Hər bir hadisədə
sirr və
gizlilik axtaran
yazıçı
Patrik Modiano və “Kimliyi bəlli olmayan qadınlar” romanı
Nobel Komitəsi
2014-cü ildə ədəbiyyat
camiəsində adı
çox da məşhur olmayan bu müəllifə mükafat verməklə təəccüb doğurdu. “Ən ağılasığmaz insan
talelərini təsvir
edən və işğal altındakı
həyatı göstərən
təxəyyül və
ifadə sənətinə”
görə Nobel mükafatı
qazanan fransız yazıçı Patrik Modianonu bir günün
içində bütün
dünya tanıdı.
Bununla da o, fransız ədəbiyyatına
verilən 15-ci Nobelin sahibi oldu. Əsərlərinə maraq artdı. Bəs, Milan Kundera, Umberto Eko, Haruki Murakami kimi ədəbi nəhəngləri geridə
qoyan yazıçı
kimdir? Ssenarist, uşaq yazıçısı, hətta aktyor fəaliyyəti, üstəlik, möhkəm
ədəbi təməli olan
tanınmış bir ölkənin
yazıçısı olmaq ayrıca bir şansdır. Təbii ki,
şəxs bu çoxsahəli
yaradıcılığın öhdəsindən istedadla gəlirsə, Nobel
Komitəsinin gözündən yayına bilməzdi. Baxmayaraq ki, Patrik Modiano nə vaxtsa ədəbiyyatın ən ali mükafatına layiq
görüləcəyini özünün
də dediyi kimi, heç gözləmirdi. O, 1945-ci ilin 30 avqustunda italyan yəhudisi Alberto Modiano ilə flamand əsilli
aktrisa Luiza Kolpeynin ailəsində doğulub.
Ata Modiano 1942-ci ildə
dünyanın böyük güclərinin
başı müharibəyə qarışanda mühacir dəstə ilə birgə İtaliyadan Fransaya
qaçıb gəlmişdi. Orta təhsilini
IV Henri liseyində alandan
sonra isə Ansi şəhərində
kollecə daxil olub. 1965-ci ildə Sorbon
Universitetinə qəbul
olunsa da, təhsilinə davam etməyib və diplom almayıb.
Atanın
kitabları satışdan çıxarmaq istəyi
Patrik Modiano xarakterində ən sevdiyi cəhətinin hər bir hadisədə sirr və gizlilik axtarmaq olduğunu vurğulayır: “Hətta içində heç bir gizlilik olmayan şeylərdə belə, sirr axtarıram”. Çox güman ki, məhz bu xüsusiyyət yazıçının təxəyyülünün rəngarəngliyini əsərlərində üzə çıxarıb və yazı üslubuna fərqlilik qatıb.
Patrikin uşaqlığı valideynlərinin dava-dalaşı, mübahisəsi arasında keçib. Qardaşı Rudinin ölümü ilə sarsılan yeniyetmə Modianonun tənhalığı daha da dərinləşib, o, özünəqapanıq gənc kimi böyüyüb. Yazıçının müsahibələrindən onun ailə ilə bağlı natamam xoşbəxtliyini hiss etmək mümkündür. “Hətta ailə fotolarım belə, xəyali insanlardan ibarətdir. Orada real olan yalnız qardaşım, həyat yoldaşım və qızlarımdır”.
Yeniyetmə Patrik ailə münaqişələrindən canını qurtarmaq üçün Parisin küçələrinə qaçar, saatlarla tək gəzərdi. Bəzən heç tanımadığı arxa məhəllələrə qədər gedib çıxar, binaları, küçələri, kafeləri, insanları diqqətlə müşahidə edərdi. Xəyallar qurar, tanış olduğu mənzərələri, obrazları beynində yazdığı kiçik hekayələrin qəhrəmanına çevirərdi. Özünün də dediyi kimi, o, bir gün anlayır ki, xəyallarının əsirinə çevrilib. Ona görə də təəssüratlarını yazmağı qərara alır.
1968-ci ildə debütü
“Ulduz meydanı” romanı olur.
