xidmətinə 35000-ə
yaxın zəng olunmuş, Vətəndaşların
Qəbulu Mərkəzində isə 58370 vətəndaşa
xidmət göstərilmişdir: ali təhsil
üzrə (təhsil haqqının ləğvi,
yaxud azaldılması,
köçürülmə, bərpa və s.)
- 8668; beynəlxalq əməkdaşlıq və xaricdə təhsil
- 7883; ümumi təhsil müəssisələrinə
aid, şagirdlərin yerdəyişməsi
- 4174; müəllimlərin yerdəyişməsi, müəllimlərin
işə qəbulu və digər kadr məsələləri
- 3880; orta ixtisas və
ilk peşə-ixtisas təhsilləri ilə
bağlı - 1544; digər məsələlər üzrə
(xarici diplomların tanınması, qrif verilməsi və s.) -
32221 müraciətlər daxil olmuşdur.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların
Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal
cavablandırılıb və operativ həll
olunmuşdur. 11848 vətəndaş
sorğularına uyğun olaraq,
elektron qaydada Təhsil
Nazirliyinin müvafiq məsul şəxslərinin
qəbuluna yazılmışdır. Əlavə olaraq, vəzifəli şəxslərin qəbuluna
yazılmaq üçün e-poçt vasitəsilə 531 müraciət, teleqram və məktublar vasitəsilə 167
müraciət daxil olmuş
və Təhsil Nazirliyinin qəbul qaydalarına
əsasən müvafiq cavablar
verilmişdir. Vətəndaşların
Qəbulu Mərkəzində 13359 sənəd (6275 ərizə,
6139 məktub, 945 digər sənədlər) qəbul olunub və qeydiyyata
alınmışdır. Şikayətlərin qeydiyyatı
proqramında isə 404 müraciət qeydiyyata
alınmış və araşdırılması üçün aidiyyəti şöbələrə,
sektorlara, idarələrə göndərilmişdir.
Vətəndaşların Qəbulu Mərkəzi
Vətəndaşların
Qəbulu Mərkəzində 7 nəfər əməkdaş
fəaliyyət göstərir. Bunlardan
6-sı (6 masa), yəni vətəndaşları
qəbul edərək onları əlaqələndirən
şəxslər, 1 nəfər isə (1 masa)
yardımçı, yəni vətəndaşlara prosedur qaydalarını izah
edən şəxsdir. Qəbul proseduru belədir:
vətəndaş mərkəzə daxil olur, monitordakı düyməni basaraq nömrə götürür
və öz növbəsini gözləyir.
Növbəsinin çatdığını bildirən siqnal səsindən sonra
nömrəsi ekranda göstərilən masaya yaxınlaşır. Müvafiq
müraciətini bildirən vətəndaşın
sualları həmin masada əyləşən
əməkdaş tərəfindən cavablandırılır
və ya vətəndaşa istiqamət verilir. Demək olar ki, əksər müraciətlər yerindəcə
cavablandırılır. Bundan başqa, vətəndaş nazir
müavinləri və şöbə müdirləri ilə
görüşmək istəyərsə, mərkəzin əməkdaşları
vətəndaşın məlumatlarını qəbul
qeydiyyatı bazasına daxil edir. Vətəndaşa qəbul gününün tarixi
haqqında məlumat verilir. Bununla da vətəndaş
asanlıqla nazir müavinləri və
şöbə müdirləri ilə görüşmək
imkanı əldə edir.
Yardımçı masada vətəndaşların sənədləri
və məktubları qəbul olunur. Həmin
sənədlər qeydiyyata
alındıqdan sonra dəftərxanaya verilir, ordan da müvafiq şöbələrə
və şəxslərə göndərilir. Bundan
başqa, vətəndaşlara mərkəzdə
ərizə yazmaq şəraiti də
yaradılıb. Belə ki, bunun üçün xüsusi masa və
nümunələr təşkil olunmuşdur.
Mərkəzə müraciət edən vətəndaşlara
metodiki və maarifləndirici məlumatlar
verilir, onlara müxtəlif
növ hüquqi
yardımlar göstərilir. Azərbaycan, rus
və ingilis dillərində fəaliyyət
göstərən mərkəz həftənin 5 günü saat 09:00-dan
18:00-dək fasiləsiz olaraq vətəndaşlara
xidmət göstərir.
Telefon Məlumat Mərkəzi
Mərkəzdə 4 operator fəaliyyət göstərir. Zənglər çox olduqda 4, az olduqda isə 3 operator onları qəbul edir. Vətəndaşlar 146 nömrəsinə zəng etməklə operatorlarla əlaqə saxlaya bilirlər. Mərkəzə olunan müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir. Müraciət, şikayət və təkliflər araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir. Məlumat bazasında qeydlər aparılır və müraciətlər bazanın arxivinə yönləndirilir. Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür.
