Ağstafada Əliağa Şıxlinskinin
150 illik yubileyi qeyd
edilib
General-leytenantın keçdiyi yol gənc nəsil üçün örnəkdir
Ağstafa Rayon Təhsil Şöbəsinin
aparıcı məsləhətçisi Əli Əliyevdən aldığımız məktubda bildirilir ki, Ağstafa
şəhər A.Abdullayev adına 2
nömrəli tam orta
məktəbdə məşhur Azərbaycan sərkərdəsi,
artilleriya general-leytenantı Əliağa
Şıxlinskinin anadan olmasının 150
illik yubileyi qeyd edilib. Rayon təhsil
şöbəsi nümayəndələrinin, şagird və
valideynlərin iştirak etdiyi
tədbiri giriş sözü
ilə məktəbin direktoru Vəfa
Tağıyeva açaraq Azərbaycan
xalqının iftixarı olan
Əliağa Şıxlinski haqqında məlumat verib.
Bildirilib ki,
Ə.Şıxlinskinin aldığı hərbi təhsil, tərbiyə,
orduda xidməti, şanlı döyüş fəaliyyəti və keçdiyi yol gənc nəsil
üçün örnəkdir.
Təhsil
şöbəsinin aparıcı məsləhətçisi Ə.Əliyev görkəmli şəxsiyyətin
topçuluqda,
xüsusilə rus-yapon və dünya
müharibələrində keçdiyi
şanlı xidmət yolu, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi nazirin müavini kimi milli ordunun
yaradılması və formalaşdırılmasında səmərəli fəaliyyəti
haqqında danışıb.
Məktəbin tarix müəllimi Afaq Rəhimovanın
hazırladığı tədbirdə Gülşən, Aytac,
Fatimə, Zaur və digər şagirdlər
Azərbaycanın hərb sənəti barəsində və general-leytenant Əliağa
Şıxlinskinin hərbi xidmətlərindən
danışıblar.
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin hərb tariximizə dair
fikirlərini və Prezident İlham
Əliyevin rəhbərliyi altında ordu quruculuğuna dair fraqmentləri
əks etdirən geniş videoçarx
tədbir iştirakçılarına nümayiş etdirilib.
Azərbaycan müəllimi.- 2015.-
31 yanvar.- S.9.