İnsan, heyvan, bitki

 

Görüşüb söhbət etdi

Üç dost şən mehriban.

Bir sərçə, bir al lalə,

Bir balaca oğlan.

 

Səyahət etmək üçün

Bitkilər aləminə.

Oğlanı dəvət etdi

Sərçə ilə evinə.

 

Yamyaşıl çəmənlikdə

Əlvan güllər açılmış.

Günəşin şüaları

Üzlərinə saçılmış.

 

Mənim rəfiqələrim

Bir-birindən gözəldir.

Məskənimiz bu yerlər,

Gördüyünüz çəməndir.

 

Bəzəyirik çəməni,

Güc alırıq günəşdən.

Müxtəlif rəng dondayıq

Bənövşə, zanbaq mən.

 

Bax, bu bizim bostandır,

istəsən varıdır.

Çuğundur, kök kələm,

Tərəvəzlər şahıdır.

 

Meyvə vitamin demək,

Torpaqdan bol su içir.

Hər gün meyvələr yemək,

Yaxşı iştah gətirir.

 

Ləpələnir sapsarı,

Qızıl buğda zəmisi.

Elə bil ki dəryada

Üzür sünbül gəmisi.

 

Biz torpağa bağlıyıq,

Torpaq bizi yaradıb.

Ondan qidalanırıq

Qayğımıza o qalır.

 

Budaqlardan sallanır,

Armud, heyva, nar, alma.

Bizim meyvə bağında

Gəl gəz, kənarda qalma.

 

Təravətli, dadlıyıq

Hər birimiz ayrıca.

Gün vurub allanmışıq

Sulanmışıq bolluca.

 

Bir nəfəs al dərindən,

Ciyərlərin saf olsun.

Meşə o vaxt gözəldir

Ağacları sıx olsun.

 

Bu bir yaşıl meşədir

Qədim ağacları var.

Heyvanların evidir.

Şiri, canavarı var.

 

Yer üzündə biz çoxuq,

Həşərat, ilan, balıq.

Ağaclar, göbələklər,

Güllər, quşlar, ot kolluq.

 

Ancaq bizi yaşadan

Əsas sudur, havadır.

İsti Günəş havada

Bir qara torpaqdır.

 

Təbiətdən yarandıq.

Dost olduq biz odur ki.

Heç zaman ayrılmarıq

İnsan, heyvan bitki.

 

Məsumə BƏDİRXANOVA,

Bakı Dövlət Universitetinin

jurnalistika fakültəsinin II kurs tələbəsi

 

Azərbaycan müəllimi.- 2016.- 9 yanvar.- S.12.