Azərbaycan məktəbliləri beynəlxalq

olimpiadada 3 medal qazanıblar

   

"İstək" liseyinin şagirdləri bu uğura imza atıblar

 

Azərbaycanı  müxtəlif  beynəlxalq  bilik yarışlarında təmsil edən məktəblilərimizin hər dəfə medallarla Vətənə dönmələri  sevindirici  haldır. 

Azərbaycan təhsilinin yetirmələrinin sədası bu dəfə Qazaxıstandan gəldi. Məktəblilərimiz  Qazaxıstanın Almatı şəhərində riyaziyyat, fizika informatika fənləri üzrə istedadlı şagirdlər arasında keçirilən  XI Beynəlxalq Jautıkov Olimpiadasında yüksək nəticələr əldə ediblər.  Qazaxıstanın Elm Təhsil Nazirliyi, Almatı  fizika-riyaziyyat təmayüllü  "İstedadlar" liseyi, istedadlı uşaqlar üçün "Darın" Elm Mərkəzi tərəfindən təşkil olunan olimpiadada 15 ölkədən 58  komanda iştirak edib. Görkəmli qazax riyaziyyatçı alimi, akademik Orımbek Jautıkovun xatirəsinə  həsr olunmuş olimpiadada  Azərbaycan 19 nəfərdən ibarət 3 komanda ilə təmsil olunub. Avropa, Asiya postsovet məkanı ölkələrindən 400-dək şagirdin iştirak etdiyi  bilik yarışında  milli komandalar riyaziyyat, fizika informatika  fənləri üzrə yarışıblar. 

Azərbaycan məktəbliləri  riyaziyyat fizika fənləri üzrə uğurlu nəticələr göstəriblər.  Riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı "İstək" liseyinin X sinif şagirdi Məhəmməd Şirinov II yeri tutaraq gümüş,  Quba "İstək" liseyinin X sinif şagirdi Tahir Nadirov III yeri tutaraq bürünc, fizika fənni üzrə olimpiadada Quba  "İstək"  liseyinin  IX sinif şagirdi Səbuhi Mikayılov  III yerə çıxaraq bürünc  medala  layiq  görülüblər.  Gəlin, medalçılarla yaxından tanış olaq.

 

"İki imtahanın nəticəsinə görə

gümüş medala layiq görüldüm"

 

Məhəmməd Şirinov,

Bakıdakı "İstək" liseyinin

X sinif şagirdi

1999-cu  ildə  Bakıda  anadan olub.  I-IV sinifləri  286 nömrəli tam  orta məktəbdə,  V-VI   sinifləri  Bakı  Dövlət  Universitetinin  nəzdindəki  "Gənc istedadlar"  liseyində  oxuyub.   Hazırda Bakıdakı  "İstək" liseyinin X sinfində təhsil alır.  Ölkəmizi dünyada keçirilən bilik yarışlarında layiqincə təmsil edən M.Şirinov istedadlı perspektivli şagirdlərimizdəndir.  2013-  ilin  iyun  ayında 17-ci  Balkan  Riyaziyyat Olimpiadasında  gümüş medal qazanıb.  2014-cü ildə  Respublika  Riyaziyyat  Olimpiadasında  1-ci yeri tutub.  2014-cü ilin  yanvarında Qazaxıstanda     mayda  Bolqarıstanda  beynəlxalq  olimpiadalarda iştirak edib. Yeniyetmələr arasında  18-ci  Balkan  Riyaziyyat  Olimpiadasından isə  Vətənə qızıl medalla qayıdıb.  M.Şirinov  bizimlə  söhbətində Qazaxıstanda keçirilən son yarış barədə təəssüratlarını bölüşdü:

