Tələbə və şagirdlərin bədii
yaradıcılıq festivalı
keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 94-cü ildönümünə həsr
edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin
şagird və tələbələrinin Respublika bədii
yaradıcılıq festivalının yekun konserti
keçirilib.
Tədbirdə
çıxış edən təhsil nazirinin müavini
Firudun Qurbanov ümummilli lider Heydər Əliyevin anadan
olmasının 94-cü ildönümünə həsr
edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil
edildiyini deyib. Nazir müavini bildirib ki, festivalda 14 ali, 17
orta ixtisas, 18 ilk peşə-ixtisas təhsili müəssisəsinin
bədii özfəaliyyət kollektivləri iştirak edib.
Firudin
Qurbanov festivalın keçirilməsində əməyi olan hər
kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür
edib və tələbələrə uğurlar arzulayıb. Daha
sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Səttar
Mehbalıyevçıxış edərək bədii
yaradıcılıq festivalının gənclərin asudə
vaxtının səmərəli təşkil olunması,
istedadlı gənclərin aşkarlanması baxımından
rolunu qeyd edib. Konsertdə incəsənətin müxtəlif
janrları üzrə özfəaliyyət kollektivləri, dərnək
və yaradıcılıq studiyalarında fəaliyyət
göstərən ifaçılar, müğənnilər, rəqqaslar,
bədii qiraətçilər və musiqiçilər
çıxış ediblər.
Festivalın
birinci mərhələsində 1000-ə yaxın şagird və
tələbə öz bacarıq və istedadlarını
nümayiş etdirib. Bu il keçirilən festivalda
ötən illərdən fərqli olaraq, orta və ilk peşə-ixtisas
təhsili müəssisələrinin şagird və tələbələri
də qatılıb. Yekun konsertdə 250-yə yaxın
şagird və tələbə iştirak edib.
Seçimlər
xalq artistləri, tanınmış mədəniyyət və
incəsənət xadimlərindən ibarət münsiflər
heyəti tərəfindən aparılıb. Münsiflər
heyətinin qərarı ilə 12 qalib I yerə, 11 qalib II yerə,
10 qalib isə III yerə layiq görülüb.
Müxtəlif
nominasiyalar üzrə keçirilən festivalın qalibləri
Təhsil Nazirliyinin və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin diplom və hədiyyələri ilə
təltif olunacaqlar. Həmçinin fəal
iştirakçılara diplomlar təqdim ediləcək.
Azərbaycan müəllimi.- 2017.-
5 may.- S.13.