Məktəb
direktorları Prezidentin
sərəncamından
razılıq edirlər
Müəllimə qayğının
daha bir nümunəsi
Azərbaycanın iqtisadi və sosial həyatı
son illər durmadan inkişaf edir. Ölkə Prezidentinin
dəstəyi və səyləri nəticəsində
respublikanın hər yerində geniş
abadlıq və quruculuq işləri
aparılır. Son illər ölkəmizin sürətli tərəqqisinə,
aparılan iqtisadi islahatların uğurla nəticələnməsinə
yönəlmiş tədbirlərin, nəhəng layihələrin
həyata keçirilməsi sayəsində bütün
sahələrdə ciddi uğurlar
əldə edilib. Təhsilin inkişafına göstərilən
dövlət qayğısı da göz qabağındadır. Möhtərəm
Prezidentimizin
30 sentyabr 2014-cü il tarixli sərəncamları
ilə 60 müəllimə
"Əməkdar müəllim" fəxri adı, 60 müəllimə isə "Tərəqqi"
medalı verilib. 17 dekabr
2014-cü il tarixdə "Ən yaxşı müəllim"
müsabiqəsində müvəffəqiyyət
qazandıqlarına görə respublikanın 100 müəllimi 5000 (beş min) manat
məbləğində birdəfəlik pul
mükafatı ilə mükafatlandırılıb.
Ölkə
başçısının bu il yanvarın 16-da imzaladığı
sərəncamla dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin əməkhaqqının 2 dəfə artırılması
isə bu diqqət və
qayğının
növbəti bir təzahürü oldu. Möhtərəm Prezidentimiz müəllimlərin sosial vəziyyətinin və güzəranının
yaxşılaşdırılması ilə bağlı
imzaladığı həmin sərəncamla bir daha sübut etdi ki, Azərbaycan təhsilinin,
Azərbaycan müəlliminin ən böyük
himayədarıdır. Təhsilimizə və Azərbaycan
müəlliminə diqqət və qayğısına görə
Azərbaycan Respublikasının Prezidentinə təşəkkür dolu minnətdarlığımızı bildiririk. Dünya iqtisadiyyatının hazırda böhran
vəziyyətində olduğu, neftin qiymətinin
düşdüyü və
respublikanın I Avropa
Oyunlarına hazırlaşdığı bir şəraitdə
ölkə başçısı tərəfindən
atılmış bu addım hər cür alqışa layiqdir. Əməyimizə verilən
yüksək qiymətin müqabilində biz
də çaışacağıq ki, bu etimadı yeni-yeni nailiyyətlərimizlə
doğruldaq.
Gülşən ORUCOVA,
Bakı şəhəri 6 nömrəli
məktəb-liseyin direktoru
Pedaqoji kollektivimiz
əməkhaqqı
artımını böyük rəğbətlə qarşılayıb
Dövlətimizin gələcəyi
bu gün parta arxasında oturan məsum,
qayğısız, hələ varlığının vacibliyini tam dərk etməyən
şagirdlərdən asılıdır. Həmin şagirdləri
bir vətəndaş, vətənpərvər,
Azərbaycanın gələcəyi kimi yetişdirən isə məhz müəllimlərdir.
Respublikamızda müəllim zəhməti daim
yüksək qiymətləndirilmiş və müəllim cəmiyyətin
aparıcı qüvvəsi olmuşdur. Cəmiyyətimizdə
baş verən bütün
həyati məsələlərdə müəllim birinci olaraq öz sözünü demiş, xalqın önündə getmişdir. Bu baxımdan,
bu gün dövlətimizin
siyasi xəttinin əsas prioritet
məsələlərindən biri də
təhsil və elmdir. Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevin böyük uzaqgörənliklə
dediyi "Biz maddi dəyərlərimizi, iqtisadi
potensialımızı insan kapitalına
çevirməliyik" fikri buna bariz nümunədir.
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
Cəmiyyət təhsilsiz inkişaf edə
bilməz. Bütün dövrlərdə
olduğu kimi bu gün də cəmiyyətin
inkişafı təhsilin inkişaf səviyyəsi
ilə birbaşa əlaqədardır. Təhsilin
aparıcı qüvvəsi isə müəllimdir. Odur ki, ulu
öndərimiz çox gözəl deyib: "Bizim hər birimiz elmi dərəcəmizdən,
biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə
görə məktəbə, müəllimimizə borcluyuq". Ulu öndərin siyasətini bu gün layiqincə həyata keçirən
ölkə Prezidenti cənab İlham Əliyev daim
müəllimlərin qayğısına qalaraq
onların maddi durumlarının daha da
yaxşılaşdırılmasını diqqət mərkəzində
saxlayır. Ölkə başçısının
"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin dərs yükünün
və əməkhaqqının artırılması
haqqında" imzaladığı
2015-ci il 16 yanvar
tarixli sərəncamı ilə müəllimlərin həftəlik dərs yükü normasının 1.5 dəfə,
aylıq vəzifə maaşlarının orta
hesabla 2 dəfə artırılması bu şərəfli peşə sahiblərinin dövlətin diqqət mərkəzində
olduğunu bir daha aşkarladı.
Əgər
ümummilli liderimiz
Heydər Əliyev "Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun
kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə,
müəllimə kömək etməlidir" - demişdirsə,
bu gün Prezident İlham Əliyev
həmin mövqeyi davam
və inkişaf etdirərək deyir: "Azərbaycanın
dövlət büdcəsində təhsil xərcləri hərbi
xərclərdən sonra ikinci
yerdədir. Əgər ölkəmiz müharibə şəraitində
olmasaydı, təhsil xərcləri birinci
yerdə olardı".
