Doqquz yaşlı rəssamın sənət
dünyası
Rəşidə Hacıyeva Xırdalan şəhər 2 nömrəli
tam orta məktəbinin IV sinfində təhsil alır. Sinifdə ən
yaxşı oxuyan şagirdlərdən biridir. Hələ kiçik yaşlarından
onda şəkil
çəkməyə həvəs
yaranıb. Gördüklərini təxəyyülünün
süzgəcindən keçirərək
bir-birindən maraqlı
rəsmlər yaradıb.
Bir an belə rəngli karandaşlarından
və çəkdiyi
rəsmlərdən ayrıla
bilməməsi balaca
rəssamın
gələcəkdə peşəkar rəssam olacağından xəbər
verir. Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbində
ingilis dili müəllimi işləyən
anası Leyla Əliyeva Rəşidənin
bu istedadını inkişaf etdirmək üçün onu Abşeron
İKT-nin Tədris Mərkəzinin rəsm dərnəyinə gətirib.
O, burada rəsm müəllimi Sevda Bağırovadan
rəssamlığın sirlərini
öyrənir. Müəlliminin sözlərinə görə
Rəşidə hara gedirsə, daim rəngli karandaşları
yanında olur. Ağıllı, mədəni, tərbiyəli
və çalışqan
şagirdlərdən biridir.
Rəsm çəkməyə çox
həvəslidir, xüsusilə
də qrafika janrına daha çox meyil göstərir. İstedadlıdır
və öz üzərində
ciddi çalışır.
İnanıram ki, gələcəkdə gözəl
memar, dizayner və ya modelyer ola bilər.
Rəşidənin isə gələcəklə
bağlı öz planları var. O, hazırda Böyük
Britaniyanın Kembric Universitetində təhsil alan xalası Günel Hüseynovanın davamçısı,
tibb və biologiya elmləri ilə məşğul olmaq arzusu ilə yaşayır. Xalası da rəsmlə məşğul olduğu
üçün gələcəkdə
onunla birlikdə rəsm studiyası açmaq haqqında düşünür.
Azərbaycan müəllimi.-
2015.- 24 yanvar.- S.10.