Avropa çempionatının
15 yaşlı
qızıl medalçısı
Son illər Azərbaycan gənclərinin müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatı, Avropa kuboku, beynəlxalq turnir və olimpiya yarışlarında qələbələr qazanmaları ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərir. Ölkəmizdə idmanın digər sahələrində olduğu kimi, qaydasız döyüş növü üzrə də güclü idmançılar yetişir. Bu idmançılardan biri də Bakıdakı 175 nömrəli tam orta məktəbin X sinif şagirdi Kamran Qəmbərovdur. Kamran 23 sentyabr 1999-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından idmana böyük sevgisi olan, yaşıdlarından həmişə qeyri-adi istedadı ilə fərqlənən Kamran 9 yaşından müxtəlif idman növləri ilə məşğul olub. O, daha çox "Pankration (Qaydasız döyüş)" idman növünə üstünlük verib. Tanınmış idmançı Aqşin Babayevdən bu idman növünün sirlərini öyrənməyə başlayıb. Əvvəlcə ölkədaxili yarışlarda iştirak edən və qələbələr qazanan Kamran sonradan beynəlxalq yarışlara və çempionatlara da qatılıb və yüksək yerlər tutub. Ən böyük uğuru isə ötən il iyun ayının 27-də Rumıniyanın paytaxtı Buxarest şəhərində 15-ə yaxın ölkənin idmançılarının iştirakı ilə keçirilən Avropa çempionatında 47 kq çəki dərəcəsində I yerin sahibi olmasıdır. Gənc idmançı qazanmış olduğu bütün qələbələrinin, nailiyyətlərinin onu öyrədən, təlim-tərbiyəsi ilə məşğul olan Aqşin müəllimin zəhməti hesabına başa gəldiyini söyləyir. Bütün bunları Kamranın dilindən eşidəndən sonra ona bir neçə sual da verirəm.
- Kamran Qəmbərovun bu idman növünə
həvəsi haradan yaranıb?
- Ailəmizdə hamı
idmanı çox sevir.
Məhəlləmizdə yaradılan
mini-futbol
meydançasında futbol
oynayırdım, qaçırdım, turniklə məşğul olurdum. İdmana sevgi elə bilin mənim qanımdan, canımdan yaranıb.
Hələ balaca yaşlarımdan ən böyük arzularımdan biri
tanınmış, güclü və təcrübəli
bir idmançı olmaq
idi. Bu yolu qarşıma məqsəd
kimi qoymuşam. Valideynlərimin dediyinə görə, babamın
atası da güclü
idmançı imiş. O, əsl pəhləvan
olub. Qonşu uşaqlar idmanla məşğul olduğumu və
idmana olan sevgimi görüb mənə dedilər ki, gəl
səni də özümüzlə idmana aparaq. Mən uşaqlarla getdim və
uşaqların məşğul olduğu idman növünü seçdim. Aqşin müəllim məni
qəbul etdi
və bütün
yay tətilini demək
olar ki, idmanla məşğul oldum.
- Bu
idman növünü
seçməkdə və davam etdirməkdə məqsədiniz nədir?
-
Möhtərəm Prezidentimiz İlham
Əliyev ölkəmizdə idmana böyük diqqət və qayğı
göstərir. Ölkəmiz başqa sahələrlə
yanaşı, idman sahəsində də
sürətlə inkişaf edir. İdman, onunla məşğul olan
hər kəsə özünü, kimliyini,
vətənini dünyanın hər yerində tanıtdıran sahədir. Mən də bu idman növü ilə ölkəmizi beynəlxalq arenalarda tanıtmaq və Vətənimizə layiqli idmançı olmaq
istəyirəm. Gələcək arzularımdan
biri də odur ki, orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman
Akademiyasına daxil olum
və ali təhsil aldıqdan sonra müəllimlərim kimi ölkəmizdə gənc
idmançılar yetişdirim. İndi bütün məktəblərdə uşaqların çoxu idmanla məşğul olur. Məktəbimizə
gəldikdə isə bizim fizika müəllimimiz həm də məktəbimizin direktorudur. O, həmişə
şagirdlərə idmanın müsbət təsirləri barədə
məlumat verir. Şagirdlərə dərslərini
yaxşı oxumaları ilə yanaşı, idmanı da çox sevməyi
tövsiyə edir. Mən müəllimlərimi çox istəyirəm. Həm məktəb
müəllimlərim, həm idman müəllimim
çox layiqli vətənpərvər insanlardır. Mən onlara daim minnətdaram.
Bəs görəsən,
idmançı kimi nailiyyətləri olan Kamranın təhsili ilə bağlı vəziyyət
necədir? Onun müəllimi, həm də 175 nömrəli tam orta məktəbin direktoru Qələndər Qələndərova
bu sualla müraciət
etdik.
-
Əvvəlcə bir şeyi vurğulamaq
istərdim ki,
ötən əsrin sonlarında öz
müstəqilliyini bərpa etmiş müasir Azərbaycanın
hər sahədə inkişafı göz
qabağındadır. Ölkəmizdə sosial-iqtisadi
həyatın bir çox
sahələrini əhatə edən tərəqqi
tendensiyası idman sahəsindən də yan keçmir. Prezident İlham Əliyev idmançıların uğur qazanması üçün
mümkün olan hər
bir şərait yaratmışdır.
Respublikamızın ayrı-ayrı bölgələrində olimpiya kompleksləri istifadəyə verilmiş, yeni-yeni idman klubları və
cəmiyyətləri yaradılmışdır.
Azərbaycan
idmançıları idmanın müxtəlif növləri üzrə Avropa
birinciliklərində, dünya
çempionatlarında, digər beynəlxalq idman
yarışlarında iştirak edib böyük uğurlar qazanmışlar. Bu
ənənə bu gün
də uğurla davam etdirilir. Məktəbimizin
10-cu sinif şagirdi Kamran Qəmbərov da bu ənənələrə əməl edən
idmançılardandır. O,
nizam-intizamı, özünü
aparmağı, böyüyə-kiçiyə hörməti
ilə məktəbin nümunəvi şagirdləri
sırasındadır. İdmanda əldə etdiyi
nailiyyətlərlə yanaşı dərslərini də
yaxşı oxuyur. Zəhməti sevən,
yaşının az olmasına baxmayaraq atdığı addımlara
böyüklər kimi nəzarət edən
şagirddir. İnanıram ki, o, Vətənimizə,
xalqımıza layiqli bir vətəndaş
və idmançı kimi tanınacaq. Ona bu işində uğurlar arzulayıram.
Azərbaycan
müəllimi.- 2015.- 31 yanvar.- S.13.