Kommutator xidməti
Kommutator xidmətində 2 nəfər fəaliyyət göstərir. Xidmətin əməkdaşlarının əsas vəzifəsi vətəndaşlarla nazirliyin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən əməkdaşlar arasında əlaqə yaratmaqdır. Belə ki, vətəndaşlar müxtəlif mobil operatorlar vasitəsilə və şəhər telefonlarından 012-599-11-55 nömrəsini yığmaqla daxili nömrəni bilirlərsə birbaşa, daxili nömrəni bilmirlərsə operatorlar vasitəsilə müxtəlif şöbələrlə çox asanlıqla əlaqə saxlaya bilərlər. Mərkəzlərdən fərqli olaraq burada saat 13:00-dan 14:00-dək fasilə olur. Buna səbəb Təhsil Nazirliyinin struktur bölmələrində həmin saatlarda fasilənin olmasıdır.
Vətəndaşlar göstərilən
xidmətdən razıdırlar
Vətəndaşlarla
iş bölməsində olarkən qəbula
gəlmiş bir sıra vətəndaşlarla
görüşdük. Bölmənin fəaliyyəti
ilə bağlı fikirlərini öyrəndik.
Şirin İsmayılov: - Mən Salyan
rayonundan gəlmişəm.
Qardaşım İslam
İsmayılov "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
Cənubi Koreyanın Kayst Universitetini
bitirib. Qardaşım hazırda hərbi xidmətdə olduğu üçün
onun diplomunun təsdiq
olunması ilə bağlı Təhsil Nazirliyinə müraciət
etdim. Müraciətimə çox
qısa müddətdə, rahat şəkildə
baxıldı və mənə diplomun təsdiq
olunması ilə bağlı sənədi nə vaxt götürəcəyim tarix
bildirildi. Bu gün həmin tarix olduğu üçün
sənədi götürməyə gəlmişəm. Gördüyünüz kimi,
sənəd artıq məndədir. Yaradılan şəraitə
görə hər kəsə təşəkkürümü
bildirirəm.
İlhamə Mustafayeva: - Ötən il noyabr ayının sonunda Təhsil
Nazirliyinin şöbə müdiri
Fərzəli Qədirovun qəbuluna düşmək üçün Vətəndaşların Qəbulu
Mərkəzinə müraciət etdim. Mənə
yanvarın 5-də saat 16:00-da nazirlikdə
olmağımı bildirdilər. Bunun üçün mənə bildiriş
verdilər. Şöbə müdiri ilə
görüşdüm və yerdəyişmə
məsələsi ilə bağlı problemim
olduğunu bildirdim. Nəzərə
çatdırım ki, mən paytaxtın
mərkəzi hissəsində yaşayıram. İş
yerim isə Abşeron
rayonu Masazır qəsəbəsindədir.
Yolum uzaq olduğu üçün
çətinlik çəkirəm. Fərzəli müəllim
mənə diqqətlə qulaq asdı və
yerdəyişmə ilə bağlı prosedur
qaydalarını ətraflı izah etdi. İnşallah iyun ayında elektron ərizə
ilə Təhsil Nazirliyinə müraciət edəcəm. Belə
bir şəraitin yaradılması üçün Təhsil Nazirliyinin
rəhbərliyinə və kollektivinə xüsusi
minnətdarlığımı bildirirəm.
Oqtay Hüseynov: - Biləsuvar
rayonundan gəlmişəm. Qızım Könül Hüseynlinin işi ilə bağlı, təxminən, bir ay bundan
qabaq nazirliyə müraciət etdim. Adımı qeydiyyata
saldılar və bu gün
məsələ ilə bağlı şöbə müdiri ilə görüşdüm.
Qeyd edim ki, qızım ötən il
Təhsil Nazirliyi tərəfindən
keçirilən müəllimlərin işə qəbulu ilə
bağlı müsabiqədə iştirak
edərək 29 bal toplayıb. Ağsu rayonuna işə
qəbul olunub. Lakin
körpə uşağı olduğu üçün orada
işləmək onun üçün
çox çətindir. İş
yerinin dəyişdirilib öz
rayonumuza verilməsini xahiş
etdim. Çox sağ olsunlar, məni diqqətlə
dinləyib yerdəyişmə ilə bağlı qaydaları
izah etdilər. Mənə seçim
edərkən müəyyən məsələləri
öncədən nəzərə almağı tövsiyə
etdilər. Mehriban münasibət və
şəffaflığın yüksək səviyyədə
olması üçün Təhsil Nazirliyinin kollektivinə təşəkkürümü
bildirirəm.
Niyazi
RƏHİMOV, "Azərbaycan müəllimi"
niyazisherifsoy@mail.ru
Azərbaycan
müəllimi.- 2015.- 10 yanvar.- S.6.