Valideyn-məktəb-müəllim üçlüyü

 

Düzgün peşə seçimində bu amilin rolu

 

İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır. Hər bir insan bir kitabdır. Onu sadəcə oxumaq lazımdır. Amerika alimləri bildirir ki, məktəb üçün deyil, gələcək üçün oxumaq lazımdır.

Bu gün nəzər yetirsək görərik ki, təhsilimizdə şagirdlərimizin bir şəxsiyyət kimi formalaşmasına mane olan əsas amillərdən biri düzgün peşə seçimi etməmələridir. Məhz bunun nəticəsində bəzi gənclər həyatda uğur qazana bilmirlər. Bu problemin yaranma səbəblərindən biri müəllimin, məktəb rəhbərliyinin şagirdləri peşəyə düzgün istiqamətləndirə bilməməsi eyni zamanda da evdə valideynlərin uşaqlara təzyiqi altında onların sevmədikləri, ancaq bu gün cəmiyyətdə dəbdə olan nüfuzlu peşələri seçməyə vadar edilmələridir. Aparılan araşdırmalardan bəlli olur ki, bütün bu yanlış təsirlərin nəticəsində ali təhsil ocağını bitirənlərin 10%-i gələcəkdə öz ixtisası üzrə işləyir. Bu 10% məzundan yalnız öz gələcək kariyerasında uğur əldə edən gənclərimiz isə 6,7% təşkil edir. Bəs yerdə qalan 90% necə olsun? Bu qalan hissə isə ayrı-ayrı sahələrdə özlərinə tapır yenidən sənət öyrənir. Nəzərə almaq lazımdır ki, hər bir şəxsiyyətin əsas missiyası yaşadığı cəmiyyətdə onun yardımına ehtiyacı olanlara kömək etməkdir. Yaşlı ingilis xanımından soruşurlar:

- İnsanı mədəni, savadlı, daha doğrusu, ziyalı etmək üçün lazımdır?

- Bundan asan var, cəmi-cümlətani üç kollec qurtarmaq lazımdır, - deyə qadın fikirləşmədən cavab verir.

- Necə, bir adam üç kolleci?..

- Xeyr, bir adam üçün. O özü, valideyni, valideyninin valideyni.

Razılaşmaq lazımdır ki, uşaqların normal təhsil almasında valideynlərin rolu az deyil. İnsanın məruz qaldığı onun hərəkətinə, davranışına istiqamət verən əsas təsirlər aşağıdakılardır:

1. Əcdadlar.

2. Valideynlər.

3. Mühit.

V.Ovçinikov yazır ki, ingilis ailələri, hər şeydən əvvəl, nəslin davamçısının xarakterinə, rəftarına məktəbin edəcəyi təsir gələcək həyat yolunda onlara kömək dayaq olacaq, uşaqların özlərinin qazandıqları dostlar haqqında fikirləşirlər. Nisbətən az əməli fayda verən klassik təhsilə isə çox az fikir verirlər. İrlandiyalı sosioloqlar işgüzar adamların böyük bir dəstəsinin fəaliyyətini təhlil etmiş aşkara çıxarmışlar ki, onların əksəriyyəti yaradıcılıqla məşğul olmayanlar, qalanları isə fəal yardıcılıqla məşğul olanlardır. Tədqiqatın nəticəsində belə məlum olub ki, yaradıcılıq qabiliyyətinə malik olmayanların əksəriyyəti aristokrat ailələrin uşaqlarıdır. Onlar cəmiyyətdəki vəzifələrinə uyğun təhsil almış, dil, musiqi etiket qaydalarını öyrənmişlər. Beləliklə valideynlərinin böyük canfəşanlığı nəticəsində, demək olar ki, dünyaya göz açdıqları gündənkonservasiyaedilmiş ümumiyyətlə, modelləşib müəyyən qəlibə salınmışlar. İşdə onlar başqalarının ideyasını qəbul edib, səliqəylə savadlı yerinə yetirsələr özləri heç bir şəxsi ideya verməmiş, şəxsi təşəbbüs göstərməmiş yaradıcılıqla məşğul olmamışlar. Lakin bu tədqiqat nəticəsində məlum olmuşdur ki, daha sadə ailələrdən çıxan işgüzar insanlar fəal yaradıcılıqla məşğuldurlar. Belə ailələrdə uşaqların tərbiyəsi ciddi qayda-qanuna tabe olmamış, məhdudiyyətlər az, sərbəstlik çox olduğundan fəal yaradıcılıqla məşğul olmaq onu inkişaf etdirmək imkanı daha çox olmuşdur. Gəlin etiraf edək, oxuyanda ki, ABŞ prezidenti olmuş A.Linkoln əmək fəaliyyətinə odunçuluqdan başlayıb, məşhur yazıçı Cek London isə yaradıcılığa başlayana qədər onlarca peşə dəyişib, adam qəribə qibtə hissi keçirir. Hətta çox qəribədir ki, tanınmış yazıçı O’Henri ilk əvvəl mühasib işləmiş, yaradıcılığa isə günahsiz müqəssir olaraq düşdüyü həbsxanada başlamışdır.

