Sülhə məhəbbət, müharibəyə nifrət

 

Gənclər vətənpərvərlik ruhda tərbiyə olunurlar

 

Gənc nəslin vətənsevərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin vətənpərvərliyə dair əməli və nəzəri görüşləri əyani nümunədir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin “Dünyada ən şərəfli peşə vətəni, torpağı, dövləti qorumaq peşəsidir” müdrik kəlamı didaktik əhəmiyyət daşıyır.

 

Torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənsevərlik tərbiyəsinin düzgün təşkili aktuallıq kəsb edir. Respublikamızın ümumtəhsil, orta ixtisasali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır və bu imkanlardan geniş şəkildə istifadə olunur. Fənn müəllimləri ayrı-ayrı mövzuları keçərkən oradakı imkanlara yaradıcılıqla yanaşmalı, materialları tərbiyəvi baxımdan istiqamətləndirməlidir. Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması məsələsi xüsusilə pedaqogikada diqqət edilməlidir. Vətənsevərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənsevərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur:

Milli qəhrəmanların həyatı ilə bağlı fotostendlər yaratmaq, təşkilat və tədris ocaqları qarşısında onlara abidə ucaltmaq, adlarına turnirlər keçirmək, milli ordumuzun yaranması gününü məktəblərdə və müxtəlif təşkilatlarda təntənəli şəkildə qeyd etmək, gənclərin milli qəhrəmanlarla görüşlərini təşkil etmək vətənsevərlik tərbiyəsində yüksək əhəmiyyət kəsb edir. Eyni zamanda hərbi sərkərdələr haqqında oçerklərin verilməsi və kinofilmlərin nümayişi, xalqımızın qəhrəmanlarını tərənnüm edən sənədli filmlərin çəkilməsi, müharibədə həlak olmuş hərbçilərin ailələrinə, döyüş şöhrəti abidələrinə tələbələrin hamiliyini təşkil etmək də vətənpərvərlik tərbiyəsi baxımından faydalıdır.

Gənclərə izah etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri əsl mənada xalqın özüdür, gənclərin minlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən sarsılmaz qüvvədir.

Keçdiyim mövzudan asılı olaraq vətənsevərlik hissini tələbələrimə aşılamaq mənə bir müəllim kimi çox böyük qürur verir. Böyük iftixar hissi ilə öz fənnimi tədris edirəm. Motivasiyadan başlayaraq nəticə və ümumiləşdirməyə qədər çalışıram ki, tələbələrdə vətənsevərlik hissini gücləndirim.

Pedaqogika” fənnində vətənpərvərlik hissi ilə bağlı bir mövzudan dərs nümunəsini həmkarlarımla paylaşmağım düşünürəm ki, faydalı olar.

Mövzu: §15. “Vətənsevərliyin tərbiyəsi”.

Məqsəd:

1. Vətənsevərlik hisslərinin formalaşmasında rolu olan görkəmli şəxsiyyətləri tanımaq.

2. Vətən uğrunda şəhid olmuş əsgərlərin şəxsiyyəti haqqında hazırlanan təqdimatlar əsasında keçdikləri döyüş yollarına nəzər salınması.

Mühüm anlayışlar: vətənsevərlik, məhəbbət, sadiqlik, qəhrəmanlıq, sədaqət.

İnteqrasiya: “Milli əxlaq və ailə etikası” fənni.

Dərsin tipi: Yeni bilik bacarıq formalaşdıran dərs.

İş forması: Qruplarla .

İş üsulları: Beyin həmləsi, müzakirə.

Resurslar: Dərslik, kompüter, proyektor, İnternet resursları, yapışqanlı rəngli kağızlar, vərəqləri, slaydlar.

Dərsin gedişi: Dərsə başlamazdan əvvəl sinif nümayəndəsi dərsdə iştirak edən şagirdlər haqqında məlumat verir. Hazırladığım təqdimatın ilk slaydını nümayiş etdirirəm.

Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir.

Həmişə azərbaycanlı olması ilə fəxr edən ulu öndər Heydər Əliyevin həyat yolu, Vətən sevgisi biz gənclər üçün örnəkdir.

