Alimin 90 illik yubileyi qeyd edilib
Azərbaycan Dövlət
Neft Akademiyasının qocaman
müəllimi, professor Şəfiq Pənahinin
90 illik yubileyi və fəaliyyətinin
64-cü ildönümü təntənəli
şəkildə qeyd edildi.
Səttarxan
hərəkatının ən görkəmli rəhbərlərindən
olan babası Hacı Ələkbər, İranda görkəmli yazıçı kimi şöhrət tapmış atası Abbas Makulu öz
xalqının azadlıq və müstəqilliyi uğrunda bütün
varlıqları ilə mübarizə aparan
şəxsiyyətlər olmuşlar.
Gənc
Şəfiq 1945-ci ildə Təbrizdən Bakıya gələrək,
Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur, ali
məktəbi bitirdikdən sonra təyinatla
Binəqədi neft-qazçıxarma idarəsinə göndərilir. O, 1953-cü ildə hələ aspirant olarkən "Ümumi
geologiya" kursundan assistent kimi laboratoriya dərslərini aparmaqla
pedaqoji fəaliyyətə
başlayır. O vaxtdan bir-birinin ardınca uğur
pillələrini aşır. 1954-cü ildə geotektonika sahəsi üzrə
hazırladığı namizədlik dissertasiyasını
müdafiə edir. 1955-ci ildən tədris
etdiyi fənlərdən asılı olmayaraq öz elmi fəaliyyətini neftin
geologiyası, 1963-cü ildən isə neft
yataqlarının hidrogeologiyasına həsr edir.
1984-cü ildə geologiya-mineralogiya elmləri
doktoru adını almağa
müvəffəq olur. Ş.Pənahi
150-dən çox elmi
məqalənin, o cümlədən 20-dən
çox kitabın müəllifidir.
Tədbiri
giriş sözü
ilə Azərbaycan Dövlət Neft
Akademiyasının tədris işləri üzrə prorektoru, professor Vaqif Qurbanov açaraq Şəfiq müəllimin keçdiyi həyat yoluna
nəzər salmaqla, onun
böyük ziyalı ailəsinin
davamçılarından biri olduğunu qeyd etdi. Bildirildi ki, Ş.Pənahi
ali təhsil ocağımızda fəxr
edilən örnək simalardandır. Onun
elmdə, təhsildə uğurları sadalandıqca bitmir. Bu gün
onun gənc həmkarları belə bir insanın tarixinin bir parçası olduqlarına görə fəxr
edirlər. Prorektor bu tarixi insana
cansağlığı, firavan həyat arzulayaraq yubilyarı təbrik etdi.
Təbriklərə qoşulan və çıxış edən
alimlər hər biri
ayrı-ayrılıqda Ş.Pənahini böyük
alim, şəxsiyyət, Azərbaycan
ziyalısı, vətəndaş, gözəl müəllim kimi sevdiklərini,
onun kimi insanlarla fəxr duyduqlarını bildirdilər.
Qeyd edildi ki, tələbələrdə
müəllimə inam, hörmət və
ehtiram hisslərinin yaradılması təkcə
müəllimin ixtisas fənlərini
mükəmməl bilməsindən deyil,
həm də onun insani
keyfiyyətlərindən, fəlsəfi dünya
baxışlarından, eyni zamanda tələbələrə
qarşı münasibətlərini öz
övladlarına olan münasibət kimi qurmağından asılıdır. Alimlər
bu xüsusiyyətlərin Şəfiq
müəllimdə əks olunduğunu
dedilər.
Tədbirirn
sonunda çıxış edən professor Şəfiq Pənahi yubileyi
və 64 illik fəaliyyətini yüksək
dəyərləndirdiklərinə görə Azərbaycan
Dövlət Neft Akademiyasının rektorluğuna, eləcə də tədbirdə
öz səmimi ürək sözlərini
bildirən bütün alimlərə minnətdarlığını bildirdi:
"Mən bu akademiyanı sevirəm. Onun bünövrəsini qoyanlar,
kim olursa-olsun, bura elə bir daş qoyublar ki, bura çox
yaşayacaq".
Mais BABAYEV,
Azərbaycan Dövlət Neft
Akademiyasının
geoloji-kəşfiyyat
fakültəsinin dekanı, dosent
Azərbaycan
müəllimi.- 2015.- 17 yanvar.- S.8.