Müəllimlər Prezidentin sərəncamını
yüksək qiymətləndirirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb. Sərəncamla diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb.
Müəllimlərin maddi şəraitinin yaxşılaşdırılması məqsədi ilə verilən bu qərarı dövlət başçımızın şərəfli peşə sahiblərinə, ziyalılara diqqətinin bariz nümunəsi hesab etmək olar. Bu addım onu göstərdi ki, dünyada baş verən proseslər nəticəsində yaranmış əlverişsiz şəraitdə belə ölkə Prezidenti sadə insanların rifahı haqqında düşünür. Müəllimə böyük qayğı ilə yanaşı ölkədə insan kapitalının inkişafına yönəlmiş növbəti addım kimi də mühüm dəyər daşıyan bu sərəncamı müəllimlərimiz necə qiymətləndirirlər? Bu sualla paytaxtın məktəblərində işləyən bir neçə müəllimə müraciət etdik. Onların fikirlərini oxuculara təqdim edirik.
Bu addım müəllimləri
daha
həvəslə işləməyə sövq edəcək
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin dərs yükünün
və əməkhaqqının artırılması
haqqında" imzaladığı sərəncam bütün
müəllimlər kimi, məni də çox sevindirdi. Hamı bir-birini təbrik edir, sevinirdi. Bu addım nəinki
müəllimlərin, həmçinin neçə-neçə
ailələrin sevincinə səbəb oldu.
Belə bir vaxtda, dünyada baş verən siyasi-iqtisadi çətinliklərə baxmayaraq, Prezidentimizin
müəllimlərin rifahı haqqında düşünməsi
bir daha onun xalqına diqqət və
qayğısından xəbər verir. Bizə
bu diqqət və qayğısına
görə dövlətimizin başçısına minnətdarlığımı
bildirirəm.
İnanıram ki, bu sərəncam müəllimləri
öz çətin, məsuliyyətli və
şərəfli işində daha həvəslə,
əzmlə çalışmağa sövq
edəcək və təhsilin keyfiyyətinin yüksəlməsinə
birbaşa təsir edəcək. Bununla da Azərbaycan təhsili
özünün yeni inkişaf
dövrünə qədəm qoyacaq.
Lalə Alıyeva,
Bakı şəhəri 261 nömrəli məktəb
-liseyin ibtidai sinif müəllimi
Bu
inam və etibarı
öz
işimizlə doğruldacağıq
Təhsil müəllim əqlinin gücü
ilə cəmiyyətin inkişaf amilinə çevrilən
bir prosesdir. Gənc nəsil məhz
müəllim zəkasının nurundan,
müəllim qəlbinin hərarətindən pay
alaraq formalaşır. Bu
baxımdan mən sinif otağına daxil olarkən üzərimə düşən
məsuliyyətin önəmini hiss edirəm. Bilirəm
ki, dərs dediyim
şagirdlərin hər biri bu millətin gələcəyidir,
sabahıdır. Cəmiyyətimizdə müəllim əməyinə
verilən yüksək qiyməti, dövlətin təhsilə,
müəllimlərə qayğısını son illər daha çox hiss edirik. Xüsusilə də
"Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin dərs yükünün
və əməkhaqqının artırılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin
16 yanvar 2015-ci il tarixli sərəncamını
müəllimlərin əməyinə dövlət tərəfindən
göstərilən diqqətin ən gözəl nümunəsi
sayıram. Bu sərəncam dövlət
başçımız cənab İlham
Əliyevin daim sadə insanların rifahı
haqqında düşündüyünü
bir daha təsdiq edir. Müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılması məqsədilə verilən
bu qərar, əməyimizə göstərilən
dövlət qayğısı deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha
etibarlı və inamlı görmək əzmindədir.
Bu inam və
etibarı öz işimizlə doğrultmaq üçün
daha məsuliyyətlə
çalışacağıq. Belə bir
humanist addıma görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin
minnətdarlığımızı bildiririk.
Mətanət Eminova,
Bakı şəhəri 26 nömrəli tam orta məktəbin
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Maaş artımı müəllimlərin
sosial
durumunu xeyli yaxşılaşdıraçaq
Müəllimin
çətin, eyni zamanda
şərəfli olan əməyi həmişə
dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, onların
fəaliyyətini stimullaşdırmaq üçün
mütəmadi tədbirlər həyata keçirilir.
