"İnklüziv
təhsil: nəzəriyyə
və praktikanın vəhdəti"
Sağlamlıq
imkanları məhdud olan şəxslərin
təhsili demokratik cəmiyyətin vacib tələblərindən biridir.
Xüsusi təhsilin əsas məqsədi sağlamlıq
imkanları məhdud şəxslərə həyat üçün zəruri olan
bilik, bacarıq və vərdişlər
aşılamaq, onların cəmiyyətə inteqrasiyasını
təmin etmək, özünəxidmət
bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək
fəaliyyətinə və ailə həyatına
hazırlamaqdan ibarətdir. İnklüziv təhsil sahəsində son illər ölkəmizdə xeyli
işlər görülmüş, müvafiq qanunvericilik
bazası yaradılmışdır.
Azərbaycan
Müəllimlər İnstitutunun
Mingəçevir filialında keçirilən "İnklüziv təhsil: nəzəriyyə və
praktikanın vəhdəti" mövzusunda
elmi-praktik konfransda da məqsəd məhz inklüziv təhsil sahəsində
görülən işlərə bir daha diqqəti yönəltmək və pedaqoji kadr
hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində
bu təhsillə bağlı ortaya çıxan problemlərin həlli
yollarını araşdırmaq
idi. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin De-institutlaşma
və Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini H.Kərimov, Mingəçevir Şəhər
İcra Hakimiyyəti
başçısının I müavini
İ.İsmayılov, Mingəçevir Şəhər Təhsil
Şöbəsinin müdiri S.Əliyev,
Mingəçevir Politexnik İnstitutunun
rektoru A.Hacıyev, Mingəçevir
Şəhər Gənclər və İdman
İdarəsinin rəisi K.Nəcəfli, "Uşaq
və Ailələrə Dəstək Mərkəzi"nin direktoru A.Fərruxova, həmin mərkəzin eksperti D.İlyasova, Mingəçevir şəhər
orta məktəblərinin direktorları və
uşaq bağçalarının müdirləri, şəhərini ümumtəhsil məktəblərində
inklüziv təhsili həyata keçirən
müəllimlər, Goranboy rayonunda yerləşən mərkəzin direktoru Z.Qarayeva, Ağcabədidə
fəaliyyət göstərən "Günərzi"
Qayğı Mərkəzinin rəhbəri A.Dadaşova
və KİV nümayəndələri iştirak
edirdilər.
Konfransı giriş sözü ilə
açan filialın direktoru, dosent Rasim Şükürov
onun məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, təhsil almaq hüququ ölkəmizdə
yaşayan bütün
vətəndaşlara şamil olunur. "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq
imkanları məhdud insanların bərabər təhsilalma
hüquqları vardır. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulan və bu gün möhtərəm Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən
təhsil siyasətində bütün
vətəndaşlarımıza bərabər imkanlar
yaradılmışdır. İnklüziv
təhsil sahəsində son illərdə
aparılan məqsədyönlü işlər, qəbul edilən
qərarlar bu sahədə böyük
nailiyyətlər əldə etməyə imkan
vermişdir. Bütün
bu uğurlar ölkə
başçısı İlham
Əliyevin təhsilə, xüsusilə sağlamlıq
imkanları məhdud olan insanların təhsilinə
göstərdiyi qayğının nəticəsində mümkün olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunda İnklüziv
Təhsil Mərkəzinin yaradılması məhz həyata
keçirilən uğurlu tədbirlərdən
biridir.
Sonra filialın ictimai və təbiət
fənləri kafedrasının müdiri,
dosent Zenfira Əzizovanın "Xüsusi
qayğıya ehtiyacı olan
uşaqların cəmiyyətə inteqrasiyası", Müasir Təhsil-Tədrisə Yardım Mərkəzinin
eksperti Dilşad
İlyasovanın "Uşaq və Ailələrə
Dəstək Mərkəzində inklüziv təhsilin təşkili", Mingəçevir
şəhər 6 nömrəli tam orta məktəbin köməkçi-müəllimi
İlahə Məhərrəmovanın "Orta
məktəbdə inklüziv təhsilin təşkili", Uşaq və
Ailələrə Dəstək Mərkəzinin tərbiyəçisi
Vəfa Abdullayevanın "Azərbaycanda fəaliyyət
göstərən uşaq və ailələrə
dəstək mərkəzlərinin problemli
ailələrin həyatında rolu" mövzularında məruzələri
dinlənilmişdir.
Məruzələr ətrafında
çıxış edənlər konfransın aktual bir mövzuya
həsr edildiyini, bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq
olduğunu bildirmişlər.
Konfransda inklüziv təhsilin
keyfiyyətinin yüksəldilməsinə yönəlmiş bir sıra təkliflər səsləndirilmişdir.
Mingəçevir Şəhər Uşaq
və Ailələrə Dəstək Mərkəzinin məzunlarının
və onların valideynlərinin çıxışları
isə daha yaddaqalan olmuşdur. Plenar iclasdan sonra konfrans
iştirakçıları sağlamlıq imkanları məhdud
uşaqların əl işlərindən təşkil edilmiş sərgiyə baxmışlar.
Həqiət QƏDİMOVA,
Azərbaycan Müəllimlər İnstitutunun
Mingəçevir filialının dekanı
Azərbaycan müəllimi.- 2015.- 10 yanvar.- S.12.