AdlarıQızıl kitab”a yazılanlar

 

Onlar yüksək etimadı gələcək uğurları üçün stimul hesab edirlər

 

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarınınQızıl kitabı”na yazılıb onlar xüsusi aylıq təqaüdə layiq görülüblər. Gənc istedadların bir neçəsini sizə təqdim edirik.

 

Nihad Orucov 1999-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasında təhsil alıb. Kiçik yaşlarından musiqiyə böyük maraq göstərdiyi üçün valideynləri onu incəsənət gimnaziyasına yönəldiblər. Məlahətli səs tempri olduğuna görə incəsənət gimnaziyasının vokal sinfinə qəbul olunub.

- 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahındaAzərbaycanın xoşməramlı mələklərikonsert proqramında fəallıq göstərərək ilk uğuruma imza atdım. İncəsənət gimnaziyasında oxuduğum müddət ərzində dəfələrlə beynəlxalq müsabiqələrdə iştirak etdim. 2012-ci ildə Uluslararası Türkçə Olimpiyyatlarında müxtəlif kateqoriyalarda iştirak edərək qızıl gümüş medala layiq görüldüm. 2015-ci ilin aprel ayında “13-cü Uluslararası Dil Mədəniyyət Festivalıçərçivəsində Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Nyu-York şəhərlərində, Mərakeşdə keçirilən konsertlərdə çıxış etmişəm. Azərbaycan Qərb bəstəkarlarının əsərlərini böyük həvəslə öyrənirəm, vokal sənətinin sirlərinə yiyələnirəm.

21 iyun 2017-ci il həyatımda yaddaqalan oldu. Sevincli anlar yaşayıram. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadlarınQızıl kitabı”na yazılıb Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüşəm. Bu gün özümü dünyanın ən xoşbəxt adamı sayıram. İstedad bacarığıma dövlət səviyyəsində yüksək qiymət verilməsi ifaçılıq sənətimə məhəbbətimi birə-beş artırıb. Bu gün daha da böyük məsuliyyətlə, əzmlə çalışmalıyam ki, mənə göstərilən etimadı layiqincə doğruldum.

Mükafata görə Prezident İlham Əliyevə müəllimlərimə minnətdarlığımı bildirirəm. Gələcəkdə daha böyük uğurlara imza atacağıma söz verirəm.

Milli Konsevatoriyaya daxil olmuşam. Tələbə adını qazanmışam. Qarşıda məni böyük, izdihamlı konsert salonları gözləyir. Bu salonlarda da öz dəst-xəttimlə, bir çox musiqi nömrəsi ilə dünya dinləyicilərini ram edəcəyimə söz verirəm.

 

Haqqında söhbət açacağım digər bir gənc istedad Lalə İbrahimovadır. O, 2001-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin IX sinif şagirdidir. Onun da beynəlxalq müsabiqələrdə festivallarda qazandığı nailiyyətlər çoxdur:

- Fortepiano sinfində təhsil almağıma baxmayaraq, vokal sənətinin sirlərini öyrənirəm. Ən böyük uğurlarım vokal sənəti ilə bağlıdır. 2013-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilmiş ümumtəhsil orta ixtisas təhsili müəssisələrinin şagird tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsində laureat adı III dərəcəli diplomla təltif olunmuşam. 2014-cü ildəBarokko musiqisifestivalında laureat adını qazanmışam. 2015-ci ilin aprelindəÜzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarındaadlı I Respublika festivalında laureat adını qazanmışam. 2015-ci ilin mart ayında Latviyanın Talsu şəhərində keçirilən uşaq gənclər arasında Akademik Vokal üzrə I beynəlxalq müsabiqənin laureatı seçilərək I dərəcəli diplomla təltif olunmuşam. Bu müsabiqədə həmçininBədii səhnə performansınagörə ikinci diploma da layiq görüldüm. 2016-cı ilin mayındaSəni tərənnüm edirəm Azərbaycanadlı mahnı müsabiqəsində Asəf ZeynallınınÖlkəmromansını ifa edərək I yeri qazandım. Həmin ilin aprel ayında Sidney şəhərində keçirilən Dil Mədəniyyət adlı Beynəlxalq Festivalda yüksək səviyyəli çıxışım ilə ölkəmizi layiqincə təmsil etdim. 2016-cı ilin iyulunda Sankt-Peterburq şəhərində keçirilənYelena Obraztsova adına VI gənc vokalistlərin beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görüldüm. Uğurlarımı sadalamaqla qurtaran deyil. Belə ki, 2017-ci ilin mart ayında Estoniyada keçirilən uşaq gənclər arasında akademik vokal üzrə XII beynəlxalq müsabiqədə laureat adını qazandım. Həmin ildə Uşaq gənclər arasında vokal estrada oxuma üzrə respublika müsabiqəsində III dərəcəli diplomla mükafatlandırıldım.

