Mələksə MURQUZOVA,
Göygöl rayonu 3 nömrəli
tam orta
məktəbin tədris işləri
üzrə direktor müavini
Sülh
Qanadlı quş olub göyə uçaydım,
Günəştək nurlanıb işıq saçaydım.
Sərhəddi yox edib yollar açaydım,
İstərəm, sülh olsun bütün dünyada.
Sevincdən ağlasın ağlayan
ana,
Sülh sevinc gətirsin bütün cahana.
Torpaq boyanmasın tökülən
qana,
İstərəm, sülh olsun bütün dünyada.
İrqiyyət olmasın ağdı-qaradı,
Hamısı insandı, candı, baladı.
Nüvə silahları dəhşət,
bəladı,
İstərəm, sülh olsun bütün dünyada.
Analar çəkməsin bala naləsi,
Körpələr dinləsin lay-lay nəğməsi.
Qulaq eşitməsin top-tüfəng
səsi,
İstərəm, sülh olsun bütün dünyada
Yox olsun ortadan bu
dava, bu qan,
Millətlər yaşasın xoşbəxt,
firavan.
Gözlərdə nur olsun, işlər firavan,
İstərəm, sülh olsun bütün dünyada.
Həzin
bir musiqi xalqı oyada,
Günəş parıldaya mavi səmada.
Barıt
partlamasın sakit havada,
İstərəm, sülh olsun bütün dünyada.
Axı nə xeyri var
qanlı davanın,
Murazı gözündə qalır
cavanın.
Tüstüsü kəsilir yurdun-yuvanın,
İstərəm, sülh olsun bütün dünyada.
İclas
gedir, dolur-boşalır
zallar,
Dünyanı dağıdır bu qeyli-qallar.
Beynimdə dolanır fikir-xəyallar,
İstərəm, sülh olsun bütün dünyada.
Niyə
çalışırıq torpağı bölək,
Dünya möcüzədir sirri öyrənək.
Əlacsız olana lazımdır
kömək,
İstərəm, sülh olsun bütün dünyada.
Oxumaq
Əlifba
təhsildə biliyə
açar,
Oxumağı öyrən, yazmağı
bacar.
Oxuyub öyrənsən, qalmazsan
naçar,
Oxumaq, oxumaq, yenə oxumaq.
Ağac
susuz olsa tökər yarpağı,
Tez sınar
ağacın quru budağı.
Özünə vərdiş et
hey oxumağı,
Oxumaq, oxumaq, yenə oxumaq.
Oxuyub öyrənən qalmaz geridə,
Çalışar məntiqi fikir yürüdə.
Öyrənmək istəyər yeri,
göyü də,
Oxumaq, oxumaq, yenə oxumaq.
Oxumaq vərdişin keçsin iliyə,
Oxuyub yiyələn
dərin biliyə.
Oxusan, gedərsən bil irəliyə,
Oxumaq, oxumaq, yenə oxumaq.
Azərbaycan müəllimi.- 2017.-
8 dekabr.- S.14.