Şahmat üzrə Azərbaycan çempionu
Bakının "Central" Park hotelində
şahmat üzrə qadınlar
arasında keçirilən Azərbaycan çempionatı beynəlxalq
dərəsəli qrossmeyster Zeynəb Məmmədyarovanın
inamlı qələbəsi ilə başa
çatıb.
Azərbaycan
Şahmat Federasiyasının məlumatına
görə, respublikamızın ən güclü
20 qadın şahmatçısının qələbə uğrunda mübarizə apardığı
yarışda Z.Məmmədyarova 9 oyundan
7 xal toplayaraq növbəti
dəfə Azərbaycan çempionu
adına layiq görülüb. Zeynəb Məmmədyarova bu titulu ilk
dəfə 2001-ci ildə qazana bilmiş, 2007-ci ildə isə bir
daha Azərbaycanın ən güclü qadın şahmatçısı
olduğunu sübut etmişdir.
Rauf Hacılının baş
hakim olduğu,
İsveçrə sistemi üzrə
keçirilən respublika
çempionatında hər biri 6 xal toplamış gənc
şahmatçılar Nərmin Kazımova 2-ci, Nərmin Məmmədova
isə 3-cü yeri tutublar.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti
Faiq Həsənov respublika
çempionatının qaliblərini federasiya
adından medallarla təltif edib, onlara turnirin
mükafatlarını verib.
Yarışı uğurla başa vuraraq, 2015-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə
qazanmış qalib üçlük
həm də Azərbaycanın Gənclər və İdman Nazirliyinin xüsusi diplomları ilə təltif olunublar.
Azərbaycan şahmat məktəbinin tanınmış
qadın nümayəndəsi, Avropa və
dünya çempionu
Zeynəb Məmmədyarova Sumqayıtın məşhur
şahmatçılar ailəsinin - Məmmədyarovlar ailəsinin
üzvüdür. O, şahmatla hələ 10 yaşında ikən
atası Həbib müəllimin rəhbərliyi ilə məşğul
olmağa başlamış, ilk dəfə 2000-ci ildə 18 yaşlı
qızlar arasında İspaniyada keçirilən
dünya çempionatında bütün rəqiblərinə qalib gələrək yaşıdları
arasında dünyanın ən güclü
şahmatçısı olduğunu sübut edib. Həmin il eyni zamanda
Beynəlxalq Şahmat Olimpiadasının gümüş medalına layiq
görülüb. 2002-ci ildə 20
yaşadək şahmatçı qızlar arasında
keçirilən Avropa
çempionatının qızıl medalını qazanmağa nail olub.
Z.Məmmədyarova daha sonra Beynəlxalq Şahmat Olimpiadasının qalibi
kimi də diqqəti cəlb etmişdir.
Məlum olduğu kimi, Zeynəbin
qardaşı Şəhriyar və kiçik
bacısı Türkan da
beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar və bir
çox beynəlxalq yarışların,
turnirlərin qalibləridirlər.
Zeynəb Məmmədyarova
hazırda Azərbaycanın şahmat
üzrə qadınlardan ibarət milli
yığma komandasının kapitanıdır.
Azərbaycan müəllimi.- 2015.- 31 yanvar.- S.13.