3-cü nəsil universitetləri: Biz hardayıq?

 

I yazı

 

İnkişafın müasir anatomiyası hər bir cəmiyyətin tərəqqisi, rifah halı, rəqabətlilik immuniteti, eləcə həmin sosiumun biliklər iqtisadiyyatına verə bildiyi töhfə, yeni texnologiyalara sahiblənmə əmsalı ilə bağlıdır. Zamanın çağırışı budur ki, müasir dövrdə keyfiyyətli insan gücü yetişdirən, elmi araşdırma fəaliyyəti yürüdən toplumun əsas inkişaf alqoritmlərini ifadə edən başlıca təsisatlar universitetlərdir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da universitetlərə yönələn əsas gözləntilər

a) məzunlar əmək bazarının daim dəyişən tələblərini qarşılaya bilirmi?

b) yetərli keyfiyyət kəmiyyətdə xidmət alqoritmini təşkil edə bilirmi? düşüncəsidir.

Son 20-30 il ərzində dünyanın inkişaf etmiş ölkələri yeni nəsil universitetlərinə (3.0 konsepti) transformasiya islahatları aparıb. Bir tərəfdən toplumun ali təhsil qarşısında artan çeşidlənən tələblərinə cavab vermək, digər tərəfdən qloballaşmanın fürsət təhdidlərini qarşılamaq bu islahatların əsas fəlsəfi mahiyyətini təşkil edib. Bu məqalədə universitetlərin tarixən keçdiyi inkişaf yoluna qısa nəzər salınaraq yeni nəsil universitetlərin qarşısında duran əsas hədəflər (o cümlədən Azərbaycan təcrübəsində) təhlil olunur.

Əvvəlcə universitetlərin tarixi inkişafına qısaca nəzər salaq. Modern universitetin əcdadı sayılan Bolonya (Bologna) universitetinin əsası 1088-ci ildə İtaliyada qoyulub. Bolonya universitetinin ardınca bir neçə əsr boyu bütün Avropada universitetlərin sayı sürətlə artdı. XII yüzildə sadəcə 2 universitetin qurulduğu Avropa qitəsində XIII əsrdə 17, XIV əsrdə 22, XV əsrdə 38, XVI əsrdə 61, XVII əsrdə 37, XVIII əsrdə 24, XIX əsrdə 58 yeni universitet fəaliyyətə başlamışdı.

Professor Hans Vissema keçdiyi inkişaf yoluna uyğun olaraq, universitetləri üç mərhələyə ayırır: 1.0 (tədris) universiteti yaorta əsr universiteti”, 2.0 (tədris-araşdırma) universiteti yaHumbolt tipli universitet 3.0 (tədris-araşdırma- nəticələrin kommerisyalaşması) universiteti.

Birinci nəsil universitetlərinin başlıca missiyası - kilsənin dövlətin tələblərinə cavab verən mütəxəssislər yetişdirmək antik biliklərə yiyələnmək öhdəliyi idi.

İkinci nəsil universitetlərinin ilk örnəyi 1810-cu ildə Berlində Prussiyanın təhsil naziri Vilhelm fon Humboltun təşəbbüsü ilə qurulan Humbolt universitetidir. XIX-XX əsrlər boyu universitetin Humbolt modeli (təhsil-tədqiqat) hakim olub. Bolonya universitetinin yaranmasından Humbolt universitetinin təşəkkülünədək olan 700 illik dövr ərzində Avropa fəlsəfə, təbiət elmləri texnologiya sahəsində böyük inkişaf yolu qət etmişdi.

nəhayət üçüncü nəsil universitetləri. Professor Hans Vissema universitetlərin transformasiyalarını araşdırarkən onlar arasında keçid dövrlərinin mövcudluğunu da nəzərə alır, üçüncü nəsil universitetlərinin isə fərqli bir keçid mərhələsində olduğunu vurğulayırdı. Vissemanın təklif etdiyi bu model tarixi materializmə əsaslanır universitetlərin tarixi-ictimai kontekstdə necə dəyişib inkişaf etdiyini hansı modullarla gələcəyə gedəcəyini ifadə edir: (Qrafik1)

Bu şəkildən göründüyü kimi, 3-cü nəsil universitetlərinə yeni iqtisadi kontekstdə baxılmalı, eyni zamanda bu tip universitetlərin inkişaf trendlərini formalaşdıran faktorları aşağıdakı kimi təsnif etmək olar:

1. Ali təhsilin kütləvilik qazanması;

2. Qloballaşma;

3. Fənlərarası tədqiqatların spektrinin genişlənməsi;

4. Biliklərin dərinləşdirilməsi modeli kimi araşdırmaların geniş tətbiqi;

5. Xərclərin artması;

6. Universitetdənkənar sektorların bilik mübadiləsində iştirak sərbəstliyi;

7. İnnovasiya kontekstində fərdiliyin genişlənməsi;

8. Peşəkar idarəetməyə tələbatın artması.

XX əsrin ikinci yarısından etibarən formalaşmağa başlayan biliklər cəmiyyətində universitet yeni fərqli funksiyaları yerinə yetirməli idi. Belə ki, biliklər cəmiyyəti hər şeyin idrakla dərk edilə bildiyi biliyin insanlara daha çox fayda verəcəyi bir mərhələdir. Bu transformasiyada universitetlər vacib həlqəni təşkil edir. Xüsusilə, bu 3-cü nəsil universitetlərindən olan gözləntidə daha böyükdür.