- Yarış yanvarın 11-19-da keçirildi. Azərbaycan komandası 19 nəfərdən ibarət idi.  4 müəllim 15 şagirddən ibarət komandamız  fizika, riyaziyyat informatika fənlərindən bilik yarışmasına ciddi hazırlaşmışdı.  Bizi  olimpiadada  müəllimlərimiz  Anar Fərmanov, Elvin Məmmədov, Rəşadət Qədməliyev, Yusuf Çetin  müşayiət edirdi. Əsasən  IX X sinif şagirdlərindən ibarət komandanın tərkibi bir  ay əvvəl keçirilmiş imtahan nəticəsində müəyyən olunmuşdu.   Olimpiadada 15 ölkədən 60-a yaxın komanda 400-ə yaxın məktəbli iştirak edirdi. Yarışma iki gün keçirildi riyaziyyat fənnində hər gün 3 sual üçün 4.5 saat vaxt verilmişdi. Riyaziyyat fənnindən komandada 6 nəfər idik. İlk imtahandan sonra hamımızın əhvalı yaxşı idi, çünki hamı 3 sualdan 2-ni həll etmişdi. İkinci gün imtahan  sualları  nisbətən çətin olduğundan uşaqların çoxu  bal ala bilmədi. İki imtahandan sonra nəticələr artıq təxmini bilinirdi.  İki imtahanın nəticəsinə görə 42 mümkün baldan 16-nı toplayaraq gümüş medala layiq görüldüm.  Yarışlardan  sonra  digər ölkələrdən olan yaşıdlarımla ünsiyyət qurduq, maraqlı görüşlər keçirdik.  Olimpiada ilə bağlı təəssüratlarımı ailəm dostlarımla bölüşmək üçün evə qayıtmağı səbirsizliklə gözləyirdim.

 

"Növbəti olimpiadalarda da

Azərbaycanı layiqincə təmsil edəcəyəm"

 

Səbuhi Mikayılov,  

Quba "İstək" liseyinin IX sinif şagirdi

Səbuhi Vasif oglu  Mikayilov 1999-cu il oktyabrın 25-də  Kürdəmir  rayonu Şiximli kəndində  anadan olub.  2006-cı ildə  Bakı şəhərindəki 37 nömrəli tam orta məktəbin I sinfinə  daxil olub. 2012-ci ildən təhsilini Quba  "İstək" liseyində davam etdirir.

-  Orta məktəbdə fizika riyaziyyata daha çox maraq göstərmişəm.  Artıq  VII  sinfin 2-ci yarısından  fizika olimpiadasına hazırlaşmağa başladım. IX  sinifdə  Jautıkov olimpiada seçimlərinə  qatılaraq Azərbaycan komandasına üzv oldum.  Artıq Qazaxıstanda  keçirilən ilk bilik yarışında III yeri qazanaraq  bürünc medala layiq görüldüm. İnanıram ki, növbəti olimpiadalarda da Azərbaycanı  layiqincə  təmsil edəcəyəm. 

Medalçılarımıza növbəti  bilik yarışlarında  daha  yüksək zirvələr fəth etməyi arzulayırıq.

  

"İlk olimpiadada medal

aldığıma görə çox  sevindim"

 

Tahir Nadirov,

Quba "İstək" liseyinin X sinif şagirdi

Tahir Müşfiq oğlu    Nadirov 1998-ci il yanvarın  3-də Qusar rayonu Həsənqala kəndində anadan olub.  2004-cü ildə Həsənqala kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub.  2011-ci ildə Quba "İstək" liseyinə qəbul imtahanında 4-cü yeri tutaraq  bu təhsil ocağına daxil olub. 

- VII  sinfin ikinci yarısında valideynlərimin məsləhəti ilə  riyaziyyat olimpiadasına hazırlaşmağa başladım. Olimpiada seçmə imtahanlarında müvəffəqiyyət qazandığıma görə IX  sinifdə Bakı "İstək" liseyinin olimpiada hazırlıq mərkəzinə çağırıldım.  Bir  il yarım ərzində olimpiadaya hazırlaşmağa davam etdim. X  sinifdə Jautıkov olimpiada seçimlərinə qatılaraq  komandaya qəbul olundum.  İlk yarışda bürünc medalla təltif olundum. İstirak etdiyim ilk olimpiadadan medal aldığıma görə çox  sevindim. İnanıram ki,  növbəti olimpiadalarda da uğurlar qazanacaq   Azərbaycanı  layiqincə  təmsil edəcəyəm.

      

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2015.- 31 yanvar.- S.1; 5.