İlin ən
yaxşı təhsil qəzeti
Azərbaycan Respublikası Təhsil
Şurası İdarə Heyətinin qərarına əsasən,
"Azərbaycan müəllimi" qəzeti "İlin ən
yaxşı təhsil qəzeti" seçilib və diplomla təltif
olunub. Qafqaz Universitetində
keçirilən görüşdə mükafat qəzetin
kollektivinə təqdim edilib. Tədbirdə Qafqaz Universitetinin
rəhbərliyi, Təhsil Şurası İdarə Heyətinin
üzvləri və "Azərbaycan müəllimi" qəzetinin
yaradıcı heyəti iştirak edib. Tədbirdə
çıxış edənlər qəzetin fəaliyyətini
yüksək qiymətləndiriblər. Çıxışlarda
bildirilib ki, qəzet təhsil sahəsində olan yenilikləri
ən obyektiv işıqlandıran media qurumlarından biridir.
Son illər ərzində qəzetdə baş verən yeniliklər
də təqdirəlayiqdir.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 10 yanvar.- S.12.