Əsl fərq ovuc dolusu

qızıla sahib olmaqda deyil

 

Zadi Smit Əlif Şəfəqi niyə müdafiə etdi?

 

O, təkcə roman yazmaqla missiyasını bitmiş hesab etmir. İnsan haqları, siyasi təzyiqlər, ədalətsiz qərarlar onun cəsarətli addımlar atmasına səbəb ola bilər. Məhz bu xüsusiyyətinə görə, Amerika prezidenti Donald Trampın yeddi müsəlman ölkəsi vətəndaşları və bütün qaçqınların ABŞ-a daxil olmasına qarşı qərarını ləğv etməyə çağıran açıq məktubda Filip Rot, Marqaret Atvud kimi 60 müəllif, aktyor və musiqiçi qrupun imzasının içində onun da adı var.

 

Qədim yunan kraliçasına bənzədilən yazıçı

 

Oxucuları yazıçı haqda təəssüratlarını bölüşəndə çillərin ən gözəl yaraşdığı yanaqlara sahib olduğunu deyirlər. Hətta simmetrik üz quruluşu və cəlbedici mimikası ilə bu xanımı qədim yunan kraliçası Nefertitiyə bənzədənlər də az deyil. Təbii ki, yazıçı ona ünvanlanan başdöndürücü iltifatlardan məmnundur. Bir zamanlar çirkin ördək balasına bənzədiyini isə təbəssümlə xatırlayır.

Deyəsən, təqdimatı uzun-uzadı verdik. Amma bir insanı intellektual müstəviyə, həm də hamının görə biləcəyi yüksəkliyə çıxaran istedadı varsa, onun haqqında azla kifayətlənmək olmur. İngilis yazıçısı, müasirləri içərisində seçilən ədəbi imza Zadi Smit haqda dünya mətbuatı və jurnalları da belə əminliklə tərifnamə yazırlar.

Əsl adı Sadi olan yazıçı valideynlərinin boşanmasından sonra 14 yaşında həyatını yeniləməyə adındakı cəmi bircə hərfi dəyişməklə başlayır. O, Zadi Smit olur. Yamayka əsilli anası İvon Beyli hələ 1969-cu idə İngiltərəyə köçmüşdü. O, burada gələcək əri Harvi Smitlə tanış olur. İvon Harvinin ikinci həyat yoldaşı idi. Cütlüyün bu evlilikdən üç övladı-Zadi və iki qardaşı doğulur. Hazırda qardaşlardan biri, Dok Braun standapçı, digəri Luk Skayz repçidir.

Hələ uşaqlıq illərində peşə seçimi arasında var-gəl edən Zadi hər məşğuliyyətə məsuliyyətlə yanaşır, onu peşəkar şəkildə öyrənməyə çalışırdı. Rəqsə də bu məqsədlə başlamışdı. Sonradan sözlərə, əsərlərə vurğunluğunu belə, rəqslə əlaqələndirirdi. “Mənə görə yazı və rəqs arasında qırılmaz bir bağ var. Bu kanalı demək olar ki, fəaliyyətim boyu açıq saxlamağa çalışmışam. Çünki rəqs edərkən dərindən nəfəs alıram, bədənim ritmin ahənginə qapılır, barmaqlarım hərəkətdə olurbu mənə sanki nə yazacağımı diktə edir”.

 

Caz müğənniliyindən yazıçılığa

 

Zadinin adı həm də uğurlu şagird, yüksək təhsil göstəriciləri olan tələbələr sırasında yazılırdı. Uşaqlıqdan vərdiş etdiyi davamlı mütaliə onun gələcək hədəflərini də bəlli etməyinə imkan yaradırdı. Ədəbiyyat onu getdikcə özünə daha çox cəlb edir, doğmalaşırdı. Dünyagörüşü, təxəyyülü formalaşdıqca kim olacağı barədə qərarı da dəqiqləşirdi. Beləcə, Zadi Kembric Universitetinin ingilis ədəbiyyatı fakültəsinə qəbul olunur.

