Muğam televiziya
müsabiqəsinin üçüncüsü
Hələ uşaqlıq çağlarından ustad
xanəndələrin muğam
ifalarını maraqla
dinləyən Gülnarın
bu sənətə həvəsi artmağa başlayıb.
Canımıza, qanımıza hopan
xalq mahnılarını,
muğamlarını o, sanki
ana laylası sanar və milli
musiqimizin melodiyaları
altında yuxuya gedərdi. Balaca qızcığaz böyüdükcə onun
arzuları da pərvazlanır və artıq gələcəkdə
xanəndə olacağına
zəmin yaradırdı.
Belə ki,
Gülnar Qüdrətli
2009-cu ildə Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinə bu arzularla qəbul olub və hazırda əməkdar artist Nuriyyə
Hüseynovanın xanəndəlik
sinfində təhsil alır. Məktəbdə
oxuduğu illərdə
bir çox müsabiqə
və festivallarda çıxış
edib. 2012-ci ildə Azərbaycan vokal sənətinin banisi,
SSRİ xalq artisti Bülbülün
115 illik yubileyinə
həsr olunmuş festivalda II yeri tutub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların II Respublika
müsabiqəsində uğurla
çıxış etmiş,
münsiflər tərəfindən I dərəcəli
diploma layiq görülüb.
Daim öz üzərində işləyir,
müxtəlif konsertlərdə
istedadını nümayiş etdirir.
2013-cü ili Gülnar üçün
ən uğurlu il hesab etmək
olar. IV Muğam
televiziya müsabiqəsinə
qatılıb və
III yerə layiq görülüb. Həmin
ildə Türkiyədə
türkdilli xalqların
mahnı və rəqs müsabiqəsində iştirak
edərək laureat adını qazanıb və milli musiqi alətləri
ifaçıları və
xanəndələrin II Respublika
müsabiqəsinin qalibi
olub.
Sənətdə qazandığı nailiyyətlərə
görə Gülnar Qüdrətli Mədəniyyət
və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb.
O, Azərbaycan
Dövlət Televiziyası
və Radiosunun solistidir.
Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.