İstiqlalordenli yubilyar

 

Prezident İlham Əliyev xalq artisti Fərhad

Bədəlbəyliyə “İstiqlalordenini təqdim edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyli “İstiqlalordeni ilə təltif edilib.

Elə həmin gün bəstəkarı qəbul edən ölkə başçısı İlham Əliyev onu qarşıdan gələn yubileyi münasibətilə ürəkdən təbrik edib, cansağlığı, yeni uğurlar arzulayıb. Tanınmış bəstəkarın uzun illərdir ki, xalqımızı sənəti ilə sevindirdiyini, həm peşəkar musiqiçi, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verdiyini söyləyən Prezident İlham Əliyev onun gənc yaşlarından Azərbaycanı dünyada da ləyaqətlə təmsil etdiyini bildirib: “Azərbaycan musiqi sənətini təbliğ edirsiniz. Bildiyimə görə, hələ 50 il bundan əvvəl beynəlxalq müsabiqələrdə laureat adına layiq görülmüsünüz və beləliklə, öz istedadınızı bütün dünyaya nümayiş etdirmisiniz. Siz həm bəstəkar, həm peşəkar musiqiçi kimi dünya miqyasında öz layiqli yerinizi tuta bilmisiniz və Azərbaycan xalqı sizi sevirsizi yüksək qiymətləndirir”.

Ölkə başçısı İlham Əliyev Fərhad Bədəlbəylinin Bakı Musiqi Akademiyasının rektoru kimi bir çox istedadlı gənc kadrların hazırlanmasında böyük əməyi olduğunu, həmçinin Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi də demək olar ki, bu festivalın dünya miqyaslı mədəni tədbirə çevrilməsində xüsusi rolunu diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin də tanınmış bəstəkarın fəaliyyətinə həmişə çox böyük diqqət və qayğı göstərdiyini, əməyini, sənətini yüksək qiymətləndirdiyini, eyni zamanda bir insan kimi, bir gənc kimiçox sevdiyini qeyd edib.

Tanınmış pianoçu haqqında xoş sözlər söyləyən Prezident İlham Əliyev daha sonra deyib: “Mən də çox şadam ki, uzun illər biz sizinlə çox yaxın münasibətlərdə olmuşuqbu günbu, belədir. Hələ sovet vaxtında siz gənc ifaçı kimi SSRİ xalq artisti adına layiq görülmüsünüz. O da əlbəttə ki, sizin istedadınızın sovet məkanı tərəfindən yüksək qiymətləndirilməsi demək idi. Bilirəm ki, müstəqillik dövründə sizin çoxsaylı xarici qastrollarınız olub və beynəlxalq tədbirlərdə Azərbaycanı həmişə çox yüksək səviyyədə, ləyaqətlə təmsil edirsiniz. Azərbaycan dövləti də sizi çox yüksək qiymətləndirir, sizə dövlət mükafatları verilmişdir. Bu gün isə siz yubileyiniz ərəfəsində Azərbaycan dövlətinin yüksək mükafatı - “İstiqlalordeni ilə təltif olunursunuz”.

Dövlət başçısı İlham Əliyev “İstiqlalordenini Fərhad Bədəlbəyliyə təqdim edib.

Yubilyar Fərhad Bədəlbəyli ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirərək, Prezident tərəfindən belə yüksək mükafatın təqdim edilməsinin sevindirici hal olduğunu söyləyib: “İstiqlal, ümumiyyətlə, bütün Azərbaycanın neçə nəslinin böyük bir arzusu olub. Azad Azərbaycanın böyük Prezidenti mənə bu ordeni verir. Burada böyük bir məna var. Bakı Musiqi Akademiyasında heç vaxt unutmurlar ki, bu ali məktəbə Üzeyir bəyin adını Siz qaytarmısınız. Bütün ziyalılar bunu gözləyirdilər və Siz bunu etdiniz”.

İdmanla yanaşı bizim çoxlu cavan ifaçıların da neçə-neçə beynəlxalq müsabiqələrdə, konsertlərdə qalib olduğunu, tədbirlərdə bayrağımızı qaldırdığını qeyd edən Fərhad Bədəlbəyli bu uğurlarda Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu deyib. Onu da bildirib ki, bu gün axşam verəcəyi konsertində dirijorluq edəcək Fuad İbrahimov 9 il Kölndə oxuyub, Heydər Əliyev Fondu ona kömək edib. İndi o, gözəl dirijordur: “Yəni, biz bu diqqəti həmişə hiss edirik. Vaxtilə Siz bizə pul ayırmısınız, biz gözəl royallar almışıq, indi gözəl təmirimiz var”.

Azərbaycanın adının hər yerdə ən yüksək səviyyədə səslənməsinə çalışdıqlarını deyən görkəmli sənətkar məzunlarından - Elçin Əzizovun, Dinarə Əliyevanın Böyük Teatrda solist olduğunu, gənclərdən bir neçəsinin isə La Skalada çıxış etdiyini də söyləyib.

Fərhad Bədəlbəyli Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimiPrezident İlham Əliyevə dərin təşəkkürünü bildirib: “Siz hər yerdə harada olursunuzsa - Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Brüsseldə, Parisdə hər dəfə çıxışınızda Qarabağ məsələsini qaldırırsınız. Biz bilirik ki, gec-tez hamımız Sizinlə birlikdə Şuşaya qayıdacağıq. Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Çünki biz hiss edirik ki, bu mövzu Sizin diqqət mərkəzinizdədir”.

Dekabrın 26-da isə görkəmli pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlalordenli, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi rəhbərlik etdiyi ali təhsil müəssisəsində qeyd olunub.

Bu münasibətlə Akademiyada keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi və başqaları çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

Qeyd edilib ki, Bakıda görkəmli rejissor, Azərbaycanın xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) təhsil alıb. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa vaxt ərzində şöhrət qazanıb. O, Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yaponiyabaşqa ölkələrdə mədəniyyətimizi layiqincə təmsil edib. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəylinin gənc ifaçıların yetişməsində böyük xidmətləri var.

Sonra xalq artisti Fərhad Bədəlbəyli səhnəyə dəvət olunub. Yubilyara gül dəstələri və xatirə hədiyyələri təqdim edilib.

Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək yaradıcılığına göstərilən diqqət və qayğıya, Azərbaycanın ən yüksək mükafatı olanİstiqlalordeni ilə təltif edilməsinə görə bir daha Prezident İlham Əliyevə təşəkkürünü bildirib, musiqi xadimlərinə və gənc musiqiçilərə yeni-yeni nailiyyətlər, uğurlar diləyib.

Sonda Akademiyanın tələbələrinin və müəllimlərinin ifasında yubilyara həsr edilmiş maraqlı konsert proqramı təqdim edilib.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2017.- 29 dekabr.- S.2.