UNEC-də fikir sahibləri
- biliyi və
qabiliyyəti təsdiq olunan
alimlərdir
Təcrübə
göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil. Cənab Prezident İlham Əliyevin dəfələrlə
ifadə etdiyi kimi, əsas məqsəd bu sərvətlərin cəmiyyətin
hərəkətverici qüvvəsi
olan insan kapitalına çevrilməsini
təmin etməkdir. Hazırda
ABŞ, Yaponiya, İngiltərə,
Avstraliya, Türkiyə
və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox insan kapitalından böyük
gəlirlər əldə
etməyə üstünlük
verirlər.
Elmin inkişafı
Azərbaycanda dövlət
siyasətinin prioritetlərindən
sayılır və biliklərə əsaslanan
iqtisadiyyatı inkişaf
etdirmək məqsədilə
UNEC-də qəbul olunan strategiya xarakterli sənədlər,
onların əməli
icra olunması elmi üçbucağa -
“nəzəriyyə, ideologiya
və texnologiya”ya əsaslandığına görə
tədris və elmi sahədə məqsədyönlü inkişaf
əldə edilib.
Bu baxımdan Azərbaycan
Dövlət İqtisad
Universitetinin (UNEC) Elmi
Şurasının qərarı
ilə təsdiq olunan “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim
heyətinin xidməti
fəaliyyətinin qiymətləndirilməsinə
əsaslanan diferensial əməkhaqqı sisteminin
tətbiqi haqqında Qaydalar”ın icrasını
təmin etmək məqsədilə daimi Komissiya fəaliyyət göstərir. Diferensial əməkhaqqı sistemi
(DƏHS) UNEC-də tam ştat
və 0,5 ştat əvəzçiliklə
çalışan professor-müəllim heyətini əhatə edir. Sənədin tətbiq olunmasında
əsas prioritetlərdən
biri insan kapitalının inkişafı
və təhsildə keyfiyyətin artırılmasıdır.
UNEC tədris prosesini həyata keçirən ali məktəb
olmaqla yanaşı, həm də elmi araşdırmaları
fasiləsiz təşviq
edən mərkəzdir.
DƏHS professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinin
nəticələrinə əsaslanaraq
onların vəzifə
maaşlarına UNEC Elmi
Şurası tərəfindən
hər tədris ilinin əvvəlində müəyyən edilən
əmsallar üzrə
əlavələrin edilməsini
nəzərdə tutur. Professor-müəllim
heyətinin xidməti
fəaliyyətinin qiymətləndirilməsi
onların universitetdəki
fəaliyyətinin üç
əsas istiqaməti nəzərə alınmaqla
həyata keçirilir:
elmi fəaliyyətlər
40%, tədris fəaliyyətləri
40% və özünü
inkişaf fəaliyyətləri
20%.
Bu sistemin üstünlüklərindən
biri - araşdırma yolu ilə bilik
istehsal etmək və tədris yolu ilə savadlı
kadrlar yetişdirməkdir.
Sistemin motivasiya
funksiyası tələbələr
tərəfindən müəllimlərin
qiymətləndirilməsinə xidmət edir. Müəllimlər haqqında açıq informasiya məlumatı onları öz üzərində daha da məsuliyyətlə işləməyə və
dərsə daim hazırlıqlı gəlməyə
xidmət edir. Bu
funksiya ali
məktəbin rəhbərliyi
ilə müəllimlər
arasında bağlanacaq
müqaviləyə də
təsir göstərir.
DƏHS vasitəsilə ictimaiyyətin
bütün nümayəndələri,
o cümlədən dünyanın
istənilən məkanında
fəaliyyət göstərən
ali məktəb
və reytinq təşkilatları UNEC-in fakültə,
kafedralarının, eləcə
də ayrı-ayrı
professor-müəllim heyətinin
elmi-pedaqoji fəaliyyəti
haqqında faktlara söykənən sənədlərə
əsaslanan məlumatlar
əldə edə biləcəkdir. Bu məlumatlar əsasında,
ilk növbədə, universitet
rəhbərliyi professor-müəllim
heyətinin elmi fəaliyyətinə nəzarət
edə biləcək.
Fakültələrin, kafedraların, professor-müəllim
heyətinin reytinq göstəricilərinə görə
sıralanması, müəllimlərin
elmi nəşrləri
və onların ictimaiyyətə təsir
etmə gücü (impakt faktor), xarici ölkələrdə
nəşr olunan elmi məqalələrin sayı, professor-müəllim
heyətinin neçə
faizinin elmi-tədqiqat
işi ilə məşğul olması
barədə məlumatlar
da DƏHS-də öz əksini tapacaq. Bütün bu göstəricilər
pedaqoji heyətin müəyyən vəzifələrə
seçkisi və təyin olunması zamanı da nəzərə alına bilər.
Zahid MƏMMƏDOV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin professoru
Azərbaycan müəlllimi.-
2016.- 9 yanvar.- S.9.