AzMİU-da Vaqifin 300 illiyi
münasibəti ilə elmi seminar
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin
(AzMİU) Azərbaycan
dili və pedaqogika kafedrasının
və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin təşkilatçılığı
ilə “Molla Pənah Vaqif yaradıcılığının elmi nəzəri dərki” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda AMEA-nın müxbir üzvü,
professor Nizami Cəfərov,
AMEA-nın Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin
müdiri Tahirə Məmmədova, AzMİU-nun
professor-müəllim və
tələbə heyəti
iştirak edib.
AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov çıxış
edərək seminarın
işini açıq
elan edib. Prorektor
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi
haqqında 2017-ci il 12 yanvar tarixli sərəncamının
əhəmiyyətindən danışıb. A.Şərifov müzakirə olunacaq mövzunun aktuallığını
seminar iştirakçılarının diqqətinə çatdırıb.
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov görkəmli Azərbaycan
şairi M.P.Vaqifin zəngin yaradıcılığından
söz açıb.
O qeyd edib ki, Vaqif hər
zaman xalq dilində yazıb, xalqın ruhundan xəbər verən bir şair olub,
Qarabağın ictimai-siyasi
həyatında xüsusi
yer tutub.
AMEA-nın Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin
müdiri Tahirə Məmmədova qoyulan mövzuya diqqət çəkərək qeyd
edib ki, Vaqif yaradıcılığının
elmi-nəzəri dərkinə
ehtiyac duyulur. Sonra o, şairin
XVIII əsr Azərbaycan
ədəbiyyatına gətirdiyi
yeniliklərdən söz
açıb.
Azərbaycan dili və pedaqogika
kafedrasının müdiri,
dosent Salatın Əhmədova Vaqifin ədəbi irsindən bəhs edən məruzə ilə çıxış edib. O, Nizami
Cəfərovu Vaqifin
300 illik yubileyi münasibəti ilə yazdığı “Molla Pənah Vaqif” adlı kitabının çapdan çıxması
münasibəti ilə
təbrik edib.
Azərbaycan müəllimi.-
2017.- 29 aprel.- S.4.