Arzusu Bakı Musiqi
Akademiyasına daxil
olmaqdır
Aysel
Əlizadə gözdən
əlil uşaqlar üçün 38 nömrəli
onbirillik musiqi məktəbində xanəndəlik
ixtisası üzrə
təhsil alır. 2007-ci ildə Türkiyədə
keçirilən uşaq
mahnı müsabiqəsinin laureatı
olan Ayselin uğurları bir-birinin ardınca təkrarlanıb.
O, həmin il əlillərin IV Ümumrespublika
festivalının qalibi olaraq diplomla, 2009-cu ildə isə əlillərin
VI Ümumrespublika yaradıcılıq baxış müsabiqəsinin təşəkkürnaməsi
ilə, eyni zamanda estetik tərbiyə üzrə respublika tədris metodik mərkəzində keçirilən
müsabiqənin
diplomu ilə təltif olunub.
Öz
üzərində səylə
çalışan istedadlı
yeniyetmənin müsabiqə
və festivallarda qazandığı nailiyyətlər
bununla bitmir. Aysel 2010-cu ildə Çingiz Mustafayev adına Uşaq
və Gənclər Yaradıcılıq Mərkəzində
keçirilən dram, əlil
uşaqlar arasında təşkil olunan mahnı müsabiqələrinin
qalibi olub. 2014-cü ildə isə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
keçirilən "İstedadlı
uşaqlar festivalı"nın qalibi olaraq diploma layiq görülüb. Müxtəlif vaxtlarda telekanallarda
ifaları maraqla qarşılanıb.
Hazırda
o, X sinifdə oxumaqla bərabər musiqi təhsilini də davam etdirir. Arzusu gələcəkdə
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmaqdır.
Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.