Yaşıdları arasında ilk

qızıl medalın sahibi

 

Haqq Rüstəmov  Bakıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün  5 nömrəli Respublika  xüsusi internat məktəbində oxuyur. O, təhsil ocağında  keçirilən tədbirlərdə  fəal iştirak  edir. Qeyri- istedad sahibi olan  Haqqın uşaqlıq çağlarından  idmanın şahmat  növünə böyük marağı olub. İstər ölkə,  istərsə Avropa yarışlarında vətənimizi layiqincə təmsil edib.  2007-ci ildə  Moskvada Rusiya Federasiyasının Krasnodar vilayətinin Adler şəhərində uşaqlar arasında  keçirilən şahmat turnirlərində II yeri tutaraq gümüş medal qazanıb.

2009-cu  il  onun  həyatında yaddaqalan olub.  Belə ki,   Penza şəhərində keçirilən XIX  Beynəlxalq şahmat  turnirində I yeri qazanaraq öz yasıdları arasında ilk qızıl medalın sahibi olub. İstedadlı şahmatçı  göstərdiyi yüksək nəticələrə görə "İlin ən yaxşı şahmatçısı"  diplomuna  layiq görülüb. Çoxlu sayda diplomlar alan H.Rüstəmov  Hollandiyada keçirilən şahmat turnirində   II yerə çıxıb. 2013-cü ildə isə görkəmli oftalmoloq  alim,  akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş, gözdən əlil uşaq, yeniyetmə gənclər arasında keçirilən Respublika çempionatının qalibi olub.

Yeniyetmə şahmatçı "İstedadlı uşaqlar festivalı - 2013" layihəsi üzrə  qazandığı uğurlara görə  2014-cü ildə "Öyrən, idarə et, lider ol" mükafatlarına layiq görülüb.

 

Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.