Biliklərə əsaslanan iqtisadiyyatda universitetlər - təhsil, tədqiqat biliklərin kommersiyalaşması missiyasına uyğun fəaliyyət çevrəsinə malik olur. 3-cü nəsil universitetlərinin ilk yaranma prosesi ABŞ-da olub. ABŞ-da 1980-ci ildə qəbul olunan Bey-Doul qanunundan sonra universitetlərdə texnologiyaların kommersiyalaşması ilə məşğul olan minlərlə şirkət yarandı. Bu gün Birləşmiş Ştatlarda əksər aparıcı sənaye sahələrinin formalaşmasının 80%-dən çoxu universitetlərdə icad edilən yeniliklərlə bağlıdır. Bu, ABŞ universitetlərinin keçdiyi tarixi təkamül prosesinin məntiqi yekunu olmaqla, təkcə ABŞ-da deyil, bütün dünyada ali təhsildə qlobal trendlərin formalaşmasında zəmin rolunu oynayıb. Təqdim olunan cədvəldə bu prosesin ayr-ayrı hissələri təsvir olunur: (Qrafik2)

Qeyd olunan bu çərçivə yeni nəsil universitetlərinin yaranması üçün tarixi təkamülün bazisi perspektiv tərəqqi xəttini təmin edəcək invariantlardır.

Bu çərcivədən Azərbaycan universitetlərinin transformasiyasına baxdıqda məqsədin innovativ inkişaf olduğunu hədəf götürərək yeni ekosistemin yaranmasına ehtiyac vardır. Bu mərhələdə Azərbaycan universitetlərinin idarəetmə fəlsəfəsində baş verən dəyişikliklər (publik hüquqi şəxslərin yaranması) həmin qurumların innovasiyalı inkişafda beləliklə, iqtisadi artımda həlledici roluna zəmin yaratmalıdır. Deməli, universitetlərin sosial-iqtisadi funksiyalarının dəyişməsi qaçılmazdır. Təkcə təhsil elm funksiyaları deyil, iqtisadi artımın təmin olunmasında da universitet yeni funksionallıq qazanır. Bu da 3-cü nəsil universitetin yarada biləcəyi ekosistemdir. Professor Kamran İmanovun təbirincə desək, “biliklər iqtisadiyyatında universitetlər korporativ subyektlərə çevrilərək, “Universitet 3.0” adını əldə etmişlər onların adındakı rəqəm şəklində informasiyalı metaforanın məntiqi universitetin missiyasının sayını nəzərdə tutur: 1.0-yalnız təhsil, 2.0-təhsil tədqiqatlar, 3.0-təhsil, tədqiqatlar biliklərin kommersiyalaşması.

Professor Kamran İmanov Azərbaycanda 3-cü nəsil universitetlərinin yaranma gerçəkliyini aşağıdakı kimi təsvir edir: “Azərbaycan üçün 3.0 universitetlərin təkamülü ciddi sosial iqtisadi problemdir. Belə ki, bu növ universitetlər bu gün cəmiyyətin modernləşdirilməsində və bilik iqtisadiyyatına transformasiyasında aparıcı rol oynamalıdırlar. Digər vacib amil isə əqli mülkiyyətin müasir “biliklər cəmiyyət”ində dəyişən rolu ilə bağlıdır”.

“Azərbaycan universitetlərinin 3-cü nəsil konseptinə uyğunluğumövzusunda aparılan sorğu maraqlı nəticələrlə yekunlaşıb. BDU, UNEC, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti arasında keçirilən sorğunun nəticələrini təqdim edirik. Diaqramlardan da göründüyü kimi, “çalışdığınız universitet 3.0 konseptinə uyğundurmu?” sualına paytaxt ali məktəblərinin professor- müəllim heyəti təxminən eyni cavabı veriblər. Ancaquniversitet sənaye işbirliyi” diaqramında qeyd olunan məsələyə (universitetlərdə tədqiqatların kommersiyalaşması uğurla aparılır sualına) əvvəlki diaqramdakından fərqli cavab verilir. Problem ondadır ki, universitetlərdə çalışan müəllim heyəti 3.0 universiteti haqqında demək olar ki, məlumatlı deyillər və 3-cü nəsil universitetlərinin əsas mahiyyətinin tədqiqatların kommersiyalaşması olduğunu yəqinləşdirə bilmirlər. Mingəçevir Dövlət Universitetində sorğuya cəlb olunan müəllim heyəti ümumiyyətlə, 3.0 universitetlərinin nə anlam daşıdığını qeyd etməyib. Ancaq yaxşı hal ondan ibarətdir ki, 4 universitetdən hər biri mənsub olduqları universitetlərdə texnoparkların yaradılmasını təqdir və birmənalı qeyd edirlər ki, universitetlər iqtisadi resurslar yaratmalıdırlar.(Qrafik3,4,5 )