Yaradıcılıq qabiliyyətini nümayiş etdirmək, heç hər bir uşağın, yeniyetmənin gəncin şəxsən özünə müyəssər olmur. Çünki bunun üçün şərait, yəni məqam səbəb lazımdır. Ancaq çox vaxt, elə olur ki, valideynlər uşaqlarına kömək etmək əvəzinə, onlara zorla öz hökümlərini qəbul etdirməyə çalışırlar bu da uşaqlarda yenicə oyanmış istedadın, meylin qabiliyyətin boy atmadan dağılıb parçalanmasına səbəb olur.

Hazırda elə bir vəziyyət yaranıb ki, ölkəmizdə yüksək səviyyəli keyfiyyətli ali orta ixtisas təhsili müəssisələrinin çox olmasına baxmayaraq, onların hazırladığı mütəxəssislər arasında səriştəli peşəkarığı ilə seçilənlərin sayı o qədər çox olmur. Faktları təhlil edərkən, istər-istəməz düşünürük ki, ola bilsin, bunun səbəblərindən biri peşə seçiminin düzgün olmamasıdır. Bu gün bununla bağlı dünyada maraqlı təcrübələr mövcuddur. Bu təcrübələri təhsil müəssisəsində həyata keçirərək olduqca uğurlu nəticələr əldə etmək mümkündür. Norveç, Finlandiya, İsveç dövlətlərində uşaqların peşə seçiminə hələ məktəbəqədər dövrdən başlanılır. Burda uşaqlar üçün xüsusi hazırlanmış psixoloji testlər mövcuddur. Onlara vətəndaşlıq borcu, sabah cəmiyyətə faydalı olması üçün düzgün peşə seçməsi öyrədilir. Bunu həmin ölkələrdə profirentator adlı bir sosial işçi həyata keçirir. Onlar testlər keçirir. Nəticələr analiz olunur daha sonra, bunu ilk öncə rəhbərliklə müzakirə edirlər. Bu testlər keçirilməzdən öncə hər bir testin yuxarısında ad-soyadın yanında olmaq istərdin? üçün bu peşəni seçirsən?” sözləri yazılır. Testin nəticələri müzakirə olunaraq cavablar istəklər araşdırılır son nəticə kimiHansı peşədə uğur qazana bilərdüzgün cavabı öz əksini tapmış olur. Son təhlillərdən sonra valideyin-məktəb rəhbərliyi-sosial işçi müəllim görüşü keçirilir. Uşağın gələcək taleyi bir daha müzakirə olunur. Bunun üçün Norveçdə ən çox istifadə olunan 160 sualdan ibarət sorğu şəklindəbəli, xeyrformasında olan sual toplusudur. Bu suallarla auditoriyaya müraciət olunur. Əgər sən bunu edirsənsəbəli”, etmirsənsəxeyrcavabı verirsən. Alınan cavablar daha sonra hesablanır (hər bir sual 10 bal dəyərində qiymətləndirilir).

0-40 bal peşələrə maraqsız olduğunu göstərir.

40-80 bal maraq dairəsinin olması, ancaq seçim yetərincə deyil deməkdir.

80-100 bal peşələrə marağınız var, amma seçmədən öncə düşünün, anlamına uyğundur.

130-160 bal isə tam sizin marağınızdadır. Uğur qazana bilərsiniz deməkdir.

Bildirmək istərdim ki, bu testi ilk öncə öz rayonumuzda yuxarı sinif şagirdləri arasında keçirdik.

Dəyərli müəllimlər, əziz həmkarlar! Bütün bu yuxarıda göstərdiklərim hamısının bizim həyatımızda önəmli rolu vardır. Biz bu qaydada öz işlərimizi quraraq, böyüməkdə olan nəsli düzgün peşə seçiminə yönəldərək, gələcəyin perspektivli, vətənpərvər, savadlı xoşbəxt şəxsiyyətini yetişdirə bilərik.

 

 Səkinə ABBASOVA,

Abşeron Rayon Təhsil Şöbəsinin metodisti

 

Azərbaycan müəllimi.- 2017.- 4 avqust.- S.6.