Təsadüfi deyildir ki, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda da bu məsələ strateji hədəflər sırasında qeyd olunmuş, bu istiqamətdə bir
sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən səriştə və nəticə
əsaslı diferensiallaşdırılmış
əməkhaqqı sisteminin
yaradılması nəzərdə tutulmuşdur.
Ötən ilin yayından keçirilməsinə
start verilmiş müəllimlərin
bilik və səriştəsinin sınaq
qiymətləndirilməsini bu yolda atılan ilk addım kimi dəyərləndirmək olar.
Həmin qiymətləndirmə zamanı mən də yüksək
nəticə göstərmişdim və əməkhaqqımın
artacağını gözləyirdim.
Möhtərəm
Prezidentimizin bu günlərdə imzaladığı sərəncamla
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin aylıq vəzifə
maaşları orta hesabla 2 dəfə artırılıb. Bu, biz müəllimlərə
göstərilən olduqca böyük
dövlət qayğısıdır. Müəllimlərin əməkhaqqı
son illər mütəmadi artırılsa
da birdən-birə bu
qədər yüksək
artım olmamışdı. Doğrusu,
mən də artımın bu qədər
çox olacağını gözləmirdim.
Ona görə də sərəncamı oxuyanda hədsiz sevindim. Bu mürəkkəb
və çətin zamanda ölkə
başçısının biz müəllimlərə
göstərdiyi böyük diqqət və
qayğını yüksək qiymətləndirir və
möhtərəm Prezidentimizə atdığı bu humanist addıma görə
minnətdarlığımı bildirirəm.
Əminəm ki, yeni əməkhaqqı
artımı müəllimlərin sosial durumunu xeyli
yaxşılaşdırmaqla yanaşı, təhsilimizin
keyfiyyətinin yüksəlməsinə də böyük təsir göstərəcəkdir.
Sevil Musayeva,
Bakı şəhəri 53 nömrəli tam orta
məktəbin ingilis dili müəllimi
Ölkə başçısının bu qərarı
gənclərdə
müəllimlik peşəsinə marağı artırıb
2015-ci ilin 16 yanvar
tarixində möhtərəm
Prezidentimiz cənab İlham Əliyev Azərbaycan dövlətinin
təhsil sahəsinə
necə önəm verdiyini bir daha
sübut etdi. Müəllimlərin əməkhaqqının
artırılması biz müəllimlər
tərəfindən arzu etdiyimiz
bir məsələ olsa
da, beynəlxalq aləmin yeni
ilə daxil
oldugu iqtisadi çətinlik
şəraitində bir qədər mümkünsüz görünürdü.
Neftin qiymətinin aşağı düşdüyü bir vaxtda dünya dövlətlərində iqtisadi böhran
yaşanır, ayrı-ayrı müəssisələr öz işçilərini ixtisar
edirlər. Lakin belə bir şəraitdə
müəllimlərin əməkhaqqının nəzərəçarpacaq dərəcədə
artırılması ilə Azərbaycan hökuməti həm
beynəlxalq aləmə iqtisadiyyatımızın nə qədər
möhkəm əsaslar üzərində qurulduğunu,
onun neftdən asılı
olmadığını sübut etmiş oldu, həm də təhsilin
inkişafının dövlətimiz üçün
necə prioritet
bir sahə olduğunu
və bu sahədə həqiqi islahatlar keçirildiyini nümayiş etdirdi. Biz müəllimlər üçün
gözlənilməz olan bu
qərar təkcə özümüzü
deyil, ailələrimizi də sevindirmiş oldu. Bu qərar bizdə işimizə olan sevgini və inamı daha da gücləndirdi. Son bir həftə ərzində
müəllimlik peşəsinə olan
marağın gənclər arasında da
artdığının şahidi olduq.
Zəhmətimizə
verilən bu qiymətə görə ilk növbədə cənab Prezidentimiz
İlham Əliyevə dərin minnətdarlığımızı
bildiririk. İnanırıq ki, hər bir müəllim
dövlətimizin ona göstərdiyi
etimadı doğruldaraq cəmiyyətimiz üçün tərbiyəli, savadlı insanlar yetişdirilməsində əlindən
gələni əsirgəməyəcəkdir.