Əsər atasının qəzəbinə tuş
gəlir. Hətta o, pul
verib kitab
mağazalarındakı bütün
kitabları satışdan çıxarmaq istəyir. Atası
ilə Patrikin arasında hələ
uşaqlığından bəri donmuş
münasibət ərimək bilmirdi. Maddi
sıxıntılarına dəstək üçün
atasından pul istəyəndə belə,
dəfələrlə rədd cavabı almış, üstəlik,
atasının sevgilisi tərəfindən
polisə şikayət edilmişdi. İlk əsərinə görə ona verilən “Noje Rimye” mükafatının ayağı
düşərli olur, yazıçıya
özgüvən qazandırır.
Əsərinə marağı görən Partik işin ciddiyyətini dərk edir və hazırlıqlı, peşəkar mətnlər üzərində tər tökməyə başlayır. “Gecə yoxlaması”, “Villa”, “Bulvar dairəsi” povestlərdən sonra tilsimi 1978-ci ildə “Qaranlıq piştaxtalar küçəsi” (“Rue des boutiques obscures”) adlı əsəri ilə qırır. Bu romanı da mükafatsız qalmır. Daha bir adlı-sanlı, “Qonkur” mükafatının sahibi olur. 2000-ci ildə isə Patrik Modiano bütün külliyyatına görə Pol-Moran adına Böyük Ədəbiyyat Mükafatını alır.
Bu qədər təmtəraqlı mükafata vərdiş etmiş yazıçı qəribədir ki, məclislərdən, ziyafətlərdən uzaq gəzər, göz önündə olmağı sevməz. Çox nadir hallarda müsahibə verən yazıçının söhbətlərini sevənləri həsrətlə gözləməli olurlar.
Modianonun əsərləri bu gün bir çox dilə tərcümə olunur və oxucuların marağını cəlb edir. Azərbaycan ədəbi mühiti və mütaliə həvəskarlarının çoxu onun adını məhz Nobel mükafatından sonra eşitdi. Maraqlananlar yazıçının yaradıcılığı ilə “Seçilmiş əsərləri” kitabı (tərcümə: İ.Əlfi, M.Qarayev, E.Başkeçid), “Məhəllədə azmamaq üçün” (tərcümə: Cavanşir Feyziyev), “Kimliyi bəlli olmyan qadınlar” romanları (tərcümə: Araz Gündüz) əsasında tanış ola bilərlər. Budəfəki yazımızda sonuncu romandan danışacağıq.
“Kimliyi
bəlli olmayan qadınlar”
Roman üç ayrı qadının həyatından bəhs edir. Bu obrazların bir-birinə bağlılığı adi məişət səviyyəsində görünsə də, onları birləşdirən əsas cəhətin cəsarət, həyat qayğılarına dözümlülük, mübarizə əzmidir.
Yazıçı roman haqda fikirlərini belə ifadə edib: “Oxucuda elə bir təsəvvür yaratmaq istəmişəm, sanki, o, monoloqları radiodan eşidir, kimsə öz yaşamında başına gələn önəmli olaylardan danışır və gözlənilmədən veriliş kəsilir, yaxud dalğa pozulduğundan, danışığın ardını dinləmək olmur. Beləcə, dinləyici onların sonrakı taleyindən xəbər ala bilmir”.
Obrazların adı yoxdur. Hər üçünün yaşı 20-dən az olan qadınların əsas istəkləri arzularının arxasınca getmək, müstəqil yaşamaqdır. Lakin ani və düşünülməmiş qərarlar qadınların həyatına zərbələr vurur. Bu yolda onların qarşısına əngəllər çıxır, gözlənilməz hadisələr planlarını dəyişir.
Yazıçının dili, təhkiyəsi o qədər rəvan və axıcı verilib ki, oxucu özünü romanın bir qəhrəmanı kimi hiss edir. Roman həm də bir növ müəllifin uşaqlıq xəyallarının sərlövhəsidir. Fransanın şəhərləri, Parisin məşhur küçələri, kübar fransızların toplaşdığı restoranlar, şəhərin keçmiş merto stansiyalarının adları obrazların adından daha çoxdur. Ona görə də Fransa, xüsusən İkinci Dünya müharibəsindən sonrakı Parisin nəcib tablosuna tamaşa etmək istəyənlərə romanı oxumağı tövsiyə edirik.
Gülnarə İLHAM
Azərbaycan müəllimi.- 2017.-
28 iyul.- S.8.