Beynəlxalq müsabiqə festivallarda qazandığım uğurlar öz bəhrəsini verdi. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarınınQızıl kitabı”na yazıldı Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm.

Mənə verilən mükafatı yüksək dəyərləndirirəm bundan sonra da öz üzərimdə daha səylə çalışacağam.

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Bakı şəhərinin ən qabaqcıl təhsil müəssisələrindən biridir. Bu məktəbdə hər il istedadlı şagirdlər yetişir. Qeyri-adi istedadı ilə seçilən şagirdlərdən biri Cavid Yusifzadədir. Müxtəlif beynəlxalq müsabiqə, festivallarda qalib olan Cavid Yusifzadə ilə söhbət əsnasında uğurlarından bəhs etdi:

- 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllimim Dilarə Manafovanın sinfində fortepiano ixtisası üzrə təhsil alıram. Musiqi təhsilinə başladığım illərdən məktəbin mədəni ictimai həyatında fəal iştirak etmişəm. Belə ki, 2012-ci ildə Gənc pianoçuların II Respublika müsabiqəsində uğurlu çıxışıma görəTərifnamə”yə layiq görülmüşəm. Həmin ildə məktəbin yekun konsertində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxış etmişəm. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində keçirilən Y.Haydn adına festivalda uğurlu ifama görə Qala konsertdə çıxış etmək üçün vəsiqə qazanmışam.

2013-cü ilin aprel ayının 22-26 tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyasının təşkil etdiyiGənc musiqiçilər təhlil ifa ediradlı II Respublika Elmi-İfaçılıq müsabiqəsində laureat adına layiq görülmüşəm. 2015-ci ildə keçirilən IV Beynəlxalq “Harmony” festivalında laureat adını qazanmışam. Uğurlarım bununla bitmir. 2016-cı ilin aprelində keçirilənİslam ölkələri musiqiçilərinin V Beynəlxalq müsabiqəsi”ndə çıxış edərək I, II Respublika müsabiqəsində fortepiano ansamblı üzrə keçirilən müsabiqədə III, Kaunasda keçirilən VI BeynəlxalqGradus ad Parnassumadlı müsabiqədə isə I yerlərə layiq görülmüşəm. Ədilə Əliyeva adına Pianoçuların XI beynəlxalq müsabiqəsində mükəmməl çıxışıma görə laureat Gənc istedadadına layiq görülərək Alfred Korto adına Paris Konservatoriyasında təhsil almaq hüququ qazanmışam.

2017-ci il iyunun 21-i mənim üçün uğurlu oldu. Beynəlxalq müsabiqələrdə festivallarda qazandığım uğurlar dövlətimiz tərəfindən qiymətləndirildi. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadlarınQızıl kitabı”na yazıldı Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm. Ölkə rəhbəri İlham Əliyevin imzaladığı müvafiq sərəncamda öz adımı görəndə sevincimin hədd-hüdudu olmadı. İstedadıma verilən bu qiymət mənim yaradıcılıq həvəsimi daha da artırıb. Öz üzərimdə səylə çalışaraq mənə göstərilən etimadı yüksək səviyyədə doğruldacağıma söz verirəm.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2017.- 23 iyun.- S.8.