Erməni vandalizmi tarix dərslərində

 

Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər...

 

Heydər ƏLİYEV,

ümummilli lider

 

1998-ci ildən 31 mart ölkəmizdə azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XIX-XX əsrlər tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 31 mart soyqırımının səbəbləri, nəticələr haqqında müasir tarix dərsliklərimizdə kifayət qədər mövzu vardır və mən bu mövzuları tədris edərkən şagirdlərə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlar haqqında geniş məlumat verirəm.

VIII sinifdə “Ümumi tarix” fənnindən “Avropa dövlətlərinin Osmanlı imperiyasını bölüşdürmək planları” mövzusunu tədris edərkən şagirdlərə bildirirəm ki, Şərqdə təsir dairəsini genişləndirmək, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVII əsrin sonu XVIII əsrin əvvəllərindən Türkiyə və İrana qarşı müharibə apararkən məhz “erməni kartı”ndan siyasi alət kimi yararlanmağa çalışmışdır. VIII siniflərdə “Türkmənçay müqaviləsi” mövzusunu tədris edərkən isə böyük güclərin əlində alət olan ermənilərin rus imperiyasının gələcəkdə də məkrli siyasətinin həyata keçirilməsi üçün XIX əsrin əvvəllərindən, Rusiya ilə İran arasında bağlanmış 1828-ci il Türkmənçay müqaviləsindən etibarən sistemli şəkildə vətənimizin ən gözəl, dilbər guşələrində yerləşdirilməyə başlanmasını xüsusilə vurğulayıram. Hələ bu vaxtlardan etibarən soydaşlarımız zorla dədə-baba torpaqlarından köçürülür, əsrlərlə xalqımıza məxsus torpaqlarda erməni millətindən olan insanlar yerləşdirilirdi. Məqsəd Osmanlı Türkiyəsi ilə Azərbaycan arasında “sanitar kordonuyaratmaq idi. Bu iki xalq arasında “etibarlı sədd” yaratmaq üçün satqınlıqları və etibarsızlıqları ilə yanaşı tarixən türklərə qarşı nifrətləri ilə məşhur olan ermənilərdən “münasib” millət tapmaq olmazdı.

IX siniflərdə “Azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri kütləvi qırğınlar. Milli demokratik hərəkat” mövzusunu keçərkən isə şagirdlərə bildirirəm ki, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.

V sinifdə “Mart soyqırımı”, eləcə də IX sinifdə “Şimali Azərbaycanda türk - müsəlman əhaliyə qarşı soyqırımları” mövzularını tədris edərkən isə şagirdlərə bildirirəm ki, 1918-ci il martın 31-dən aprelin 2-dək əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışlar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasını yandırmışlar. Martın 30-dan aprelin 2-dək davam edən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdir. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdur. Lənkəranda, Muğanda minlərlə soydaşımız qətlə yetirilmişdir. Ermənilər tərəfindən Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdılmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.

Yenə IX siniflərdə soyqırımı mövzusunu tədris edərkən şagirdlərə bildirirəm ki, S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdikbütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı qüvvələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə əbədi həkk olunmuşdur.

IX sinifdə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” mövzusunu tədris edərkən isə bildirirəm ki, Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Yenə IX sinifdə “Azərbaycanın ərazi bütövlüyünə yeni qəsdlər” mövzusunu tədris edərkən şagirdlərə bildirirəm ki, Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

IX sinifdə “Azərbaycan SSR müharibədən sonrakı onillikdə” mövzusunu tədris edərkən isə şagirdlərə bildirirəm ki, erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Hələ 1945-ci ildə onlar Moskvada A.Mikoyanın təşəbbüsü və rəhbərliyi ilə “Qarabağ komitəsi” yaratmışdılar ki, bundan da məqsəd nəyin bahasına olursa-olsun Qarabağı Azərbaycan SSR-dən qoparıb Ermənistan SSR-ə birləşdirmək idi. Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovuldular. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəz-olunma prosesi baş verirdi.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı. Həmin dövrlərdə yalnız SSRİ rəhbərliyinin gələcəkdə belə hadisələrin presedent halı almasından və zəncirvari reaksiya kimi digər sovet respublikalarını da bürüməsindən ehtiyat etdiyinə görə belə cəhdlərə qarşı çıxması Mikoyanona dəstək verənlərin cəhdlərinin nəticəsiz qalmasına səbəb oldu.

Yenə “Azərbaycan tarixi” fənnindən IX sinifdə “Yenidənqurma siyasətinin iflası” mövzusunu tədris edərkən şagirdlərə bildirirəm ki, ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi Ə.Vəzirov başda olmaqla vaxtında lazımi qiymət vermədi.

1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşun yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

IX sinifdə “Azərbaycan tarixi” fənnindən “Dövlət müstəqilliyinin bərpası” mövzusunu tədris edərkən şagirdlərimə bildirirəm ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətlərin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Bu - erməni faşızminin yalnız bir əsrdə törətdiyi vəhşiliklərin qisa icmaldır...

Yenə IX sinifdə “Azərbaycan tarixi” fənnindən “Şimali Azərbaycanda türk - müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunu tədris edərkən göstərirəm ki, 1918-ci il 31 mart-2 aprel tarixlərində xalqımızın başına gətirilmiş faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə daha geniş miqyasda yayılmasında, erməni millətçiliyinin üzünün ifşa olunmasında, onların vəhşiliyi haqqında dünya birliyində aydın təsəvvürün formalaşmasında ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli fərmanının da çox böyük rolu olmuşdur. Belə ki, bu fərmandan sonra ölkə miqyasında erməni faşistlərinin 99 il əvvəl xalqımızın başına gətirmiş olduqları müsibətlərin detallarının aşkar edilməsi istiqamətində bir çox əhəmiyyətli addımlar atıldı. Qubada aşkar edilmiş kütləvi məzarlıq da bu qəbildən görülən işlərə əyani misaldır. Belə ki, bura gələn bütün xarici qonaqlar bir daha erməni faşizminin vəhşiliyi ilə əyani şəkildə tanış olurlar.

Qeyd etmək yerinə düşərdi ki, Prezident İlham Əliyev 2011-ci ilin aprelində AMEA-da alimlərlə görüşü zamanı bununla bağlı aydın istiqamətlər müəyyənləşdirmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk növbədə, çox haqlı olaraq ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini tarixçi alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur:Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir”.

Erməni faşistlərinin xalqımızın başına gətirmiş olduqları müsibətlərin dünya miqyasında tanınmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq miqyasda keçirmiş olduqları ikitərəfli və çoxtərəfli görüşlərin, habelə müxtəlif tədbirlərin müstəsna dərəcədə böyük rolu olmuşdur.

Deməliyəm ki, biz tarix müəllimləri dərslərimizdə daim erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlər, faciələr haqqında şagirdlərimizə geniş məlumatlar verməli, onların vandalizminin xalqımızın tarixində oynadığı mənfi rol haqqında şagirdlərimizdə ətraflı təsəvvür yaratmalı, nəticə etibarı ilə yetişməkdə olan nəslin qəlbində düşmənlərimizə qarşı dərin nifrət hissi aşılamalıyıq.

 

İlqar ABDULLAYEV,

Bakı şəhəri, MLK-nın tarix müəllimi,

əməkdar müəllim, “Tərəqqi” medallı,

“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

 

Azərbaycan müəllimi.- 2017.- 1 aprel.- S.12.