Zümrüd QULİYEVA,
Bakı şəhəri 188 nömrəli
tam orta məktəbin tarix müəllimi
Gələcək uğurlarımız
təhsilin keyfiyyətinə bağlıdır
Dünyada və ölkəmizdə baş verən sürətli dəyişikliklərlə
bağlı təhsil sahəsində çalışan
insanların üzərinə xüsusi məsuliyyət
düşür. Siniflərdə təhsil
alan bugünkü
şagirdlər gələcəyin elm və
mədəniyyət xadimləri, təsərrüfat
işçiləri, idarəçilikdə yer
alan insanlar olacaqlar. Odur ki, xalqın rifahı və gələcək yeni
uğurlarımız birbaşa təhsilin
keyfiyyətinə bağlıdır.
Ümumtəhsil məktəblərində
müəllimlərin öz peşəkar
səviyyəsini daim artırması,
biliklərini yeniləməsi, baş verən
dəyişiklikləri gözdən qaçırmaması vacib şərtdir.
Mən 2014-cü ildə
Təhsil Nazirliyinin Bakı müəllimləri
arasında keçirdiyi sınaq
imtahanlarında kimya fənni üzrə
yüksək bal toplamağa
müvəffəq oldum. Təbii ki, istənilən insan öz əməyinin qiymətləndirilməsinə,
ona dəyər verilməsinə ehtiyac duyur. Ona görə
də cənab Prezidentin müəllimlərin
maaşının artırılması ilə bağlı verdiyi məlum sərəncamı təhsil işçilərinin
əməyinin stimullaşdırılması istiqamətində
atılmış mühüm addım
sayır və dövlət başçısına minnətdarlığımı
bildirirəm. Prezidentimizin təhsil
sahəsinə xüsusi
qayğısının ifadəsi olan bu qərar müəllimləri daha yüksək nəticələr əldə
etməyə ruhlandırır.
Südabə Muradova,
Bakı şəhəri 220 nömrəli
məktəb-liseyin kimya
müəllimi
Müəllimlərin biliyinə görə əməkhaqqının
müəyyənləşdirilməsi düzgün yanaşmadır
Xəbər verildiyi kimi, möhtərəm
Prezident İlham
Əliyev cənabları diaqnostik qiymətləndirmədən
keçən müəllimlərin əməkhaqqının artırılması barədə sərəncam
imzalayıb. Fürsətdən istifadə edib
cənab Prezidentə öz təşəkkürümü
bildirirəm. Doğrusu, bu
mənim üçün gözlənilməz və çox sevindirici xəbər oldu.
Mənim fikrimcə, müəllimlərin
biliyinə görə əməkhaqqı sisteminin
müəyyən edilməsi doğru
yanaşmadır. Ümid edirəm ki, əməkhaqqımız hesablanarkən
sınaq qiymətləndirilməsində göstərdiyimiz nəticələr
nəzərə alınacaq.
Müəllim cəmiyyətdə
həmişə aparıcı qüvvə olub,
insan kapitalının inkisafinda
mühüm rol
oynayır. Təhsil sahəsində islahatlar
uğurla həyata keçirilir,
bu danılmazdır. Bizim
savadlı, işgüzar və dərin
intellektə malik
nazirimiz var.
Dövlət başçısının düzgün
kadr seçimi öz nəticəsini göstərir. Bugünkü gündə cənab nazir müəllim nüfuzunun
qalxması və əvvəlki hörmət-izzətinin müəllimə
qaytarılması üçün var qüvvəsi ilə
çalışır. Mən buna görə
cənab nazirə də öz dərin minnətdarlığımı
bildirirəm. Biz müəllimlər təhsil
sahəsində irəliyə doğru
atılan bütün addımlarda dövlət
başçımıza öz əməli
fəaliyyətimizlə dəstək verməliyik və veririk.
