Bir neçə sahədə uğur
qazanan qran-pri mükafatçısı
Soltan
Səmədli Bakıdakı
sağlamlıq imkanları
məhdud uşaqlar üçün 5 nömrəli
Respublika xüsusi internat məktəbinin şagirdidir. Hazırda gözdən
əlil uşaqlar üçün 38 nömrəli
onbirillik musiqi məktəbində tar ixtisası
üzrə təhsil alır. Yeniyetmə tarzən musiqi və incəsənət məktəbləri şagirdlərinin
xalq çalğı
alətləri üzrə II Respublika Əlillərin V Ümumrespublika
bədii yaradıcılıq
baxış müsabiqələrində
uğurlu çıxışına görə diplomlarla mükafatlandırılıb.
2011-ci ildə
dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr
olunmuş Milli musiqi alətləri
ifaçılarının respublika festivalında,
2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə
ümumtəhsil və
orta ixtisas təhsili müəssisələrinin
şagird və tələbələri arasında gənc ifaçıların
II Respublika
müsabiqəsində çıxışlarına görə
diplom və medala layiq görülüb.
Səməd
2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti
yanında Gənclər Fondunun təşkil etdiyi sağlamlıq imkanları
məhdud uşaqlar üçün
5 nömrəli Respublika
xüsusi internat məktəbində həyata
keçirilən "Mən
də varam" fərdi qabiliyyət müsabiqəsində qran-pri mükafatına, həmin il Bakıda keçirilən "Şərq
nağılı" Beynəlxalq
müsabiqədə isə diploma
sahib olub.
Dəfələrlə müsabiqələr qalibi
olan Səməd
digər sahələrdə
də nailiyyətlər
qazanıb. O, 2013-cü ildə
Gənclər və İdman Nazirliyi və UNİCEF-in təşkilatçılığı
ilə
"Bacarıqlara məhdudiyyət
yoxdur" devizi altında keçirilən
yeniyetmələr üçün
fotoqrafiya üzrə təlim kursunda fərqlənərək mükafatlandırılıb.
2014-cü ildə "İçərişəhər-yaşayan tarix, keçmişimiz gələcəyimizin təqdimatında",
"Şəhərin İçi-İçəri
Şəhər" mədəni
sosial layihələri
çərçivəsində keçirilən "An Fototur"
tədbirində fəal
iştirakına görə
sertifikat qazanıb.
Azərbaycan müəllimi.-
2015.- 24 yanvar.- S.10.