Motivasiya

Tələbələr təqdimat aparan zaman yuxarıda təqdim etdiyim motivasiyalı slaydın cavabını tapırlar. Hər bir tələbə yazdığı cavabı verilmiş slayddakı müvafiq yerlərə yerləşdirir oxuyur. Bu zaman digər iştirakçılar da, öz fikirlərini , əlavələrini söyləyirlər.

Mövzu: “Vətənsevərliyin tərbiyəsiolduğuna görə əvvəlcə Vətən uğrunda canını fəda edən əsgərlərin şəkillərindən göstərirəm. Şəkilləri gördükcə cədvəlin altında olan rayonlarımızın adlarını da çəkə bilərlər.

Vətən uğrunda şəhid olan qəhrəmanlarımızdan bir neçəsinin şəklini həzin bir vətənpərvərlik melodiyası səsləndirilməklə göstərirəm. Şəkilləri göstərilərkən qəhrəman əsgərlərimizin igidliyindən danışılır. Dövlətimiz xalqımız tərəfindən onların adlarının necə uca tutulduğu barədə məlumat verilir.

Tədqiqat sualı qoyuram:

Azərbaycan torpaqlarının müdafiəsi uğrunda vuruşan qəhrəman əsgərlərimiz haqqında, onların əbədiləşdirilməsi barədə bilirsiniz?

Tədqiqatın aparılması:

Tələbələr qruplara bölünür. Qruplara ad verilir.

1-ci qrup: “Qəhrəman”.

2-ci qrup: “Sülh”.

3-cü qrup: “Vətən”.

Hazırladığım vərəqlərini qruplara paylayıram.

1. “Qəhrəmanqrupu: Tanıdığınız hər hansı bir tarixi qəhrəmanımızın şəklini çəkin.

2. “Sülhqrupu: Şəhidlər haqqında esse yazın.

3. “Vətənqrupu. Qarabağ müharibəsində ilk işğal olunan rayon hansı olub onun haqqında bilirsiniz?

Məlumatın mübadiləsi 5 dəqiqə.

Qruplar öz işlərini lövhədə yerləşdirir. Sonra təqdimatlarını edirlər.

Məlumatın təşkili nəticənin çıxarılması 10 dəqiqə.

Dərsin bu mərhələsində ümumi bir nəticəyə gələrək vətənsevərlik anlayışına açıqlama veririk: Vətənsevərlik - vətənə məhəbbət, onun düşmənlərinə nifrət. Bu, vətənsevərlik hissinin tərbiyə olunmasında həmişə başlıca mövzu olmuşdur. Tarixən Vətən ana qədər əziz tutulmuş, insanın qanına ana südü ilə hopdurulmuş müqəddəs bir varlıq, ulu bir məkan kimi vəsf edilmişdir. Vətənsevərlik əxlaq tərbiyəsinin mühüm komponentlərindən biridir. İnsan hissləri içində ən müqəddəs, əbədi, tərəqqi inkişafa təkan verən amillərdən biri, ən mühümü vətənsevərlikdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman vətənini, torpağını, valideynlərini sevə bilməzsən. Hər bir insan vətənsevərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir.

Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı vətənə, millətə sevgi hissini, müxtəlif istiqamətlərdə vətənə xidmət etməyi özündə birləşdirirsə, bütün bunların zirvəsində Vətən üçün ölməyə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca ali formasıdır.

Bir slaydda ümummilli lider Heydər Əliyevin gənclərin I Forumunda gənclərimizin milli ruhda tərbiyə olunması, vətənpərvərlik haqqında dediyi kəlamı səsləndirirəm: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”.

Yaradıcı tətbiqetmə - 5 dəqiqə.

Ev tapşırığı: “Milli qəhrəmanlarımızdan tanıdıqlarınızın keçdiyi döyüş yolu haqqında” məlumat hazırlayın.

Qiymətləndirmə meyarları

 

Səbinə CƏFƏRLİ,

Astara Pedaqoji Kollecinin pedaqogika müəllimi

 

Azərbaycan müəllimi.- 2017.- 4 avqust.- S.6.