Afət Axundova,
Bakı şəhəri 60 nömrəli tam orta
məktəbin coğrafiya
müəllimi
Dövlətimizin müəllimlərə
qayğısının daha bir nümunəsi
1979-cu ildə Bakı
şəhərində anadan olmuşam. 1997-ci ildə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin tarix fakültəsinə daxil
olub, 2001-ci ildə həmin universiteti fərqlənmə diplomu
ilə bitirmişəm. Həmin ildən bu
günə kimi Bakı şəhəri
271 nömrəli tam orta məktəbdə tarix fənnini tədris edirəm.
Pedaqoji fəaliyyətim dövründə təhsildə
aparılan islahatlara biganə qalmayaraq, daim öz üzərimdə
çalışmış, "Yeni fənn
kurikulumlarının tətbiqi və fəal təlim" mövzusunda UNİCEF-in təşkil
etdiyi təlimçilərin təlimi,
"Öyrədənlərin öyrədəni", "Prometan" interaktiv
lövhələrdən istifadə, "Dymo", "Mimio İnteraktiv
Texnologiyaları ilə tədris", "Sosial
servislərin, informasiya-kommunikasiya və yeni təlim texnologiyalarının köməyi
ilə tədris prosesinin təşkili",
"İnsan alveri: təhlükələr
və qabaqlayıcı təşəbbüslər"
üzrə təlim kurslarında iştirak
etmişəm və örəndiyim bütün
yenilikləri işlədiyim
məktəbdə yüksək səviyyədə tətbiq
etməyə çalışıram.
2014-cü il iyun ayının 12-də
Bakı Şəhəri üzrəTəhsil İdarəsi tərəfindən
keçirilən müəllimlərin bilik
və səriştəsinin sınaq qiymətləndirilməsində
100 faizlik nəticə göstərmişəm.
2015-ci il yanvarın
16-da ölkə başçısı cənab İlham Əliyev həmin sınaq qiymətləndirilməsində
iştirak edən müəllimlərin əməkhaqqlarının
iki dəfə artırılması
haqqında sərəncam imzaladı. Bu
addım dövlətin Azərbaycan təhsilinə və onun müəlliminə verdiyi
ən yüksək qiymətdir.
Mənim fikrimcə, bu addım müəllimin
pedaqoji sahədə fəaliyyətini daha da artıracaq. Bütün bu diqqət və
qayğıya görə ölkə başçısı cənab
İlham Əliyevə öz
dərin minnətdarlığımı bildirirəm.
Xatirə Əsədova,
Bakı şəhəri 271 nömrəli tam
orta məktəbin tarix müəllimi
Liseyimizin bütün
müəllimləri
əməkhaqqı
artımını alqışlayır
Mən, eləcə də işlədiyim
"Zəngi" liseyinin bütün müəllim kollektivi
möhtərəm Prezidentimiz İlham Əliyevin
apardığı daxili və xarici siyasəti bəyənir və
daim dəstəkləyirik. Ümummilli lider
Heydər Əliyevin qurduğu müstəqil
Azərbaycanın qüdrətli bir
dövlət olmasında,
şübhəsiz, ölkə başçısının böyük əməyi var.
Dövlətimiz müharibə şəraitində olsa da, Prezident
İlham Əliyev heç
bir iqtisadi çətinlik
çəkməyən ölkəmizdə
maaş və təqaüdləri dəfələrlə
artırıb.
Azərbaycan xalqı
tanınmış alim və ziyalılarla
dünyada məşhurdur. Gələcək
nəsildə belə ziyalıların yetişməsində
müəllimlərin müstəsna rolu var. Məhz buna görə
də dövlətimiz müəllimlərə
xüsusi diqqət yetirir.
Bunun bariz nümunəsi bütün dünyada baş verən iqtisadi böhranlara baxmayaraq, müəllimlərin əməkhaqqının
artırılması haqqında Prezidentin bu günlərdə imzaladığı sərəncamdır.
Mən həm öz
adımdan, həm də "Zəngi"
liseyinin kollektivi
adından möhtərəm Prezidentimizə təşəkkür
edir və bu diqqəti
özümüzə məsuliyyət bilirik. Ölkə
başçısının bu sərəncamı
biz müəllimlərə böyük sevinc və fərəh
hissi yaşatdı.
Ramiz Kazımov,
"Zəngi" liseyinin riyaziyyat müəllimi
Səhifəni hazırladı: Yusif
ƏLİYEV
Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.3.