Dünyanın nüfuzlu universitetləri üçün məşhur sloqan olan yerini tutma, yeri yarat” düşüncəsi son illərdə Azərbaycanın bir çox universitetlərində (UNEC, ADNSU, BMU) yaranan startap ideyasının əsas fəlsəfəsidir. Bu yanaşma yeni nəsil universitetlərin yaranmasında sistemyaradıcı həlqə olaraq biliklərin kommersiyalaşmasına təkan verəcək. Doğrudur, ölkəmizin universitetlərində hələ də mövcud olan klassik universitet ənənəsinə uyğun olaraq tədiqiqatların kommersiyalaşması zəif inkişaf edib. Məsələn, Global İnnovatioan İndex-də universitet tədqiqatları dəyərləndirilməsinə görə Azərbaycan (2017-ci il) 70-ci yerdədir. Mənbə: (www.globalinnovationindex.org/gii-2017-report#pdfopener).

Bu nisbət həm də digər statistikada da öz yerini göstərir. Belə ki, Azərbaycanda bilik iqtisadiyyatına aid olan sahələrin ÜDM-dəki payı 8 % civarındadır. Digər bir göstərici, 2017-ci ilin ilk yarısına olan məlumata görə, Azərbaycanda 34 startap fəaliyyət göstərir, bu say qonşu Qazaxıstanda 166, Türkiyədə isə 2.226-dır.

Mənbə: (www.startupblink.com).

Ənənəvi (klassik) universitetlərin yeni nəsil universitet statusuna transferi bir çox hallarda uğurlu baş vermir. İctimai dəyişikliklər zamanı universitetlərin roluadlı hesabatda məşhur sosioloq Ralf Dahrendorf qeyd etdiyi kimi, “Dəyişməyən universitetlər əsasən keçmişdə qalan tükənmiş statusun, dünənki dünyanın mühafizə edildiyi qiymətli effektsiz abidələrdir”. Bu durum ən çox da özünə qapalı cəmiyyətdən təcrid olunmuş universitetlər üçün bir təhlükədir.

Biliklər cəmiyyətində iqtisadi artım mərkəzi innovasiyaların episentri sayılan universitetlərin cəmiyyətin bütün təbəqələri ilə daha yaxın daha güclü əlaqələr qurması xüsusilə əhəmiyyətlidir. Yeni informasiya fəzasının yaradıcılarından biri olan Bill Qeytsin qeyd etdiyi kimi, “Rəqiblə mübarizənin ən yaxşı üsulu informasiya (burada hər informasiya bilik deyil, hər bilik informasiyadır tezisi qeyd olunmalıdır) ilə işləyə bilməkdir. İnformasiyanın toplanması, təşkili və istifadəsinin hansı keyfiyyətdə olması sizin qalibya məğlub olmağınızı şərtləndirir”. Mənbə: (Ðèä Õîôôìàí, Âåí Êàñíî÷à, Æèçíü êàê ÑÒÀÐÒÀÏ. Ñòðîé êàðüåðó ïî çàêîíàì Êðåìíèåâîé äîëèíû. Àëüïèíà ïàáëèøåð, Ìîñêâà 2017,ñòð 199). Universitet istehsal etdiyi biliyi cəmiyyət ilə birgə çoxaltmağın, yaymağın və təkrar emal etməyin yollarını aramalıdır. Uzun müddət cəmiyyət qarşısında cavabdehlik tərzi ilə topladıqları gücdən sosiumun ehtiyaclarına uyğun şəkildə faydalanmayan müəssisələr zaman ötdükcə bu güclərini itirməyə məhkumdurlar.

Azərbaycanda 3-cü nəsil universitetlərinin yaranması üçün münbit zəminin formalaşmasında universitetlərin publik hüquqi şəxslərə çevrilməsi prosesi təkanverici rol oynayır. Bu həm yeni nəsil tədqiqat universitetlərinin yaranmasında, həm də universitetlərin ənənəvi (klassik) idarəetmədən uzaqlaşaraq hesabatlılğı təmin etməklə daha çevik idarəetmə formulunu tətbiq etməyə imkan verəcək.

 

Cəsarət VALEHOV

 

Azərbaycan müəllimi.- 2017.- 14 iyul.- S.4.