"Uşaq
və gənclərin ən yaxşı yaradıcılıq
işləri"
Respublika müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Yaradıcılıq
sahəsində xüsusi istedada
malik uşaq və gəncləri
üzə çıxarmaq və onların potensial
imkanlarının inkişaf etdirilməsinə
lazımi şərait yaratmaq məqsədi
ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci
bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Uşaq və gənclərin ən
yaxşı yaradıcılıq işləri" Respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsi (M.Hacıyeva) internat
məktəblərinin müsabiqədə iştirakı ilə
bağlı satın alınması tələb olunan mal və materiallar barədə
məlumatı Əsaslı Tikinti və Təchizat
İdarəsinə təqdim etsin.
5. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu"nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
7. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində
yerləşdirilməsini və çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
9. Əmrin icrasına
nəzarət nazir müavini
F.Qurbanova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
21 yanvar 2015-ci il
Azərbaycan
müəllimi.- 2015.- 24 yanvar.- S.2.