Zadi Smitin çoxsahəli bacarığı yazıçını on barmağında on mərifət meyarı ilə qimətləndirməyə əsas verir. Bir sözlə, əlini nəyə atıbsa, uğur qazanıb. Tələbəlik illərində musiqili teatrda aktrisa, hətta caz müğənnisi kimi səhnəyə çıxıb. Ancaq görünür, tərəzinin ədəbiyyat olan gözü daha ağır gəlib və Zadi univeristeti bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərməyə qərar verib.

Yazıçılığa qısa hekayələrlə başlayıb. Universitetin tələbə jurnalında çap etdirdiyi esse və hekayələri artıq bir neçə naşirin diqqətini çəkmişdi. Zadinin ağlına gəlməzdi ki, bu həvəskar yazı məşqləri ona böyük şöhrət qazandıracaq ilk kitabın səhifələridir.

1997-ci ildə ilk romanının hələ tamamlanmamış 80 səhifəlik əlyazmasını nəşriyyata təqdim edir. Zadiyə 250.000 funt avans verilir. Tələbə üçün böyük məbləğ sayılan bu ödəniş gənc müəllifi daha da həvəsləndirir. Qollarını çirmələyib yazıçılıq məsuliyyətini boynuna götürür. Nəhayət, 2000-ci ildə müəllifinin əsl yazıçı kimliyini üzə çıxaran “İnci kimi dişlər” (White Teeth) romanı ədəbi mühitdə qulaqbatıran səs-küylə qarşılanır. Hətta tənqidçilər əsəri “min illiyin ədəbi sensasiyası” kimi qiymətləndirirlər. Roman elə həmin il İngiltərənin nüfuzlu kitab mükafatı “Costa Booka layiq görülür və 20-dən çox dilə tərcümə olunur.

Qəfil gələn böyük şöhrət Zadi Smitin yaradıcılığında bir müddət durğunluq yaradır. Yazıçı sanki üzərinə yüklənən ağır məsuliyyətin şokunu yaşayırdı. Cəmi iki ilə özünü ələ alan Zadiİmza toplayan adam” (The Autograph Man) romanı ilə oxucularının qarşısına çıxır. Bu əsər tənqidçilər tərəfindən öncəki təqdiri almasa da, müəllifinə yüksək gəlir qazandırır.

Sonrakı illərdəGözəlliyə dair” (On Beauty), “Marta Hanvel” (Martha and Hanwell), “NW” digər romanlarla yaradıcılığına davam edib.

Zadi Smit müsahibələrində yazmaqdan daha çox mütaliəni sevdiyini deyir. O, dünya ədəbiyyatını, müasir məsləkdaşlarını yaxından izləyir. Hətta bəzi tənqidçilər türkiyəli məşhur yazıçı Əlif Şəfəqiİsgəndərromanınaİnci kimi dişlərkitabından bir neçə hissəni olduğu kimi köçürməsi ilə günahlandıranda Zadi Smitİddiaları yersiz hesab edirəm. Bu zəhərli insanların səni aşağı dartıb çəkməyinə icazə vermə” - deyə dəstək məktubu göndərib.

 

Həmkar ərin qısqanclığı

 

Zadi həyat yoldaşı Nik Leirdlə həmkardır. Cütlük Kembricdə tələbə olarkən tanış olub. Onlar ailə quranda, yəni 2004-cü ildə Zadi artıq tanınmış yazıçı idi. Nikin arvadının kölgəsində qaldığını deyənlər onlar haqda tez-tez şayiələrin yaranmasına səbəb olurlar. Bu isə bəzən Leirdin səbir kasasını daşırır. Əsasən Zadinin dəvət olunduğu tədbirlərə, ziyafətlərə qatılmağa nifrət edir. O, belə görüşlərə getməyərək, Zadinin özünü daha rahat hiss etməsinə şərait yaradır. Hətta qədər qeyri-səmimi görünsə , xanımının ondan çox digər yazıçı dostları ilə vaxt keçirməsini anlayışla qarşıladığını deyir.