Təhsil
işçilərinin vəzifə maaşlarının
artırılması ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ümummilli
liderimiz Heydər Əliyevin adını
daşıyan liseyin pedaqoji
kollektivi tərəfindən böyük rəğbətlə
qarşılandı. Bu münasibətlə
təşkil olunan tədbirdə kollektivimiz müəllimlərə göstərilən dövlət
qayğısından məmnun olduğunu
söylədi, bu diqqət və
qayğıya görə ölkə Prezidentinə minnətdarlığını
bildirdi, bu
qayğıya öz əməli işləri
ilə cavab verəcəyini
vurğuladı.
Fikrət
XƏLİLOV,
Bakı
şəhəri Heydər
Əliyev adına
liseyin
direktoru, əməkdar müəllim
Bu
inam və etibarı öz işimizlə
doğrultmağa
çalışacağıq
Təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının həyata keçirilməsindən irəli gələn vəzifələrin
həlli bu gün dövlətimizin, təhsil sistemimizin
qarşısında duran əsas məsələlərdəndir. Dövlət Strategiyasının əsas
istiqamətlərinin həyata keçirilməsi ilə
bağlı son dövrlər bir sıra qərarlar qəbul olunub
ki, bunların da
içərisində möhtərəm Prezidentimizin bu il yanvarın 16-da
imzaladığı "Dövlət ümumi
təhsil müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin dərs yükünün
və əməkhaqqının artırılması
haqqında" sərəncamı xüsusi
əhəmiyyət kəsb edir.
Dünyada baş verən
proseslər nəticəsində yaranmış əlverişsiz
şəraitdə Prezidentin belə bir sərəncam imzalaması dövlət
başçısının
müəllimlərə göstərdiyi diqqət və
qayğının, daim sadə insanların rifahı haqqında
düşünməsinin bariz nümunəsidir. Bununla yanaşı, sərəncam həm də müəllimlərin
biliyinə və səriştəsinə görə əməkhaqqı
sisteminin müəyyənləşdirilməsi
ilə bağlı Dövlət Strategiyasında yer almış hədəflərdən birinin həyata keçirilməsi
yönündə atılan mühüm bir addımdır. Biz
müəllimlərin maddi şəraitini
yaxşılaşdırmaq məqsədi ilə verilən bu qərara görə dövlətimizin
başçısına dərin minnətdarlığımızı
bildiririk. Sərəncama əsasən liseyimizin müəllimlərinin böyük əksəriyyətinin əməkhaqqısı
artacaq.
Fikrimcə, bu sərəncam həm də diaqnostik qiymətləndirməyə
cəlb olunmamış region müəllimlərinin
də təkmilləşmək üçün
səy göstərəcəyinə stimul
olacaq. Bu da öz növbəsində
təhsilin keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəkdir.
Bütün təhsil işçiləri kimi "Zəkalar" liseyinin
kollektivi də
təhsil sistemində gedən sürətli inkişafı
ölkəmizin nüfuzunun artması üçün əsas göstərici kimi qəbul edir, təhsilə,
xüsusilə müəllimlik peşəsinə cavan, peşəkar, səriştəli
kadrların cəlb olunacağına inanır və ölkə Prezidentinin
diqqətinə cavab olaraq
daha yaxşı işləməyə və təhsildə keyfiyyətin
artırılmasına çalışacağına söz verir.
Aygün ƏHMƏDLİ,
Bakı şəhəri 287 nömrəli
"Zəkalar" liseyinin direktoru,
əməkdar
müəllim, biologiya üzrə fəlsəfə doktoru
Müəllim ordusuna
verilən yüksək dəyər
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar
2015-ci il tarixdə "Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin dərs yükünün
və əməkhaqqının artırılması
haqqında" imzaladığı
sərəncamın məktəblərin hazırkı durumuna böyük təsirini
gözləyirəm. Sərəncam dövlət
başçısı tərəfindən müəllim ordusuna yüksək dəyər verilməsi
deməkdir. Amma biz, təhsil işçiləri, başa düşməliyik ki,
bu yalnız dəyər deyil,
həmçinin böyük bir etimad və müvafiq olaraq, böyük məsuliyyətdir. Sərəncama
görə, müəllimlərin maddi
şəraitinin yaxşılaşdırılması və dərs
yükünün artırılması məhz
sınaq qiymətləndirmədə qənaətbəxş
nəticə göstərən müəllimlər üçün nəzərdə tutulub. İşinə məsuliyyətlə yanaşan müəllim həm maddi, həm mənəvi cəhətdən fərqləndirildi.
Bir məktəb direktoru
kimi, mənim üçün
ən mühum cəhət məhz budur. Müəllimlərin peşəkarlığı
daim dəyərləndirilməlidir,
keyfiyyətli və məsuliyyətli iş
ön plana çəkilməlidir,
digərləri bu işdən nümunələr
götürməlidir. Bu bizim
sistemimizdə ilk presedentdir:
yaxşıya dorğu irəliləmək
üçün motivasiya
məhz iş yerində
yaradılmalıdır və həm maddi,
həm də mənəvi aspektləri əhatə etməlidir.
Haqqında
danışdığımız sərəncam böyük və geniş
əhatəli işin
başlanğıcıdır. Mən ümidvaram
ki, bizim məktəblərimiz
və müəllimlərimiz bu böyük işdə məsuliyyətlərini
dərk edəcək və daha yüksək
nəticə göstərmək üçün
çalışacaqlar.
Yuliya KƏRİMOVA,
Bakı şəhəri 23 nömrəli
tam orta məktəbin direktoru
Azərbaycan
müəllimi.- 2015.- 31 yanvar.- S.4.