Məktəblilər “Vaqif

dramını səhnələşdiriblər

 

2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustadına yüksək məhəbbətin təzahürü olaraq ölkəmizdə müxtəlif silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biribu günlərdə Bakı şəhəri 73 nömrəli tam orta məktəbin V “asinfi tərəfindən təşkil olundu. Bu sinfin rəhbəri Aybəniz Rüstəmova tədbir iştirakçılarına görkəmli söz ustadının həyat və yaradıcılığından danışdı. A.Rüstəmova bildirdi ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış xalq şairi Səməd Vurğunun yaradıcılığında “Vaqif” mənzum dramı çox mühüm yer tutur. Qarabağın tarixi, burada yaşayan insanların milli ruhu və adət-ənənələri, məişəti ölməz sənətkarın yaradıcılığında ana xətt olaraq keçib. Vaqif” dramı bizdə öz keçmişimizə, böyük ədəbiyyatımıza, xalqımızın qəhrəmanlığına, onun azadlıq uğrunda apardığı mübarizəyə dərin məhəbbət oyadır, xarici istilaçılara qarşı amansız olmağa çağırır, Vətənimizi daha da dərindən sevdirir.

Qeyd edildi ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə, həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

Vaqifpyesinin milliliyi və ədəbisevərliyi, yüksək sənətsevərliliyinin ən yaxşı nümunəsi bu əsərə Azərbaycan teatrının ən çox müraciət etməsidir.

Sonra söz ustadının həyatının mürəkkəb və dramatik dövrünü təsvir edən Səməd VurğununVaqif” mənzum dramının V “asinfinin şagirdlərinin ifasında təqdimatı olub. Şagirdlər “Vaqif” dramına əlavə elementlər qatsalar da, yeni tərz və müasir yanaşma üsulları gətirmək istəsələr də, süjet xətti qorunmaqla, əsərin əsas dramaturji strukturuna xələl gətirmədən dinamizliyininlakonikliyinin saxlanması “balaca aktyor heyəti”nin məharəti hesab oluna bilər.

Dramın sonunda şagirdlərin şux bir qamətlə irəliləyərək “Məhv olsun düşmən, biz Vətənin bir qarış torpağını da düşmənə verməyəcəyik. Qarabağ bizimdir, bizim olacaq... Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Qarabağı düşməndən azad edərək bayrağımızı Qarabağda asacağıq... Üçrəngli bayrağımız Qarabağda dalğalanacaq...” söyləmələri tamaşanı izləyənlər tərəfindən alqışlarla qarşılandı.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2017.- 18 mart.- S.14.