Coğrafi biliklər turizmə
dair bacarıqlar formalaşdırır
Aprelin
27-də Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf
Mərkəzi AMEA-nın
akademik Həsən Əliyev adına
Coğrafiya İnstitutu
ilə birgə “Gənclərin turizm bacarığının formalaşmasında
coğrafi biliklərin
rolu” mövzusunda “dəyirmi masa” keçirib. Gənc nəsildə səyahət,
gəzinti, ekskursiyaya-turizmə
olan marağı genişləndirmək və
möhkəmləndirmək məqsədilə keçirilən
tədbiri Respublika Gənc Turistlər və Diyarşünaslıq
Mərkəzinin müdir
müavini Səlimə
Allahverdiyeva açaraq
müzakirə olunacaq
mövzu barədə
məlumat verib.
Sonra “Azərbaycan regionlarının
dayanıqlı inkişafında
turizm təsərrüfatının
əmək formalaşmasına
təsiri”, “Azərbaycana
gəlmə turizmi və onun problemləri”,
“Azərbaycanda turizmin
müasir inkişaf problemləri”, “Gənclərin
turizmdə rolu”, “Məktəbdənkənar və
sinifdənxaric işlərdə
uşaq və gənclərin formalaşmasında
coğrafiya fənninin
rolu”, “Turizmin davamlı inkişaf problemləri”, “Turizmin inkişafında coğrafiyanın
rolu”, “Kənd turizmi və onun Azərbaycanda inkişaf etdirilməsi yolları” mövzularında
məruzələr dinlənilib.
Vurğulanıb ki, turizm bütün
dünyada ən gəlirli sahələrdən
birinə, geniş və sürətlə inkişaf edən sektora çevrilib. Hər il minlərlə
insan səyahət həvəskarları şırasına
qoşulur və bu hərəkat getdikcə daha da genişlənir. Günümüzün tələblərinə uyğun olaraq bizi əhatə edən dünyanı öyrənən bütün
təbiət elmlərinə,
xüsusilə coğrafi
biliklərə sahib olmaq
zərurəti yaranıb.
Məktəb dövründə tədris olunan coğrafiya fənni ilə təməli qoyulan bu elmin
faydası gündəlik
həyatımızın hər
bir sahəsində özünü büruzə
verir. Azərbaycanda turizmin inkişafı
üçün mükəmməl
imkanlar mövcuddur və həmin imkanlardan kifayət qədər istifadə edilir.
Respublika
Uşaq-Gənclər İnkişaf
Mərkəzinin direktoru
Firuzə Sultanzadə
çıxışında ekologiya, turizm, diyarşünaslıq, yaradıcılıq
yönümlü uşaqlarla
işin təşkili
və layihələrə
cəlb olunması işinin genişləndirilməsini
təklif edib. Paytaxtın ümumtəhsil məktəblərində
coğrafiya fənnini
tədris edən müəllimlərin bu layihəyə qoşulmasının
vacibliyi vurğulanıb.
Sonda mövzu
ətrafında müəllimləri
maraqlandıran suallar cavablandırılıb.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2017.- 29 aprel.- S.10.