Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq
qruplarının 2017-2018-ci
dərs ilinə aid tədris
(məşğələ) planının təsdiqi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikasının ümumtəhsil məktəblərində
azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq
qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini
təmin etmək məqsədi ilə “Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin
8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) həmin tədris (məşğələ) planının vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
19 iyul 2017-ci il
№204
Əlavə:
1. Azsaylı xalqların uşaqları
üçün məktəbəhazırlıq
qruplarının tədris
(məşğələ) planı
2. Tədris (məşğələ) planına
dair qeydlər
Azərbaycan müəllimi.- 2017.-
28 iyul.- S.3.