İnsanlar bizim aramızda uyğunsuzluq olduğunu söyləyirlər. Sanki mən hüquqşünasam anidən yazmağa qərar vermişəm. Axı mənim peşəm yazıçılıqdır. İllərdir yazmaqla məşğulam”.

Zadi isə müsahibələrində demək olar ki, əri ilə bağlı suallardan yan keçir. Çünki Nikə təkcə həyat yoldaşı deyil, həm əziz çox güvəndiyi dost kimi yanaşır. Ona görə münasibətlərini hər kəsdən qorumağa çalışır. Cütlük hazırda uşaqları ilə birgə Londonda yaşayır.

 

İnci kimi dişlər”i niyə oxumalıyıq?

 

London kimi böyük şəhərin adam qaynayan küçələri eyni zamanda zəngin multikultural mühiti özündə yaşadır. Şəhərə üz tutan fərqli dinlərə, millətlərə, mədəniyyətlərə sahib insanlar romanın əsas cizgilərini təşkil edir. Əsərdə Conslar, İqballar Kalfenlər ailəsinin yollarının kəsişməsi ilə fərqli adət-ənənələr üzə çıxır. Onlar qədər qaynayıb qarışsa da, bəzi məqamlarda dini, irqi ayrı-seçkilik yaranır.

Yazıçının ironik üslubu romanı daha oxunaqlı edir. Üç rəngli ailənin dünyagörüşünün toqquşması, obrazların sadəlövhlüyü yumoristik dillə təsvir olunur.

Əsərin əvvəlində arvadından ayrılan 47 yaşlı Arçibald Cons maşında intihar etməyə hazırlaşır. Onun xilası tragikomik vəziyyətdə baş verir. Maşını kənar məhəllədə bir müsəlman qəssabın dükanının qarşısında saxlayan Arçi onun qəzəbinə tuş gəlir. Satıcı maşın sahibinə xəbərdarlıq etmək istəyəndə kişinin intihara hazırlaşdığını anlayır. Ancaq indiki vəziyyətdə onları yalnız müştərilər düşündürür, acıqlı halda maşını buradan çıxarmağı intihar üçün başqa yeri seçməyi tələb edirlər. Özünə gələn Arçi həyatda olduğuna çox sevinir bundan sonra yeni həyata başlamağa qərar verir. İkinci dəfə qaradərili özündən çox gənc Klara ilə evlənir.

Bundan sonrakı hadisələrə digər iki ailə - Samət İqbal Markus Kalfen daxil olur. Əsərin rəngarəng süjet xəttini izləmək üçün isə əlbəttə, onu oxumaq daha maraqlı olardı.

Yazıçının romana daha bir uğurlu yanaşması tək hadisələri deyil, obrazların xarakterik xüsusiyyətlərini məzəli təsvirlərlə verməsidir.

Kitabda yazıldığı tarix yaxınlaşır. Dünyanın sonuna 8 ay qalıb. Darkusu düşünmək lazımdır. Soyuducuya qədər belə yeriyə bilməyən adam Tanrının yanına necə gedəcək?”.

Sülhsevər insanlar müqəddəsdirlər. Bu dəfə problem işin məğzindədir. Qarayla ağın sonu yoxdur. Tanrı bizim qarışmağımızı heç istəmədi. Bu səbəbdən Babil Qülləsini inşa edənlərin övladlarının başına min cür bəla gətirdi”.

Əsərdə insanı dərindən düşündürən maraqlı fikirlərdən birini yazmaqla kitabı oxumağı ixtiyarınıza buraxırıq.

Alsanaya görə insanlar arasındakı əsl fərq rənglərdə deyil. Cinsiyyətdə, dinlərdə, ritmik rəqs edə bilmək bacarığında, hətta ovuc dolusu qızıla sahib olmaqda da deyil. Əsl fərq kökdədir. Yerdədir. Göydədir”.

 

Gülnarə İLHAM

 

Azərbaycan müəllimi.- 2017.- 14 iyul.- S.6.